Домой Блог Страница 3

Rəna Soltanovanın ikinci kitabı gəlir

Tanınmış dermatoloq, kosmetoloq, “Laser Beauty” klinikalarının, “Estetik Kosmetologiya Mütəxəssisləri” İctimai Birliyinin rəhbəri və yazar dr.Rəna Soltanova özünün həyat təcrübəsi və hobbiləri haqqında müsahibə verib.

Peşəkar tibbi fəaliyyəti ilə tanınan Rəna xanım, eyni zamanda yaradıcı insan olaraq da tanınır.

Rəna Soltanovanın ilk kitabı “Şans, yoxsa, İradə?” həyat fəlsəfəsi, strateji düşüncə və uğurlu qərarların insan həyatında oynadığı rolu araşdırır. O, deyir: “Bu kitab həyatım boyu nə düşündüyümü, necə plan qurduğumu və uğura necə çatdığımı addım-addım izah edir. Bu, yalnız oxuyub kənara qoyulacaq bir kitab deyil, daim əl altında saxlanılacaq dəyərli bələdçidir”.

Yazar kitabın oxuculara motivasiya verdiyini, insanların öz həyatlarını yenidən düşünməsinə və daha güclü iradə ilə irəliləməsinə yardım etdiyini vurğulayır.

“Motivasiyam azalırsa, ya motivasiya verən videolara baxıram, ya da öz kitabımı nəzərdən keçirirəm. Kitabım mənə də dəstək olur” —  , deyə Rana xanım əlavə edir.

Hazırda R.Soltanova ikinci kitabını da tamamlayıb və redaktə mərhələsindədir. Bu kitab, bir qadının hekayəsini izah edən maraqlı bir romandır. O, qeyd edir:

“Hər bir qadının oxumaq istəyəcəyi bir əsər olacaq. Məncə, oxucular bu romanı çox bəyənəcək”.

Rəna xanım peşəkar fəaliyyəti ilə yanaşı izləyicilərinə həm ruhlandırıcı, həm də motivasiyaedici bir örnək olmağa davam edir.

“Şans, yoxsa, İradə?” kitabını əldə etmək üçün “Libraff” mağazalarına baş çəkə bilərsiniz.

Sağlam gözəlliyə necə qovuşaq?

Sağlam gözəllikdən danışırıqsa, mütləq sağlam həyat tərzini gözdən keçirməliyik.

Həkim dermato-kosmetoloq Rəna Soltanova bildirib ki, məlum olduğu kimi, hər birimiz ətraf mühitin zərərli təsirlərinə məruz qalırıq. Qəbul etdiyimiz qidalarda olan kimyəvi qatqılar və konservantlar, avtomobillərin tüstüsü, ekoloji şərait sağlamlığımıza mənfi təsir göstərən amillərdir.

Sağlamlıq insanın ən dəyərli xəzinəsidir. Sağlam gözəllik də vacib məsələlərdəndir. Bu şüuru formalaşdırmaq, əhali arasında sağlam həyat tərzinin təbliğ etmək EKM İctimai Birliyinin məqsədlərindəndir.

Dünya Səhiyyə Təşkilatı (DST) hesab edir ki, sağlamlıq yalnız xəstəliklərin və fiziki qüsurların olmaması deyil, eləcə də tam fiziki, mənəvi və sosial əmin-amanlıq vəziyyətidir. Beləliklə, sağlamlıq özündə mənəvi və əxlaqi inkişafı da birləşdirir. Əks halda insan, ümumilikdə cəmiyyət ağrılı durumla üzləşir. Sağlamlığın qorunması üçün yalnız fiziki deyil, həm də mənəvi aspektlərə diqqət yetirmək lazımdır. Qəlbin gözəlliyi üzə də yansıyır.

Sağlam həyat tərzi – sağlamlığı qorumağa və xəstəliklərin qarşısını almağa yönəlmiş həyat tərzidir. Sağlamlığımızın və gözəlliyimizin qayğısına qalmaq üçün nə etməliyik?

—  Aktiv həyat tərzi keçirmək – passiv idmançı olmaqdan (idman verilişlərinə baxmaqla) aktiv idmana (üzgüçülük, fiziki hərəkətlər və s.) keçməliyik.

— Şəxsi gigiyena qaydalarına, evdə üzə qulluğuna düzgün riayət etmək.

—  Sağlamlığınızla və xarici görünüşünüzlə bağlı yalnız peşəkarlara müraciət etmək.

— Qidada mövsümə uyğun vitamin mənbəyi olan bol meyvə-tərəvəzdən istifadə etmək.

—  İmmun müqaviməti artıran və orqanizmi xəstəliklərdən qoruyan bitki çaylarına üstünlük vermək.

—  Hər gün bir neçə saat təmiz havada gəzmək, stress və gərginlikdən uzaq olmaq.

— Siqaret, spirtli içki və narkotik vasitələrdən tam imtina etmək, bunlara qarşı dövlət və cəmiyyət olaraq düşmənə qarşı mübarizə aparırmış kimi mübarizə aparmaq.

Cəmiyyətə sağlam həyat tərzi aşılamaq üçün nə etmək lazımdır?

Cəmiyyətdə sağlam həyat tərzinin formalaşdırılması üçün ilk növbədə sağlam və real düşüncə tərzinin olması vacibdir. Bu səbəbdən əhalinin mənəvi və əxlaq tərbiyəsi cəmiyyətin vacib məqsədlərindən biri olmalıdır. Bütün dünyəvi dinlər də sağlam həyat tərzinə diqqət yetirir, insanlara öz sağlamlıqlarını qorumağı tələb edir.

Müasir kosmetologiyada istifadə olunan preparatlar

Müasir kosmetologiyada dərinin gəncliyini və gözəlliyini qorumaq üçün geniş çeşidli preparatlar və metodlar mövcuddur. 

“Qafqazinfo” xəbər verir ki, LBC MMC-nin və EKM İctimai Birliyinin təsisçisi, estet-həkim, dermatokosmetoloq Rəna Soltanova bunların əsas kateqoriyalarını və dəriyə təsirini sadalayıb.

İnyeksion preparatlar

1. Botulin toksinləri

Botulin toksini (məsələn, Botox, Dysport, Xeomin vəs. ) — əzələlərin yığılmasına səbəb olan sinir impulslarını müvəqqəti olaraq bloklayan neyrotoksindir. Bu, mimik əzələlərin rahatlanmasına səbəb olur, nəticədə alın, qaşarası və göz ətrafındakı qırışlar azalır və ya tamamilə yox olur.

• Effekt: Dinamik qırışların azalması, dərinin hamarlaşması.

• Müddət: 3-6 ay, nəticəni qorumaq üçün prosedurun təkrarlanması lazımdır.

2. Dolğuları

Dolğular dərialtı həcmi bərpa etmək və üz konturunu düzəltmək üçün tətbiq olunur. Ən məşhur dolğular hialuron turşusu (Juvederm, Restylane, Jadore və s. ) və kalsium hidroksiapatit (Radiesse) əsasında hazırlanır. Hialuron turşusu nəmi yaxşı saxlayır və yanaq, üz sümüyü və dodaq kimi sahələrdə həcm bərpa edir.

• Effekt: Həcmin bərpası, dərin qırışların hamarlaşması.

• Müddət: Dolğu növündən asılı olaraq — 6 aydan 2 ilə qədərdi.

3. Biorivitalizasiya vasitələri

Biorivitalizasiya — dərinin dərin nəmləndirilməsinə və kollagen sintezinin stimullaşdırılmasına kömək edən hialuron turşusu əsaslı preparatların yeridilməsini nəzərdə tutur. Bu prosedur dəri nəm balansını bərpa edir və ona daha elastik və hamar görünüş verir.

• Effekt: Nəmləndirmə, dəri tonusu və elastikliyinin bərpası.

• Müddət: Təxminən 12 ay, kurs 4-5 prosedurdan ibarətdir.

Aparat metodları

1. Lazer texnologiyaları

Lazer prosedurları dəri cavanlaşdırılması, piqment ləkələrinin, damar ulduzcuqlarının və çapıqların aradan qaldırılması üçün nəzərdə tutulur. Lazer şüası dərinin dərin qatlarına nüfuz edir, fibroblastları aktivləşdirərək kollagen və elastin istehsalını stimullaşdırır.

• Lazer növləri: Fraqmentar lazer, CO2 lazerlər, erbium lazer.

• Effekt: Dərinin teksturasının yaxşılaşması, elastiklik artımı, piqmentasiyanın azalması.

• Müddət: İlk prosedurdan sonra nəticə görünür və bir neçə ay ərzində güclənir.

2. Fototerapiya (IPL)

Güclü impulslu işıq (IPL) piqment və damar dəyişikliklərinin düzəldilməsi, dəri teksturası və tonunun yaxşılaşdırılması üçün tətbiq edilir. İşıq impulsları dəridəki xromoforlara təsir edərək piqmentin məhvinə və kollagenin stimullaşdırılmasına kömək edir.

• Effekt: Dəri tonunun bərabərləşdirilməsi, damar torlarının və piqment ləkələrinin aradan qaldırılması.

• Müddət: Hər bir prosedurdan sonra 3-4 həftəlik fasilələrlə təxminən 3-4 prosedur tələb olunur.

3. Radiofrekans liftingi (RF-lifting)

Radiofrekans liftingi dərinin dərin qatlarına radiofrekans enerjisi ilə təsir göstərən bir metodikadır, bu da toxumaların isinməsinə və kollagen, elastin istehsalının stimullaşdırılmasına səbəb olur.

• Effekt: Dərinin dartılması, teksturanın yaxşılaşması, elastikliyinin və tonusunun artması.

• Müddət: Bir neçə seansdan sonra görünən nəticə, təxminən 1-2 il davam edir.

İnnovativ texnologiyalar

1. Polisüd turşusu əsaslı preparatlar

Sculptra kimi polisüd turşusu kollagen sintezini stimullaşdıran biostimulyatordur. Dolğulardan fərqli olaraq, bu maddələr təbii olaraq kollageni stimullaşdıraraq tədricən və uzunmüddətli cavanlaşdırma təmin edir.

• Effekt: Təbiiyə yaxın həcm bərpası və dərinin teksturasının yaxşılaşması.

• Müddət: Nəticə bir neçə ay ərzində yaranır və təxminən 2 il qalır.

2. DNT əsaslı kosmetika

Dezoksiribonuklein turşusu (DNT) ehtiva edən kosmetika dərinin hüceyrələrini bərpa etmək və qorumaq üçün nəzərdə tutulub. DNT kompleksləri ilə kosmetik məhsullar dərinin bərpasını yaxşılaşdırır və sərbəst radikallara qarşı qoruyaraq qocalma proseslərini yavaşladır.

• Effekt: Elastikliyin artması, dərinin strukturunun yaxşılaşması.

• Müddət: Davamlı istifadə ilə dəstəkləyici effekt.

Bu preparatlar və metodlar hər bir şəxsin dəri xüsusiyyətlərinə və istəklərinə uyğun olaraq peşəkar həkim tərəfindən seçilməlidir.

Botoks haqqında yanlış bilinənlər

“Kosmetologiyada ən çox istifadə olunan üsullardan biri botulinoterapiya (botox) üsuludur ki, bu barədə yanlış fikirlər  mövcuddur”.

“Qafqazinfo” xəbər verir ki, bunu “Laser Beauty Estetik Klinika”-nın baş həkimi, EKMİB-nin rəhbəri Rəna Soltanova deyib.

Həkim-kosmetoloq sözügedən sahə üzrə əhalinin maariflənməsinin vacib olduğunu vurğulayaraq, bir sıra məlumatlar verib:

1-ci yalan: Botoks üz əzələlərini tamamilə iflic edir.

Həqiqət: Botulinoterapiya üz əzələlərini tamamilə iflic etmir, sadəcə onları rahatlaşdıraraq qırışların dərinliyini azaldır. Düzgün dozada tətbiq edildikdə, üz ifadələri təbii şəkildə qalır.

2-ci yalan: Botoks inyeksiyaları ağrılıdır.

Həqiqət: Əksər insanlar prosedurun minimal ağrılı olduğunu təsvir edirlər. İnyeksiyalar çox nazik iynələrlə edilir (insulin iynəsi) və prosedur cəmi bir neçə dəqiqə çəkir.

3-cü yalan: Botoks toksikdir və təhlükəlidir.

Həqiqət: Kosmetologiyada istifadə edilən A tipli botulinum toksini çox kiçik dozalar şəklində tətbiq olunur və geniş klinik tədqiqatlardan keçmişdir. Təcrübəli həkim tərəfindən tətbiq edildikdə, prosedur təhlükəsizdir.

4-cü yalan: Botoks asılılıq yaradır.

Həqiqət: Botulinoterapiya fiziki asılılıq yaratmır. İnsanlar nəticələri qorumaq üçün proseduru təkrarlamaq istəyirlər, lakin bu asılılıq deyil.  5-ci yalan: Botoksun təsiri daimi olur. Həqiqət: Botoksun təsiri müvəqqətidir və adətən 3-6 ay ərzində davam edir. Nəticələri saxlamaq üçün prosedur müntəzəm təkrarlanmalıdır.

6-cı yalan: Botoks yalnız qadınlar üçündür.

Həqiqət: Botulinoterapiyadan istifadə edən kişilərin sayı artır. Prosedurun faydasını cinsindən asılı olmayaraq hər kəs görür.

7-ci yalan: Botoks yalnız qırışların aradan qaldırılması üçündür.

Həqiqət: Botulinoterapiya təkcə kosmetik məqsədlər üçün deyil, həm də miqren, həddindən artıq tərləmə, əzələ spazmları və digər tibbi hallar üçün istifadə olunur.

8-ci yalan: Botoksun nəticələri dərhal görünür.

Həqiqət: Botoksun təsiri dərhal deyil, tədricən, adətən 3-7 gün ərzində özünü göstərir. Maksimum nəticə iki həftə ərzində əldə olunur. Botulinoterapiya hər bir tibbi prosedur kimi risklərin dəyərləndirilməsi və düzgün dozaların və tətbiq sahələrinin müəyyən edilməsi üçün təcrübəli həkimə müraciət etmək lazımdır.

EKMİB-nin yeni strukturu yaradıldı

“Estetik Kosmetologiya Mütəxəssisləri” İctimai Birliyinin (EKM İB) rəhbəri, LBC estetik klinikanın təsisçisi və Baş həkimi, dermatokosmetoloq Rəna Soltanova hər iki qurumun fəaliyyətində hər zaman şəffaf olmaq, vicdanla və keyfiyyətlə çalışmaq, həmçinin mükəmməl və peşəkar fəaliyyətlə cəmiyyətin bütün təbəqələri ilə əməkdaşlıq etmək kimi keyfiyyətlərin əsas prinsiplərdən olduğunu bildirir.

O, qeyd edir ki, kosmetologiya sahəsinin daha da inkişaf etməsinə yardımçı olmaq məqsədilə EKM İB-in yeni strukturunun yaranmasına qərar verilib.

Qurumun tərkibində bir neçə departament fəaliyyət göstərəcək. İlk yaradılan İnformasiya və İctimaiyyətlə əlaqələr Departamentidir. Hazırda departamentin tərkibində İnformasiya Komitəsi, İctimaiyyətlə əlaqələr Komitəsi, Sosial layihələr Komitəsi və Könüllülərlə iş Komitəsi formalaşdırılıb. İctimai Birliyin fəaliyyəti haqqında bütün məlumatlar ictimaiyyətə çatdırılır. Departament tərəfindən EKM İB-nin həyata keçirdiyi layihələr, tədbirlər, səfərlər, görüşlər və s. məlumatları əks etdirən illik hesabatlar hazırlanır. Həmçinin görülən və planlaşdırılan işlər haqqında bütün elan və anons materiallarının ictimaiyyətə çatdırılması bu departamentin vəzifəsidir.

EKM İctimai Birliyi fəaliyyəti üzrə gördüyü işlərdə hər zaman dövlət qurumları ilə əməkdaşlıq münasibətindədir. Fəaliyyətin media və mətbuatda fəal işıqlandırılması cəmiyyətin bütün təbəqələri ilə münasibətlərin qurulmasına dəstək olur.

R.Soltanova qeyd edir ki, “İctimai Birliyinin faəliyyətinin genişlənməsi və inkişafı könüllülərin işə cəlb olunması ilə əlaqədar ola bilər. Bu məqsədlə xeyriyyəçilik mədəniyyəti, onun əsasları, tarixi və sosial əhəmiyyətinin davamlı olaraq cəmiyyətin bütün təbəqələri arasında geniş təbliğinə və tətbiqinə çalışmalıyıq. Yaşından, ixtisasından asılı olmayaraq cəmiyyətə faydalı olmaq istəyən hər kəsi könüllü kimi bizimlə birgə çalışmağa dəvət edirik.”

EKMİB-nin yeni strukturu yaradıldı

Şəhid və qazi ailələri üçün yeni iş imkanları yaradılır

“Estetik Kosmetologiya Mütəxəssisləri” İctimai Birliyinin sədri Rəna Soltanova yeni layihə həyata keçirir. Tam təmannasız nəzərdə tutulan layihə çərçivəsində qazi, şəhid ailələri və sağlamlıq imkanları məhdud qadınlar kosmetologiyanın bütün dərinliklərini öyrənərək yeni peşəyə sahib olmaq imkanları qazanacaqlar.

Bu münasibətlə Rəna Soltanova müsahibə verib.

“Qafqazinfo” həmin müsahibəni təqdim edir:

– Həyata keçirdiyiniz layihə barəsində məlumat verərdiniz.

– Bizim QHT “Estetik Kosmetologiya Mütəxəssisləri” İctimai Birliyi adlanır. Üç ildir fəaliyyətə başlayıb. Layihəmiz isə iki həftədir başlayıb. Biz bu layihəni çoxdan fikirləşirdik, bu il həyata keçirmək qismət oldu. Layihənin məqsədi qadınların öz ayaqları üzərində dayanmağıdır. 10 ildir klinika açmışam. Bu müddətdə bir çox qadına dəstək olmuşam, amma bu, heç vaxt layihə şəklində olmayıb. Yəni, sırf qazi, şəhid ailələri üçün olmayıb. Yanımda öyrətmişəm xanımlara. Qalan qalıb, yanımda işləyib, gedən də başqa yerdə işini davam etdirib. Qərara gəldik ki, xanımlara tam təmənnasız praktik dərslər keçək. 13 qadından ibarət olan qrupumuzun içərisində 2 həkim var. Digərlərinin peşəsi həkim deyil. Onlar kosmetologiyanın digər növlərini öyrənəcəklər.

– Bu proqram ödənişsizdirmi?

– Bəli, tamamilə ödənişsizdir.

– Bu şəxslər daha sonra işlə təmin olunacaqlarmı?

– Kömək edəcəyəm. Tanışlarım da var, bu işdə onların da dəstəyini görəcəyəm. Ümumiyyətlə, savadlı kadrlara həmişə ehtiyac var. Mən yardım etməsəm də onlar iş tapacaqlar. Amma əvvəldən özümə söz vermişəm ki, xanımlarımıza iş tapmalarında yardımçı olacağam.

– Bu layihə nə qədər davam edəcək?

– Layihə 2,5 ay davam edəcək. Bu müddət ərzində qadınlarımız kosmetologiyanın həm də praktikada öyrənəcəklər.

– Dərslər hansı saat aralığında keçirilir?

– Dərslərimiz həftədə 2 dəfə bu klinikada saat 11-dən – 17:00-a qədər keçirilir. Xanımlar kosmetologiyanın nəzəriyyə və praktikasını öyrənirlər.

– Xanımlar praktikadan razıdırlar?

– Əlbəttə, çox razı qalırlar. Bizə yüz dəfə təşəkkür edirlər. Nə sual verirlərsə, cavablandırırıq. Həmçinin nə ehtiyacları olsa, əlimizdən gəldiyi qədər kömək oluruq.

– Maraqlıdır, bu ideya ağlınıza haradan gəldi?

– Hər zaman ehtiyacı olan insanları yanımda görmək istəmişəm. Hər kəs dövlətə xidmət etməlidir. Bu layihə də Vətənə xidmətdir. Bacardığım qədər xanımlara kömək etməyə çalışıram. Güclü qadınları görmək məni xoşbəxt edir. Mənə görə, qadınlar nə qədər güclü olarsa, dövlət də bir o qədər güclü olar.

– Bu layihədən sonra planlarınız nədir?

– Davamlı olaraq bu layihəni həyata keçirmək bir az çətin olar. Təqribi 10 müəllim dərs keçir. Zaman, otaq ayrılır. Dərslər keçirilir. Dərsdə istifadə edilən kosmetik ləvazimatlar bizim klinika tərəfindən qarşılanır. Ona görə də fasiləsiz etmək çətin olar. Məsələn, ildə 1 ya 2 dəfə etmək olar.

– Allah yolunuzu açıq etsin.

– Çox sağ olun.

İynədən qorxanlar üçün iynəsiz cavanlaşma üzrə yeni trendlər

«Müasir kosmetologiya, inyeksiyalardan və cərrahi müdaxilələrdən istifadə etmədən, dərinin vəziyyətini yaxşılaşdırmaq və cavanlaşdırmaq üçün nəzərdə tutulmuş qeyri-invaziv metodlara doğru sürətlə inkişaf edir».

“Qafqazinfo” xəbər verir ki, bunu EKMİB-nin rəhbəri Rəna Soltanova deyib.

Onun sözlərinə görə, bu, prosedurların risklərini və bərpa müddətini minimuma endirmək istəyən daha çox xəstəni cəlb edir.

1. Liftinq və cavanlaşma üçün aparat metodları

Müasir kosmetoloji cihazlar, dərinin sıxlaşdırılması və cavanlaşdırılması üçün müxtəlif fiziki prinsiplərdən istifadə edir.

•        RF-liftinq (radiodalğa terapiyası): Bu metod dərinin dərin qatlarını qızdırmaq üçün radiodalğalardan istifadə edir, bu da kollagen və elastin sintezini stimullaşdırır. Prosedur dərinin dartılmasına, teksturasının yaxşılaşmasına və qırışların azalmasına kömək edir.

•        Üstünlükləri: Ağrısızlıq, bərpa dövrünün olmaması, bütün dəri tiplərinə uyğunluq.

•        Nəticələr: Üz konturlarının tədricən yaxşılaşması və dərinin tonusunun artması.

•        Ultrasəs SMAS-liftinqi: Bu metod fokuslanmış ultrasəs şüalarından istifadə edərək dərinin dərin qatlarına və əzələ-aponevrotik təbəqəyə (SMAS) təsir göstərir.

•        Üstünlükləri: Uzunmüddətli effekt, üz və bədənin istənilən sahəsində tətbiq imkanı.

•        Nəticələr: İki ilə qədər davam edən liftinq effekti.

•        Lazer prosedurları: Məsələn, fraksional lazer dərinin yenilənməsi, kiçik qırışların və hiperpiqmentasiyanın aradan qaldırılması üçün istifadə edilir. Lazer şüaları mikroskopik zədələr yaradır, bu da təbii regenerasiya prosesini stimullaşdırır.

•        Üstünlükləri: Cərrahiyyə olmadan dərinin cavanlaşdırılması və teksturanın yaxşılaşdırılması.

•        Nəticələr: Bir neçə prosedurdan sonra gözlə görülən effekt.

2. Yüksək texnologiyalı kosmetik məhsullar

Müasir kosmetik məhsullar da yeni texnologiyaların tətbiqi ilə daha təsirli və mürəkkəb olur.

•        Peptid kompleksləri: Peptidlərdən ibarət kosmetika kollagen sintezini stimullaşdırır və dərinin elastikliyini yaxşılaşdırır.

•        Nanotexnologiyalı kosmetika: Mikro kapsullar və nano hissəciklər aktiv maddələrin dərinin dərin qatlarına daha yaxşı nüfuz etməsini təmin edir.

•        Antioksidant serumlar: Yüksək antioksidant tərkibli vasitələr sərbəst radikallarla mübarizə aparır və dərini yaşlanmadan qoruyur.

3. Evdə qulluq üçün texnologiyalar

Evdə dəriyə qulluq üçün cihazlar müasir gözəllik rituallarının vacib hissəsinə çevrilib.

•        Mikro-cərəyanlı aparatlar: Bu cihazlar üz əzələlərini stimullaşdırmaq və mikro-sirkulyasiyanı yaxşılaşdırmaq üçün zəif elektrik impulslarından istifadə edir, bu da dərinin dartılmasına səbəb olur.

•        Ultrasəs təmizləyicilər: Dərini dərin səviyyədə təmizləməyə, pilinq etməyə və maddələr mübadiləsini yaxşılaşdırmağa kömək edir.

•        LED-terapiya (işıq diodlu terapiya): Hüceyrə fəaliyyətini stimullaşdırmaq, dərinin tonusunu yaxşılaşdırmaq və iltihabı azaltmaq üçün müxtəlif dalğa uzunluğundakı işıqdan istifadə edir.

4. Biorenergetik metodlar

Bu metodlar inyeksiyasız dərinin daxili bərpa proseslərini stimullaşdırır.•   PRP-terapiya (plazmolifting): Əksər hallarda inyeksiya formatında istifadə olunsa da, prosedurun plazmanın dəriyə tətbiq edildiyi və aparatlarla aktivləşdirildiyi qeyri-invaziv variantları mövcuddur.

•        Kollagen maskaları və yamaq (patç)lar: Müasir formullar kollagen sintezini stimullaşdırmağa və dəridə nəmi saxlamağa imkan verir.

5. Kosmetik məhsulların yeni tərkib trendləri

•        Epigenetik kosmetika: Yaşlanma proseslərini yavaşlatmaq üçün gen ifadəsinə təsir göstərən vasitələr

•        Probiotik kosmetika: Dəri mikrobiom balansını qoruyur, onu qoruyur və baryer funksiyalarını yaxşılaşdırır.

6. Qeyri-invaziv metodların üstünlükləri və çatışmazlıqları

Üstünlükləri:•      Bərpa dövrünün olmaması•      İnyeksiyalı və cərrahi metodlarla müqayisədə minimal risklər•    Müntəzəm istifadə ilə yan təsirlər olmadan mümkündür.

Çatışmazlıqları:•   Effekt daha az ifadəli ola bilər və nəticələrin saxlanması üçün müntəzəm prosedurlar tələb olunur.• Dərin yaşlanma əlamətlərinin korreksiyası üçün uyğun deyil.

İynəsiz cavanlaşma üzrə yeni trendlər, mürəkkəb müdaxilələr olmadan təravətli və dartılmış dəri görünüşünə nail olmağa imkan verir. Bu, prosedurları geniş auditoriya üçün daha əlçatan edir və hər kəsin ehtiyaclarına və üstünlüklərinə uyğun metodu seçməyə imkan yaradır.

Amma unutmayaq ki, bu metodları inyeksion prosedurlarla paralel etsəniz uzun müddət cavanlığınızı saxlaya bilərsiniz.

İynədən qorxanlar üçün iynəsiz cavanlaşma üzrə yeni trendlər

Müasir kosmetologiyada istifadə olunan preparatlar

Müasir kosmetologiyada dərinin gəncliyini və gözəlliyini qorumaq üçün geniş çeşidli preparatlar və metodlar mövcuddur. 

“Qafqazinfo” xəbər verir ki, LBC MMC-nin və EKM İctimai Birliyinin təsisçisi, estet-həkim, dermatokosmetoloq Rəna Soltanova bunların əsas kateqoriyalarını və dəriyə təsirini sadalayıb.

İnyeksion preparatlar

1. Botulin toksinləri

Botulin toksini (məsələn, Botox, Dysport, Xeomin vəs. ) — əzələlərin yığılmasına səbəb olan sinir impulslarını müvəqqəti olaraq bloklayan neyrotoksindir. Bu, mimik əzələlərin rahatlanmasına səbəb olur, nəticədə alın, qaşarası və göz ətrafındakı qırışlar azalır və ya tamamilə yox olur.

• Effekt: Dinamik qırışların azalması, dərinin hamarlaşması.

• Müddət: 3-6 ay, nəticəni qorumaq üçün prosedurun təkrarlanması lazımdır.

2. Dolğuları

Dolğular dərialtı həcmi bərpa etmək və üz konturunu düzəltmək üçün tətbiq olunur. Ən məşhur dolğular hialuron turşusu (Juvederm, Restylane, Jadore və s. ) və kalsium hidroksiapatit (Radiesse) əsasında hazırlanır. Hialuron turşusu nəmi yaxşı saxlayır və yanaq, üz sümüyü və dodaq kimi sahələrdə həcm bərpa edir.

• Effekt: Həcmin bərpası, dərin qırışların hamarlaşması.

• Müddət: Dolğu növündən asılı olaraq — 6 aydan 2 ilə qədərdi.

3. Biorivitalizasiya vasitələri

Biorivitalizasiya — dərinin dərin nəmləndirilməsinə və kollagen sintezinin stimullaşdırılmasına kömək edən hialuron turşusu əsaslı preparatların yeridilməsini nəzərdə tutur. Bu prosedur dəri nəm balansını bərpa edir və ona daha elastik və hamar görünüş verir.

• Effekt: Nəmləndirmə, dəri tonusu və elastikliyinin bərpası.

• Müddət: Təxminən 12 ay, kurs 4-5 prosedurdan ibarətdir.

Aparat metodları

1. Lazer texnologiyaları

Lazer prosedurları dəri cavanlaşdırılması, piqment ləkələrinin, damar ulduzcuqlarının və çapıqların aradan qaldırılması üçün nəzərdə tutulur. Lazer şüası dərinin dərin qatlarına nüfuz edir, fibroblastları aktivləşdirərək kollagen və elastin istehsalını stimullaşdırır.

• Lazer növləri: Fraqmentar lazer, CO2 lazerlər, erbium lazer.

• Effekt: Dərinin teksturasının yaxşılaşması, elastiklik artımı, piqmentasiyanın azalması.

• Müddət: İlk prosedurdan sonra nəticə görünür və bir neçə ay ərzində güclənir.

2. Fototerapiya (IPL)

Güclü impulslu işıq (IPL) piqment və damar dəyişikliklərinin düzəldilməsi, dəri teksturası və tonunun yaxşılaşdırılması üçün tətbiq edilir. İşıq impulsları dəridəki xromoforlara təsir edərək piqmentin məhvinə və kollagenin stimullaşdırılmasına kömək edir.

• Effekt: Dəri tonunun bərabərləşdirilməsi, damar torlarının və piqment ləkələrinin aradan qaldırılması.

• Müddət: Hər bir prosedurdan sonra 3-4 həftəlik fasilələrlə təxminən 3-4 prosedur tələb olunur.

3. Radiofrekans liftingi (RF-lifting)

Radiofrekans liftingi dərinin dərin qatlarına radiofrekans enerjisi ilə təsir göstərən bir metodikadır, bu da toxumaların isinməsinə və kollagen, elastin istehsalının stimullaşdırılmasına səbəb olur.

• Effekt: Dərinin dartılması, teksturanın yaxşılaşması, elastikliyinin və tonusunun artması.

• Müddət: Bir neçə seansdan sonra görünən nəticə, təxminən 1-2 il davam edir.

İnnovativ texnologiyalar

1. Polisüd turşusu əsaslı preparatlar

Sculptra kimi polisüd turşusu kollagen sintezini stimullaşdıran biostimulyatordur. Dolğulardan fərqli olaraq, bu maddələr təbii olaraq kollageni stimullaşdıraraq tədricən və uzunmüddətli cavanlaşdırma təmin edir.

• Effekt: Təbiiyə yaxın həcm bərpası və dərinin teksturasının yaxşılaşması.

• Müddət: Nəticə bir neçə ay ərzində yaranır və təxminən 2 il qalır.

2. DNT əsaslı kosmetika

Dezoksiribonuklein turşusu (DNT) ehtiva edən kosmetika dərinin hüceyrələrini bərpa etmək və qorumaq üçün nəzərdə tutulub. DNT kompleksləri ilə kosmetik məhsullar dərinin bərpasını yaxşılaşdırır və sərbəst radikallara qarşı qoruyaraq qocalma proseslərini yavaşladır.

• Effekt: Elastikliyin artması, dərinin strukturunun yaxşılaşması.

• Müddət: Davamlı istifadə ilə dəstəkləyici effekt.

Bu preparatlar və metodlar hər bir şəxsin dəri xüsusiyyətlərinə və istəklərinə uyğun olaraq peşəkar həkim tərəfindən seçilməlidir.

Laser Beauty Clinic və BNC Global Konfransına İştirakı

28-30 oktyabr 2024-cü il tarixində Laser Beauty Clinic-in dörd təcrübəli həkim kosmetoloqu — Fidan Mustafayeva, Ülkər İsmayılova, Sara Mirzəyeva və Aynur Süleymanova, Koreyanın Seul şəhərinə işgüzar səfər edərək, beynəlxalq səviyyəli BNC Global konfransında iştirak etdilər. Bu səfər, estetik tibb sahəsində ən son trendləri öyrənmək və klinikanın təcrübəsini qlobal standartlara uyğun olaraq inkişaf etdirmək məqsədini daşıyırdı.

BNC Global, estetik tibb sahəsində dünyanın ən qabaqcıl təşkilatlarından biri kimi tanınır. Şirkət, müxtəlif ölkələrdən olan həkimləri bir araya gətirərək, sənayedəki son yenilikləri, texnologiyaları və prosedurları paylaşır. Konfransda iştirak edən mütəxəssislər, botulinum toksinlərinin tətbiqi üzrə müasir metodlarla tanış oldu və onların effektivliyi ilə bağlı ətraflı təlimlərə qatıldılar.

Səfərin önəmli bir hissəsi, yüksək keyfiyyətli botulinum məhsullarının istehsal edildiyi zavoda ekskursiya idi. Həkimlər zavodda istehsal proseslərini izləməklə yanaşı, məhsulların təhlükəsizlik və keyfiyyət standartları ilə bağlı birbaşa məlumat əldə etdilər. Bu cür görüşlər, həkimlərin klinik praktikada istifadə etdikləri materialların texniki və elmi aspektlərini daha dərindən mənimsəməsinə şərait yaradır.

Laser Beauty Clinic, bu səfərlə təkcə mütəxəssislərinin peşəkar bacarıqlarını artırmağı deyil, həm də müştərilərinə yüksək standartlara uyğun xidmət göstərmək məqsədini güdür. Koreya, estetik tibb sahəsində lider mövqedə olmaqla, dünya üzrə ən qabaqcıl texnologiyalara və prosedurlara sahibdir. Bu səbəbdən, belə beynəlxalq əməkdaşlıqlar, klinikanın xidmətlərini qlobal standartlara yaxınlaşdırır və müştərilərə daha təsirli nəticələr təqdim etməyə imkan verir.

Həkimlər, işgüzar səfərdən əlavə, Koreyanın zəngin mədəniyyətini də kəşf etdilər. Gyeongbokgung Sarayı, Bukchon Hanok Kəndi və Namsan Qülləsi kimi Seulun tarixi və mədəni məkanlarını ziyarət edərək, Koreya ənənələrini yaxından tanıma fürsəti əldə etdilər. Bu təcrübə, onların səfərini həm işgüzar, həm də mədəni baxımdan zənginləşdirdi.

Bu səfər, həkimlərin beynəlxalq bilik və təcrübə qazanması baxımından mühüm əhəmiyyət daşıyır. Fidan Mustafayeva, Ülkər İsmayılova, Sara Mirzəyeva və Aynur Süleymanova kimi mütəxəssislərin belə tədbirlərdə iştirakı, həm onların peşəkar inkişafına, həm də klinikanın ümumi xidmət keyfiyyətinin artırılmasına töhfə verir.

Laser Beauty Clinic, qlobal yenilikləri Azərbaycana gətirməklə, müştərilərinə ən yaxşı xidmətləri təqdim etməyi hədəfləyir. Bu səfər, klinikanın innovasiya və inkişaf sahəsində lider mövqeyini bir daha təsdiqləyir.

Stress və Sağlam Dəri: Həyat Tərzinin Dərinizə Təsiri

Stress, sağlam dəri üçün ciddi bir təhlükə yarada bilər, çünki bu psixoloji təzyiq dərinin elastikliyini, nəmlik səviyyəsini və ümumi vəziyyətini mənfi təsir altına alır. Stress müasir həyatın ayrılmaz bir hissəsinə çevrilib və bu vəziyyət təkcə ruh halımıza deyil, həm də dərimizin sağlamlığına ciddi təsir göstərə bilər. Sağlam dəri əldə etmək üçün yalnız düzgün qulluq məhsullarından istifadə kifayət deyil, həm də həyat tərzində balans yaratmaq vacibdir. Bu yazıda stress və sağlam dəri arasındakı əlaqəni, həmçinin stresin təsirini minimuma endirmək yollarını araşdıracağıq.

Stresin Dəriyə Təsiri

Stress zamanı bədəndə kortizol hormonunun səviyyəsi artır. Bu hormon bədənin enerji ehtiyatlarını səfərbər edir, lakin dəri üçün zərərli təsirlər göstərə bilər:

1.Quruluq və Elastikliyin Azalması:

Stress zamanı dəri nəmliyini itirir, bu da quruluğa və elastikliyin azalmasına səbəb olur. Sağlam dəri üçün zəruri olan nəmləndirmə pozulur.

2.Qırışların Yaranması:

Uzunmüddətli stress dəridə kollagen və elastin istehsalını azaldır, nəticədə qırışlar və sallanma meydana çıxır.

3.Sızanaqlar və İltihab:

Kortizol dərinin yağ ifrazını artırır, bu isə məsamələrin tıxanmasına və sızanaqların yaranmasına səbəb olur.

4.Dərinin Solğun Görünüşü:

Stress qan dövranını zəiflədir, nəticədə dəriyə kifayət qədər oksigen və qida çatmır, bu isə onun solğun görünməsinə səbəb olur.

Stressin Dəriyə Təsirini Azaltmaq Üçün Nə Etməli?

Stressdən tamamilə qaçmaq mümkün olmasa da, onun təsirlərini azalda biləcək bəzi addımlar atmaq olar. Aşağıdakı məsləhətlər həm dərinizin sağlamlığını, həm də ümumi həyat keyfiyyətinizi artırmağa kömək edəcək.

1.Dərinizi Gündəlik Qoruyun:

Stress dərinin müdafiə funksiyasını zəiflədir. Buna görə də, gündəlik olaraq yumşaq təmizləyicilər, nəmləndiricilər və SPF kremi istifadə edin. Nəmləndirici məhsullar dərinin su balansını qorumağa kömək edəcək.

2.Balanslı Qidalanma:

Antioksidantlarla zəngin olan qidalar (giləmeyvələr, qoz-fındıq, yaşıl yarpaqlı tərəvəzlər) dərini sərbəst radikallardan qoruyur və onun elastikliyini artırır. Omega-3 yağ turşuları ilə zəngin qidalar da dərinin sağlamlığı üçün faydalıdır.

3.Gündəlik Fiziki Aktivlik:

Müntəzəm idman məşqləri qan dövranını yaxşılaşdırır, stress hormonlarını azaldır və dərinin parlaq görünməsinə kömək edir.

4.Yuxunuza Diqqət Yetirin:

Sağlam dəri üçün keyfiyyətli yuxu çox vacibdir. Stressin təsirlərini minimuma endirmək və dərinin bərpasını təmin etmək üçün gecə ən azı 7-8 saat yatmağa çalışın.

5.Meditasiya və Nəfəs Məşqləri:

Meditasiya və düzgün nəfəs texnikaları stressi azaldaraq dərinin vəziyyətinə müsbət təsir göstərir. Gündə cəmi 10-15 dəqiqə meditasiyaya vaxt ayırmaq kortizol səviyyəsini azaltmağa kömək edə bilər.

6.Peşəkar Kömək Alın:

Uzunmüddətli stressdən əziyyət çəkirsinizsə, peşəkar bir kosmetoloq və ya dermatoloqla məsləhətləşin. Onlar dərinizin ehtiyaclarına uyğun fərdi qulluq proqramı hazırlaya bilər.

Stress və Dolğu Prosedurları

Stress dəriyə mənfi təsir göstərdiyi halda, dolğu prosedurları onun sağlam görünüşünü bərpa etmək üçün effektiv vasitə ola bilər. Dolğular qırışları azaldır, dəriyə təravət bəxş edir və itirilmiş həcmi bərpa edir. Amma stresslə mübarizə yalnız estetik prosedurlarla məhdudlaşmamalıdır. Dərinin sağlamlığını qorumaq üçün hərtərəfli yanaşma vacibdir.

Stressin dəriyə təsiri ciddi nəticələrə səbəb ola bilər, lakin düzgün həyat tərzi və qayğı ilə bu təsirləri minimuma endirmək mümkündür. Sağlam dəri yalnız xarici görünüş deyil, həm də daxili balansın göstəricisidir. Dəriyə qayğı göstərərək və stressi idarə edərək siz həm özünüzü, həm də görünüşünüzü daha yaxşı hiss edəcəksiniz.