Kosmetoloji Prosedurları Haqqında Miflər

Gözəllik – həm daxili, həm də xarici dünyamızın ən vacib atributlarından biridir. Biz özümüzü yaxşı hiss etdiyimiz zaman daha enerjili, özünə əmin və xoşbəxt oluruq. Bu xüsusilə dəri sağlamlığı və gözəlliyi ilə əlaqəlidir.Ancaq son zamanlarda kosmetologiya sahəsindəki yeniliklərlə paralel olaraq, bir çox mif və yanlış fikirlər də ortaya çıxıb. Bu miflər insanların doğru qərarlar qəbul etmələrinə mane olur, bəzən də onları səhv yola aparır. Bu blogda sizinlə birlikdə kosmetoloji prosedurlar haqqında məşhur mifləri və haqqiqətləri öyrənəcəyik.

Bütün insanlar daha gənc,təravətli,və cazibədar görünmək istəyir. Buna görə də bir çox insan müxtəlif kosmetoloji prosedurlara müraciət edir. Ancaq bu barədə çoxlu səhv məlumatlar var,hansı ki,insanları prosedurları və mütəxxəsisi seçərkən səhv etməyə sövq edir.

Botoks və onun “təhlükəsi”
Mif: Botoks üzü tamamilə “donudaraq” emosiyanı yox edir,üzdə saxta maska görünüşü əmələ gətirir.
Haqqiqət: Əslində, düzgün doza və daxil etmə texnikası ilə botoks yalnız müəyyən üz əzələlərini yumşaltmağa kömək edir, bu da qırışlardan azad olmağa imkan verir. Sizin üzünüz hələ də emosiyalarınızı ifadə edə bilir.

Kişilər və Kosmetologiya
Mif: Kosmetoloji prosedurlar yalnız qadınlar üçündür.
Haqqiqət: Artıq çox sayda kişi də öz dərisinə qayğı göstərməyə başlayıb və kosmetoloji xidmətlərə müraciət edir. Gözəl görünmək istəyi hər kəs üçündür.

Lazer gəncləşdirmə və dəri xərçəngi
Mif: Lazer prosedurlar dəri xərçənginə səbəb ola bilər.
Haqqiqət: Bu günə qədər lazer gəncləşdirmənin dəri xərçənginə səbəb olduğuna dair heç bir elmi sübut yoxdur.Əsas məsələ peşəkarları və ixtisaslaşmış müəssisələri seçməkdir.

Mif: Kosmetologiya tamamilə plastik cərrahiyəni əvəz edə bilər.
Haqqiqət: Müəyyən müasir kosmetoloji metodlar təsirli nəticələr versə də, bəzi dəyişikliklər yalnız plastik cərrah müdaxiləsi ilə mümkündür.

Hialuron turşusu və təbiiliyi
Mif: Hialuron turşusu vurulduqda dərinizdə yad bir madde kimi davranar.
Haqqiqət: Hialuron turşusu dərinin özündə mövcud olan bir maddədir.İnsanın dərisində təbii halda mövcuddur və dərinin nəm saxlamağa kömək edir.

Piling prosedurları və dərinin zədələnməsi
Mif: Piling prosedurları dərinizi zədələyir və qızardır.
Haqqiqət: Piling prosedurları dərinin üst təbəqəsini təmizləyir və təzə, sağlam dərinin ortaya çıxmasına kömək edir. Doğru tətbiq edildikdə bu prosedur dəriyə zədə verməz.

RF Lifting və onun təhlükəsi
Mif: RF lifting (Radio Freqvensiya Lifting) dərinizi yandırır.
Haqqiqət: RF lifting dəri altı əzlə və toxumalara enerji ötürərək elastin və kollagenin təşəkkülünü təşviq edir. Peşəkarların əlində bu prosedur tamamilə təhlükəsizdir.

Ateroma və kosmetoloji müdaxilə
Mif: Ateroma sadəcə kosmetoloji müdaxilə ilə aradan qaldırıla bilər.
Haqqiqət: Ateroma bir cür dəri törəməsidir və kosmetoloji müdaxilə ilə aradan qaldırılması tövsiyə olunmur. Bu, cərrahi yolla həll olunmalıdır.

Xülasə olaraq deyim ki, hər hansı bir prosedura qərar verərkən, məlumatları diqqətlə öyrənmək, mütəxəssislərlə məsləhətləşmək vacibdir.Sizin gözəlliyiniz və sağlamlığınız yalnız ən yaxşısına layiqdir!

Related articles

Daxili və Xarici Gözəlliyin Balansı: Tam Gözəlliyə Aparan Yol

Daxili və xarici gözəlliyin balansı insanın həm fiziki, həm...

Sağlam Dəridən Kənar: Bütöv Gözəllik Üçün Səhiyyə Məsləhətləri

Gözəllik yalnız xarici görünüşlə məhdudlaşmır. Həqiqi və davamlı gözəllik...

Gözəllik Trendləri: 2025-ci İlin Ən Populyar Yanaşmaları

Hər il gözəllik sahəsində yeni trendlər yaranır, texnologiya və...

Dəriyə Qulluqda Texnologiyanın Yeri: Ağıllı Qacetlər və Onların Faydaları

Müasir texnologiyalar dəriyə qulluq sahəsində inqilab edir. Gündəlik qayğı...

Dolğulardan Kənar Estetik Alternativlər: Təbii Gözəlliyin Qorunması

Dolğu prosedurları müasir estetik kosmetologiyada geniş istifadə olunsa da,...
Предыдущая статья
Следующая статья