29.04.2023
Özünə inam məqsədə çatmaq və həyatda uğur qazanmaq üçün vacib xüsusiyyətlərdən biridir.
Məlumdur ki, insan uğur qazandıqca özünü daha yaxşı hiss etməyə başlayır, özünə inamı artır, uğursuzluq yaşayanda isə bunun tam əksi baş verir. Bu proseslər bir-biri ilə qarşılıqlı əlaqəlidir. Bir şəxsin ozünə inanması üçün həyatda uğuru, sosial status, pul kimi amillərdənsə, onun özünün öz hərəkətlərinə, nailiyyətlərinə verdiyi subyektiv müsbət qiymət və əhəmiyyətli hesab etdiyi insanların kənardan verdiyi qiymət daha mühüm əhəmiyyətə malikdir. Özünə inam mövzusu ilə ciddi məşğul olan ilk şəxs Amerikadakı həkim Andre Salter idi. O, sağlam, özünəinamlı Şəxsiyyətin xarakteristikasını vurğulayıb və təsvir edib.
Salterin gözündən özünə inam:
Nitqin emosionallığı
Salter hər şeydən öncə insanın hamıya açıq olmasının əhəmiyyətini qeyd edirdi. Özunǝinam hissi güclü olan insan fikirlərini, hisslərini gizlətmədən, açıq, dürüst şəkildə bəyan edir. O, həm müsbət, həm də mənfi hisslərinin təzahürlərini gizlətməyə və ya yumşaltmağa çalışmır.
Davranışın və nitqin ekspressivliyi
Verbal və qeyri-verbal vasitələrin arasında uyğunluq olmalıdır. Bir şəxs hisslərini və düşüncələrini müvafiq qeyri-verbal vasitələrlə dəstəkləməlidir.Başqalarına baxmadan öz fikirlərini birbaşa və açıqca ifadə etmək insanın özünə inamlı olduğunun göstəricisidir. Onlar «Mən» əvəzliyindən qorxmurlar. Qeyri-müəyyən ifadələr istifadə etmirlər və öz fikirlərini aydın şəkildə cəmiyyətə çatdırırlar.
Öz bacarığlarını və şəxsi keyfiyyətlərini aşağılamaq onlara xas davranış deyil. Digər insanlardan gələn tərifləri isə sakit və adekvat davranışla qəbul edirlər.
İmprovizasiya qabiliyyəti
Özünə inamın gücləndirilməsi öz işində zirvələrə çatmaq istəyən hər bir şəxs üçün birinci dərəcəli məqsəd olmalıdır. Özünə inam niyə bu qədər vacibdir? Çünki o sizə cəsarət, özünə hörmət və təşəbbüskarlıq bəxş edir. Özünüzə inandıqda riskə getməkdən və yeni şeylər sınamaqdan qorxmamalısınız. Özünə inam xoşbəxt və uğurlu bir həyat üçün vacibdir və bir çox insanın digər insanlarda gördüyü zaman təqdir etdiyi bir xüsusiyyətdir.
Özünüzə inandıqda insanların sizin haqqınızda düşündüklərinin və söylədiklərinin heç bir əhəmiyyəti olmur. Bu da daha dinc bir həyat üçün şərait yaradır. Bir çox insan bu xüsusiyyətə anadangəlmə sahib olur. Ancaq siz bu xüsusiyyəti həmişə şüurlu şəkildə formalaşdıra bilərsiniz. Həyatınızda baş verən bəzi hadisələr onu itirməyinizə səbəb olsa da, düşüncə tərzini və həyata baxışınızı dəyişərək özünə inamı yenidən qaytara bilərsiniz.

Özünə inamı necə yaratmaq olar?
Bunun üçün aşağıdakı qısa yolları istifadə edə bilərsiniz:
- Həyatınızda qabağa düşün. Əksər hallarda müvəffəqiyyətsizlik və bədbəxtliklər yaşasanız belə, bu siyahıda mütləq bir neçə uğur da olmalıdır. Bunların böyük uğurlar olması vacib deyil,məktəbdə və ya universitetdə yüksək nəticələr qazanmaq, işdə vəzifənizin yüksəlməsi, qonşularınızla yaxşı münasibətdə olmaq, sürücülük vəsiqəsi almaq və yaxud üzməyi öyrənmək kimi olduqca sadə şeylər ola bilər.Bunları düşünmək həyatınızda təkcə uğursuzluqların deyil, uğurlu təcrübələrin də olduğunu anlamağınıza səbəb olacaq. Bu isə özünüz və həyatınız haqqında daha çox düşünməyinizə kömək edəcək və özünüzə inamı artıracaq.
- Edə bilmədikləriniz və bacarmadıqlarınıza deyil, bacardıqlarınıza və uğurlarınıza fokuslanın. Zehninizi niyə uğursuzluq ssenariləri ilə doldurursunuz? Uğursuzluq haqqında düşünməyə davam etsəniz, onu cəzb edəcəksiniz, bu isə özünüzə inamınızı itirməyə səbəb olacaq. Zehninizdəki neqativ məzmunlu filmi dəyişdirin və özünüzü həqiqətən olmaq istədiyiniz yerdə, arzuladığınız həyatı yaşayarkən təsəvvür edin. Müsbət düşüncələrlə hərəkət etsəniz, uğur qazanacaqsınız.
- Uğurlarınızın siyahısını hazırlayın:
Özünüzə inamınızı artırmaq üçün bir addım da atın uğurlarınızın siyahısını hazırlayın və tez-tez bu siyahıya nəzər salın. Heç uğur qazanmadığınızı düşünürsünüzsə, yanılırsınız. Ola bilər ki, heç də böyük uğurlar qazanmamısınız, ancaq mütləq ki, bəzi uğurlar vardır. Hətta yaxşı keks bişirmək, həyat yoldaşınız və ya uşaqlarınızla yaxşı münasibətdə olmaq, demək olar ki, hər gün açıq havada gəzmək belə bir uğurdur.
- Bacarıq və qabiliyyətləriniz haqqında düşünün:
Hər gün bacarıq və qabiliyyətləriniz haqqında düşünmək üçün vaxt ayırın və onları inkişaf və istifadə etməyin yollarını tapmağa çalışın. Heç bir qabiliyyət və bacarığınız olmadığını söyləməyin. Hər kəsin ən azı bir qabiliyyəti var. Sizə onları tapmaq qalır.
Özünə inam əskikliyi iradəsizliklə birlikdə çıxış edir. Zehninizi gücləndirdikdə özünüzə inamınız da artacaq. Güclü iradə daha çox təşəbbüskarlıq, daha çox özünə hörmət və özünə inam deməkdir.
- Kiçik və sadə hədəflər təyin edin:
Çata biləcəyiniz kiçik, sadə hədəflər təyin edin və onlara çatmaq üçün hərəkətə keçin. Bu inamınızı artıracaq. Dolabınızı təmizləmək və nizamlamaq, dostlarınızı evinizə dəvət etmək, üzməyi öyrənməyə başlamaq və yaxud bir günlük tətil etmək və əylənmək kimi,həqiqətən, kiçik hədəflərdən söhbət gedir.
- Pozitiv münasibət formalaşdırın:
Mənfi hadisələrə yönəlmək və hər şeyin ən pisini düşünmək əvəzinə, müsbət şeylərə fokuslanın və müsbət nəticələr gözləyin. Bununla yanaşı, zehni vərdişlərinizi dəyişdirə, pozitiv münasibət formalaşdıra bilərsiniz. Zehininizdən və lüğətinizdən bütün mənfi sözləri çıxarmağa çalışırsınızsa, söhbət zamanı da onlardan istifadə etməmək buna kömək edəcək.
- Öz-özünüzlə motivasiya xarakterli söhbətlər aparın:
Zehninizdə gəzişən mənfi fikirləri aradan qaldırın. Güclü olun özünüz və həyatınız haqqında zehininizdə yarana biləcək mənfi düşüncələrə İcazə verməyin. Zehininizdə nə baş verdiyini anlamalı, neqativ danışıqlara şərait yaratmamalısınız. Bu məsləhətlər özünüzə inamın artmağına kömək edəcək. Bəzi hallarda bunlar kifayət etməyə bilər. Həddindən artıq özünə inam əskikliyi hiss etdikdə, bunun səbəbini tapmağa kömək edəcək professionallara müraciət etməlisiniz.