Yeməkdən sonra yuxu aparma hissi normal sayılır. Bu, həkimə baş çəkməyi tələb etmir və narahatlıq üçün heç bir səbəb yaratmır. Bu prosesə səbəb olan bir neçə amil var. Bu amillər hansılardır?
Sinir sisteminin orqanizmdə qida qəbuluna reaksiyası.
Yeməkdən dərhal sonra baş verən proses bu şəkildədir: qan bütün bədənə yenidən bölüşdürülür.(beyindən həzm orqanlarına axın var)
Hormonal amillərə təsir edən əsasən karbohidratlı qidalardan ibarət rasiondur. Bir insanın işləmək üçün çox enerjiyə ehtiyacı varsa, o zaman ona karbohidratlar da daxil olmaqla gücləndirilmiş qidalanma tələb olunacaq. Ancaq sürətli karbohidratların istifadəsi zamanı insan beyninin fəaliyyəti azalır. Həddindən artıq yemək yemək ,maye qəbul etməmək, düzgün fiziki istirahətin, həftəsonlarının, tətillərin olmaması da orqanizmə mənfi təsir edən faktorlardandır.Rahat yuxunun və istirahətin olmaması da bu amillərdən biridir. Şəkərli diabet, anemiya, qida allergiyası, tiroid xəstəliyi həkimə mürəciəti tələb edən ciddi xəstəliklərdəndir.
Hansı qidaları qəbul etdiyiniz zaman, sizi oturduğunuz yerdə yuxu aparır?
Hansı qidalar sizi yuxulu və yorğun hiss etdirə bilər?
Kolbasa və sosis məhsulları
Bir çox insan səhər yeməyində bu qidaları yeməyə üstünlük verir. Qırmızı ət faydalıdır, bədəni dəmirlə təmin edir. Ancaq çiy ət məhsullarının çoxu kifayət qədər duzlu və yağlıdır. Zülallar yağlarla birlikdə ağır qidaya çevrilir ki, bu da orqanizmdə çətin parçalanır və həzm olunur. Bunun üçün çoxlu enerji sərf olunur, ona görə də insan özünü yorğun hiss edir.
Yerfıstığı. Düzgün bəslənməyə riayət edən insanlar yerfıstığını sağlam qəlyanaltı hesab edərlər.Tərkibində olan maqnezium və B6 vitamininin bolluğu rahatlıq hissi yaradır, yatmaq istəyini artırır.
Qəhvə və qəhvəli içkilər
Bu xüsusilə şirin qəhvə qəbul etməyi və onlara krem və şərbət əlavə etməyi sevən insanlar üçün keçərlidir. Onlar insana sürətli xoşbəxtlik hissi bəxş edir,amma bu tezliklə yerini narahatlığa buraxır.
Quru gavalı. Qurudulmuş meyvələr bir çox insanın sevimli qəlyanaltısıdır. Gavalı bədəndə melatonin istehsalını tezləşdirir. Bu yuxunu tənzimləyən hormondur. Ciddi işlər, tədbirlər və ya hesabatların hazırlanmasını planlayırsınızsa qara gavalı ilə qəlyanaltı etməkdən çəkinmək lazımdır.
Makaron yemək
Makaron bədəndə qlükoza səviyyəsinin kəskin artmasına səbəb olur. Bura buğda unundan hazırlanmış çörək məhsulları yemək də daxildir.
Şirələr. Onların tərkibində melatonini istehsal edən triptofan var. Albalı gecə yeyilməlidir, o zaman sağlam yuxu ilə təmin olunacaqsız.Yeri gəlmişkən, mağazada satılan hazır şirələr çox vaxt əlavə şəkərlə yüklənir, ona görə də onlardan qaçınmaq daha yaxşıdır.
MƏQALƏLƏR