Bu sahələrdə sahibkar olmaq istəyənlərin nəzərinə!

“Ölkəmizdə estetik kosmetologiya və bərbər xidməti sahəsində çalışan mütəxəssislərə, habelə bu sferada sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərə dəstək olmaq niyyətilə “Estetik Kosmetologiya Mütəxəssisləri” İctimai Birliyini (EKMİB) təsis etdik və 5 oktyabr 2020-ci ildə AR İqtisadi İnkişaf Nazirliyinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə dövlət qeydiyyatından keçməsinə müvəffəq olduq”.

“Qafqazinfo” xəbər verir ki, bunu “LBC” MMC-nin və “EKM” İctimai Birliyinin təsisçisi, həkim estetik dermatokosmetoloq Rəna Soltanova deyib.

Hazırda “EKM” İB-in idarə heyətinin sədri vəzifəsində çalışan Rəna Soltanova 4 il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq Agentliyi, KOBİA-nın tərəfdaşlığı ilə müxtəlif layihələr həyata keçirib:

“Özünü kəşf et” adlı peşə və iş festivalı” — Sumqayıt ş. 2021-ci il; “Biznesini başla və inkişaf etdir”- Bakı, 2022-ci il; “Öz biznesini qurmaq istəyən şəxslər üçün xüsusi dəstəkləyici xidmətlər” – Bakı, 2022-ci il; “Gözəllik sahəsi üzrə 0-dan peşə öyrən və inkişaf etdir” – Bakı ş. 2023-cü il; Estetik kosmetologiya sahəsinə aid peşələrin təmənnasız olaraq aztəminatlı ailələrdən, o cümlədən şəhid, qazi xanımlarına və əlilliyi olan, tənha qadınlara öyrədilməsi məqsədilə “0-dan peşə öyrən və inkişaf etdir”- Bakı, 2023-cü il). 13 oktaybr 2024-cü ildə Prezidentin 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etməsi ilə əlaqədar Bakı şəhərində ağacəkmə aksiyası keçirdik. Davamlı olaraq sosial layihələr keçiririk ki, bu da məni çox xoşbəxt edir.

Hamınıza cansağlığı, möhkəm iradə və bol şanslar arzusuyla…”

 

Related articles

Daxili və Xarici Gözəlliyin Balansı: Tam Gözəlliyə Aparan Yol

Daxili və xarici gözəlliyin balansı insanın həm fiziki, həm...

Sağlam Dəridən Kənar: Bütöv Gözəllik Üçün Səhiyyə Məsləhətləri

Gözəllik yalnız xarici görünüşlə məhdudlaşmır. Həqiqi və davamlı gözəllik...

Gözəllik Trendləri: 2025-ci İlin Ən Populyar Yanaşmaları

Hər il gözəllik sahəsində yeni trendlər yaranır, texnologiya və...

Dəriyə Qulluqda Texnologiyanın Yeri: Ağıllı Qacetlər və Onların Faydaları

Müasir texnologiyalar dəriyə qulluq sahəsində inqilab edir. Gündəlik qayğı...

Dolğulardan Kənar Estetik Alternativlər: Təbii Gözəlliyin Qorunması

Dolğu prosedurları müasir estetik kosmetologiyada geniş istifadə olunsa da,...