Gözəllik sahəsi üzrə ödənişsiz peşə hazırlığı keçirildi

Əmək bazarının tələblərinə uyğun gözəllik industriyasına maraq və tələbatın artdığı bir dövrdə bu sahədə kadrların hazırlanması zərurəti yaranıb.

Müraciət edən çoxdur. Lakin çox ehtiyaclı ailələr var ki, onların maddi imkanlarının yaxşılaşması üçün onlara peşə öyrətmək lazımdır. Təcrübə göstərir ki, ehtiyaclı ailələrə həftəlik və ya aylıq ərzaq köməyi göstərdikdə həmin ailədə böyüyən uşaqlar ələbaxan olurlar. Bəzi hallarda nə oxumaq, nə də işləmək istəmirlər. Yarımçıq ailədə böyüyən uşaq görəndə ki, ana zəhmət çəkir, işləyir və ailəsini saxlayır, ondan nümunə götürür, o da zəhmətə qatlaşır.

Buna görə də həkim, dermatokosmetoloq Rəna Soltanovanın rəhbərliyi ilə Estetik Kosmetologiya Mütəxəssisləri İctimai Birliyi (EKMİB) tərəfindən gözəllik sahəsi üzrə keçirilən ödənişsiz peşə hazırlığı və digər sosial layihələrdə aztəminatlı ailələr, əlilliyi olan, şəhid və qazi ailəsinə mənsub xanımlar nəzərə alınır. Bu səpkidə layihələrin xeyirxah məqsədini həyata keçirməklə ailənin möhkəmliyinə, qadının pozitiv psixoloji durumuna, həmçinin uşaqların həm fiziki, həm də mənəvi cəhətdən sağlam böyümələrinə imkan yaranır.

Son zamanlar media vasitələrində və sosial şəbəkələrdə tükürpədici, ləyaqəti alçaldan, mentalitetimizə yaraşmayan hallarla rastlaşırıq. Odur ki, gənclərin vətənpərvərlik, dini tolerantlıq ruhunda tərbiyə olunması, onların mənəviyyatına, sağlamlığına mənfi təsir göstərə bilən amillərə qarşı profilaktik tədbirlərin keçirilməsində ictimai təşkilatların da birgə əməkdaşlıq çərçivəsində rolu olsa ölkəmiz, ailələrimiz üçün çox faydalı olardı. EKMİB-nin bu sahədə rolu danılmazdır.

Növbəti belə bir tədbirin Ülkər Psixologiya Mərkəzi ilə birgə keçirilməsi üçün Bakı Dövlət Universitatinin rektoru hörmətli Elçin Babayevə məktubla müraciət edilib. Razılıq alındığı təqdirdə BDU-dan sonra “Xərçəng mənim gülüşümü ala bilməz” layihənin digər təhsil ocaqlarında da keçirilməsi nəzərdə tutulub.

İctimai birliklərə könüllülərin cəlb olunması da önəmli məsələlərdəndir. Qazanc gətirməyən belə birliklər Amerika və Avropa ölkələrində könüllülər və icmalar hesabına böyük layihələr həyata keçirirlər. EKMİB-in həmtəsisçisi Yeganə Cəfərova bildirir ki, könüllülərin sosial yönümlü layihələrdə iştirakı onlarda cəmiyyətdə baş verən hadisələrə  münasibətdə fəal iştirakçı hissini yaratmaqla cəmiyyət və dövlətə qarşı fəxr hissləri aşılayır, eyni zamanda vətəndaşa öz potensialını realizə etmək imkanını və təcrübə qazandırır.

Related articles

Daxili və Xarici Gözəlliyin Balansı: Tam Gözəlliyə Aparan Yol

Daxili və xarici gözəlliyin balansı insanın həm fiziki, həm...

Sağlam Dəridən Kənar: Bütöv Gözəllik Üçün Səhiyyə Məsləhətləri

Gözəllik yalnız xarici görünüşlə məhdudlaşmır. Həqiqi və davamlı gözəllik...

Gözəllik Trendləri: 2025-ci İlin Ən Populyar Yanaşmaları

Hər il gözəllik sahəsində yeni trendlər yaranır, texnologiya və...

Dəriyə Qulluqda Texnologiyanın Yeri: Ağıllı Qacetlər və Onların Faydaları

Müasir texnologiyalar dəriyə qulluq sahəsində inqilab edir. Gündəlik qayğı...

Dolğulardan Kənar Estetik Alternativlər: Təbii Gözəlliyin Qorunması

Dolğu prosedurları müasir estetik kosmetologiyada geniş istifadə olunsa da,...