EKMİB-nin yeni strukturu yaradıldı

“Estetik Kosmetologiya Mütəxəssisləri” İctimai Birliyinin (EKM İB) rəhbəri, LBC estetik klinikanın təsisçisi və Baş həkimi, dermatokosmetoloq Rəna Soltanova hər iki qurumun fəaliyyətində hər zaman şəffaf olmaq, vicdanla və keyfiyyətlə çalışmaq, həmçinin mükəmməl və peşəkar fəaliyyətlə cəmiyyətin bütün təbəqələri ilə əməkdaşlıq etmək kimi keyfiyyətlərin əsas prinsiplərdən olduğunu bildirir.

O, qeyd edir ki, kosmetologiya sahəsinin daha da inkişaf etməsinə yardımçı olmaq məqsədilə EKM İB-in yeni strukturunun yaranmasına qərar verilib.

Qurumun tərkibində bir neçə departament fəaliyyət göstərəcək. İlk yaradılan İnformasiya və İctimaiyyətlə əlaqələr Departamentidir. Hazırda departamentin tərkibində İnformasiya Komitəsi, İctimaiyyətlə əlaqələr Komitəsi, Sosial layihələr Komitəsi və Könüllülərlə iş Komitəsi formalaşdırılıb. İctimai Birliyin fəaliyyəti haqqında bütün məlumatlar ictimaiyyətə çatdırılır. Departament tərəfindən EKM İB-nin həyata keçirdiyi layihələr, tədbirlər, səfərlər, görüşlər və s. məlumatları əks etdirən illik hesabatlar hazırlanır. Həmçinin görülən və planlaşdırılan işlər haqqında bütün elan və anons materiallarının ictimaiyyətə çatdırılması bu departamentin vəzifəsidir.

EKM İctimai Birliyi fəaliyyəti üzrə gördüyü işlərdə hər zaman dövlət qurumları ilə əməkdaşlıq münasibətindədir. Fəaliyyətin media və mətbuatda fəal işıqlandırılması cəmiyyətin bütün təbəqələri ilə münasibətlərin qurulmasına dəstək olur.

R.Soltanova qeyd edir ki, “İctimai Birliyinin faəliyyətinin genişlənməsi və inkişafı könüllülərin işə cəlb olunması ilə əlaqədar ola bilər. Bu məqsədlə xeyriyyəçilik mədəniyyəti, onun əsasları, tarixi və sosial əhəmiyyətinin davamlı olaraq cəmiyyətin bütün təbəqələri arasında geniş təbliğinə və tətbiqinə çalışmalıyıq. Yaşından, ixtisasından asılı olmayaraq cəmiyyətə faydalı olmaq istəyən hər kəsi könüllü kimi bizimlə birgə çalışmağa dəvət edirik.”

EKMİB-nin yeni strukturu yaradıldı

Related articles

“2024 Seni Cup” Azərbaycan Çempionatı

13 dekabr 2024-cü il tarixində Sərhədçi İdman Olimpiya Mərkəzində...

Dolğu və Təbiət: Minimal Müdaxilə ilə Maksimum Təbii Nəticə

Müasir dövrdə estetik prosedurlara yanaşma ciddi şəkildə dəyişib. İnsanlar...

Sağlam Dərinin Sirri: Dərinin Bioloji Saatını Necə Yavaşlatmaq Olar?

Hamımız bilir ki, zaman keçdikcə dəri dəyişikliklərə məruz qalır:...

Dərinin Psixologiyası: Hisslərimizin Dəriyə Necə Təsir Etməsi

Dərimiz yalnız bədənimizin qoruyucu təbəqəsi deyil, həm də psixoloji...

Rəna Soltanovanın ikinci kitabı gəlir

Tanınmış dermatoloq, kosmetoloq, “Laser Beauty” klinikalarının, “Estetik Kosmetologiya Mütəxəssisləri”...