Ağıllı olduğunu düşünürsənmi?

1. Ağıllı qadın anlayır ki, həyat kişi olmasa da davam edir. 

Qadın özünün kim olduğunu, onun üçün nəyin vacib olduğunu mükəmməl başa düşür.Ağıllı qadın sevgi naminə həyatını sındırmır. 

2. Qadın öz hisslərini gizlətmir. İstər müsbət, istərsə də qəzəb hissi olsun. 

Kişi qadının hissləri ilə hesablaşmalı və onlara hörmət etməlidir. Müdrik qadın utanmaz və kişiyə nələrisə demək üçün illər boyu fikirləşməz.

3 .Kişinin sosial şəbəkələrdəki hesablarına icazəsiz  girməməlidir.

O qısqanclıq üçün kifayət qədər yetkindir. Qadın anlayır ki,əhəmiyyətli olan, əslində onunla kişi arasında olan real münasibətdir.

4. Yetkin bir qadın həqiqəti gizlətmir

Onun buna ehtiyacı yoxdur, özünü nədənsə qorumağa ehtiyac duymamalıdır. Onun kişi ilə  arasında inamı itirmək riski olmamalıdır .

5. Yoldaşına güvənir

Münasibətləri barədə narahat olmağa ehtiyac yoxdur, onun SMS-lərini oxuyub niyə gec gəldiyini, harada olduğunu soruşmaq zərurəti duymur. Ona inanır və şübhə etmir.

6. Öz üzərində işləmək

Bilir ki, xoşbəxt olmaq üçün öz üzərində işləmək lazımdır və bunu unutmur.

7. Kömək istəyir

Münasibətdə yetkin olan qadın köməyə ehtiyacı olduğunu gizlətməyəcək. O, yoldaşından problemlərin həllinə kömək etməsini xahiş edəcək.

8. Səhvlərini etiraf edir

Ağıllı qadın səhvini gizlətməz, səhv etsə, etiraf etməkdən və səhfini düzəltməkdən qaçmaz.

9. Çətinliklərdən qaçmır

Münasibətlərdə çətinliklər yaranarsa, kişi ilə birlikdə onları aradan qaldırmağa çalışır və əlaqəni kəsmir.

10. Kişisini sevir

Və bunu hiss etdirir. Bir kişi bu cür qadının yanına «uçur». Çünki onların həyatında hər şey açıq və aydındır.

Related articles

«Qadınları necə xoşbəxt etmək olar» sualına dəqiq cavab tapılmayıb

29.04.2023Qadınlar Dünyada bu mövzuda bir çox araşdırmalar aparılıb. Lakin hələ...

Əsrimizin gözəllik anlayışı.

29.04.2023“Gözəllik”   estetikanın ən ümumi, ən geniş əhatəli kateqoriyası, estetik...

Dəb anlamını verən Moda sözü

Dəb anlamını verən Moda sözü Dəb anlamını verən Moda sözü...

Müsbət düşüncə bizə sağlamlıq və xoşbəxtlik gətirəcək

Müsbət düşüncə bizə sağlamlıq və xoşbəxtlik gətirəcək, müsbət enerjini...

Özünə inam

29.04.2023Özünə inam məqsədə çatmaq və həyatda uğur qazanmaq üçün...
Предыдущая статья
Следующая статья