Biorevitalizasiya nədir?

Biorevitalizasiya yaşla əlaqəli dəyişikliklərlə bağlı dəri qüsurlarının tez bir zamanda öhdəsindən gəlməyə, üz və bədənin dərisini cavanlaşdırmağa, daha hamar və elastik vəziyətə gətirməyə,sızanaq izlərindən qurtulmağa imkan verən inyeksiya prosedurudur. Texnikanın mahiyyəti hialuron turşusuna əsaslanan dərmanların intradermal tətbiqidir. Prosedur tamamilə təhlükəsizdir, nazik iynələrlə tətbiq edilir və 18 yaşdan yuxarı həm qadınlar,həm də kişilər üçün eyni dərəcədə uyğundur.

İnyeksiyon kosmetologiyada istifadə olunan hialuronat iki yolla əldə edilir:

Laboratoriyada sintez yolu ilə,
heyvanlardan alınan xammaldan.
İnjeksiyon kosmetologiyada heyvan mənşəli xammaldan hialuron turşusunun alınması üsulu hazırda praktik olaraq istifadə edilmir. Laboratoriyalarda əldə edilən sintetik hialuron turşusu təbii xüsusiyyətlərinə görə heç də geri qalmır və bir çox xüsusiyyətlərinə görə hətta onu üstələyir (məsələn, sintetik maddə yüksək dərəcədə təmizlənir və allergiyaya səbəb ola biləcək xarici komponentlər ehtiva etmir).

Hialuron turşusu nədir və necə təsir göstərir?

Hialuron turşusu müəyyən bir konsentrasiyada insanın toxumasında mövcuddur. Əsas funksiyası su molekullarını tutmaq və toxumalarda metabolik proseslərini tənzimləməkdir. Hialuron turşusunun çatışmazlığı nəticəsində zülalların (elastin və kollagen) istehsalı azalır, dəri quruyur,qabıqlanır,ümumi görünüşü pisləşir, qırışlar yaranır.

Əməliyyatlardan,zədələnmələrdən sonra dəridə hialuron turşusunun səviyyəsi azalır, çünki zədələnmiş bölgələrin bərpası üçün orqanizm daha çox hialuron turşusu sərf edir.

Hialuron turşusu çatışmazlığını bərpa etmək və yaşlanma prosesini yavaşlatmaq üçün klinikamızın kosmetoloqları sağlam bir həyat tərzi keçirməyi, gündə ən azı 2-3 litr su içməyi, düzgün qidalanmağı dəriyə qulluq etməyi və vaxtaşırı inyeksiya prosedurlarını həyata keçirməyi məsləhət görürlər.

Toxumalarda hialuron turşusu çatışmazlığı aşağıdakı səbəblərə görə baş verə bilər:

Yaş;
27 yaşdan sonra insan orqanizmində hialuron turşusunun istehsalı azalmağa başlayır, 40 yaşdan sonra metabolik proseslərin pozulması və çatışmazlığı səbəbindən bədən kollagen istehsalını dayandırır. Çatışmazlıq nəticəsində qırışlar yaranır, dəri elastikliyini,üzün konturu isə dəqiqliyini itirir.

Həyat tərzi;
Yuxu rejiminə diqqət etməmək, siqaret çəkmək, ekoloji faktorlar, stres və digər mənfi amillər dəriyə mənfi təsirini göstərir və hialuron turşusunun istehsalının azalmasına səbəb olur.

Ultrabənövşəyi şüalar;

Mütəmadi günəşə məruz qalma dəridəki hialuronun parçalanma prosesini sürətləndirir.

Dərinin tonunu açmaq,cavanlaşdırmaq və bərpa etmək üçün 30 yaşdan yuxarı qadınlar və kişilər üçün biorevitalizasiyaya müraciət etmək tövsiyə olunur. Daha gənc yaşlarda bu prosedur məsləhət deyil, çünki hialuron turşusu bədəndə kifayət qədər istehsal olunur.

Bununla birlikdə, sızanaqdan qurtulmaq üçün, quru dəri ilə mübarizə aparmaq və digər qüsurları düzəltmək üçün 18 yaşından etibarən üz,boyun, dekolte və digər zonaların biorevitalizasiyasını etdirə bilərsiniz.

Biorevitalizasiya hansı problemlərin öhdəsindən gəlir?

Biorevitalizasiya kursunu keçmək üçün həkimlə məsləhətləşmək lazımdır. Yalnız mütəxəssis müalicə müddətini, prosedurların sayını təyin edə bilər və hialuron turşusuna əsaslanan düzgün preparatı seçə bilər.

Biorevitalizasiya aşağıdakı hallarda təyin edilir:
solğun dəri;

uzun müddət günəşə məruz qaldıqdan sonra;
göz ətrafındakı qara kolgələrin ,incə qırışların olması;
sızanaqdan sonrakı izlərdə;
yaşla əlaqədar ləkələrdə;
üz qırışları, nazolabial qırışlar;
plastik əməliyyatlardan, lazer və kimyəvi pilinq və digər aqressiv prosedurlardan sonra;

Biorevitalizasiya necə həyata keçirilir?

Üzün biorevitalizasiyası proseduru bir mütəxəssislə məsləhətləşmədən başlayır. Həkim diaqnoz qoyur və xəstəni göstərişlər və əks göstərişlər üçün yoxlayır, dərinin vəziyyətini, yaşa bağlı dəyişikliklərin dərəcəsini, ümumi fiziki sağlamlığını qiymətləndirir. Alınan məlumatlara əsasən kosmetoloq üzün biorevitalizasiyasının məqsədəuyğunluğu barədə qərar verir və dərmanın tərkibini, prosedurların sayını və müalicə müddətini təyin edir.

Bundan əlavə, üzün biorevitalizasiyası proseduru aşağıdakı mərhələlərdən keçir:

Mütəxəssis xəstənin dərisini təmizləyir.
Dərinin anesteziyasını həyata keçirir.Üzün biorevitalizasiyası zamanı ağrı kəsici yalnız aşağı ağrı həddində və ya bəzi texnikalardan istifadə edərkən lazımdır.
Mütəxəssis nazik iynələrin köməyi ilə hialuron turşu tərkibli preparatı dəriyə tətbiq edir.
Kosmetoloq dərinin prosedur edilən bölgələrinə sakitləşdirici krem tətbiq edir.
Prosedurdan sonra həkim üz baxımı üçün tövsiyələr verir və bərpa dövründəki məhdudiyyətlərdən danışır. Mütəxəssisin göstərişlərinə əməl etmək lazımdır, çünki biorevitalizasiyadan sonrakı nəticə bundan asılıdır. Dəriyə qulluq üçün yalnız kosmetoloq tərəfindən tövsiyə olunan məhsullardan istifadə etməlisiniz.
Enjeksiyonlardan sonra aşağıdakı nəticələri görmək mümkündür;

Dərinin dərindən nəmlənməsi;
Üz və boyun dərisinin cavanlaşması;
Elastin və kollagen istehsalı kimi təbii proseslərinin başlanması;
İncə xəttlərin hamarlanması;
Üz və boyun dərisinin tonusunun artması
Üz qırışlarının azalması;
Sızanaq izlərinin aradan qaldərılması;

Related articles

Daxili və Xarici Gözəlliyin Balansı: Tam Gözəlliyə Aparan Yol

Daxili və xarici gözəlliyin balansı insanın həm fiziki, həm...

Sağlam Dəridən Kənar: Bütöv Gözəllik Üçün Səhiyyə Məsləhətləri

Gözəllik yalnız xarici görünüşlə məhdudlaşmır. Həqiqi və davamlı gözəllik...

Gözəllik Trendləri: 2025-ci İlin Ən Populyar Yanaşmaları

Hər il gözəllik sahəsində yeni trendlər yaranır, texnologiya və...

Dəriyə Qulluqda Texnologiyanın Yeri: Ağıllı Qacetlər və Onların Faydaları

Müasir texnologiyalar dəriyə qulluq sahəsində inqilab edir. Gündəlik qayğı...

Dolğulardan Kənar Estetik Alternativlər: Təbii Gözəlliyin Qorunması

Dolğu prosedurları müasir estetik kosmetologiyada geniş istifadə olunsa da,...
Предыдущая статья
Следующая статья