Botox haqqında Ən Məşur Yalanlar: Həqiqətlər Və Faktlar

«Laser Beauty Estetik Klinika”-nın baş həkimi, EKMİB-nin rəhbəri Rəna Soltanova kosmetologiya sahəsində əhalinin maariflənməsinin vacibliyini vurğulayaraq, bu sahəyə dair yanlış fikirlərin düzgün izah edilməsini və şəffaf məlumatın təqdim edilməsini vacib sayır. Budur, botulinoterapiya (botox) haqqında ən yayılın məşhur yalnışlar və onlara aid həqiqətlər:

1. Yalan: Botoks üz əzələrini tamamilə iflic edir.

Həqiqət: Botulinoterapiya üz əzələrini tamamilə iflic etmir, sadəcə onları rahatladır, qırışların dərinliyini azaldır. Düzgün dozada tətbiq edildikdə üz ifadələri təbii qalır.

2. Yalan: Botoks inyeksiyaları ağrılıdır.

Həqiqət: Prosedur minimal ağrılıdır. İnyeksiyalar çox nazik iynələrlə (insulin iynəsi) edilir və cəmi bir neçə dəqiqə çəkir.

3. Yalan: Botoks toksikdir və təhlükəlidir.

Həqiqət: A tipi botulinum toksini kosmetologiyada kiçik dozalarla istifadə edilir və geniş klinik tədqiqatlardan keçmişdir. Təcrübəli həkim tərəfindən tətbiq edildikdə prosedur təhlükəsizdir.

4. Yalan: Botoks asılılıq yaradır.

Həqiqət: Botulinoterapiya fiziki asılılıq yaratmır. Proseduru təkrarlamaq istəyi asılılıq kimi qiymətləndirilmir.

5. Yalan: Botoksun təsiri daimi olur.

Həqiqət: Botoksun təsiri müvəqqətidir, adətən 3-6 ay davam edir. Təsirin saxlanılması üçün proseduru müntəzəm təkrarlamaq lazımdır.

6. Yalan: Botoks yalnız qadınlar üçünüdür.

Həqiqət: Köhnə stereotiplərə baxmayaraq, botoks prosedurunu istifadə edən kişilərin sayı artır. Bu prosedurun faydasını cinsindən asılı olmayaraq hər kəs görə bilir.

7. Yalan: Botoks yalnız qırışların aradan qaldırılması üçün istifadə olunur.

Həqiqət: Botulinoterapiya kosmetik məqsədlərə yanaşı, miqren, həddən artıq tərləmə, əzələ spazmları kimi tibbi problemlərin müalicəsində də istifadə edilir.

8. Yalan: Botoksun nəticələri dərhal görünür.

Həqiqət: Botoksun təsiri adətən 3-7 gün arasında görünən olur. Maksimum nəticə iki həftə ərzində formalaşır.

Botulinoterapiya proseduru hər bir tibbi prosedur kimi mütəxəssis nəzarəti altında aparılmalı və risklər qiymətləndirilməlidir. Düzgün dozanın təyin edilməsi və prosedurun təcrübəli həkim tərəfindən icra olunması mùvcəddur.

Related articles

Daxili və Xarici Gözəlliyin Balansı: Tam Gözəlliyə Aparan Yol

Daxili və xarici gözəlliyin balansı insanın həm fiziki, həm...

Sağlam Dəridən Kənar: Bütöv Gözəllik Üçün Səhiyyə Məsləhətləri

Gözəllik yalnız xarici görünüşlə məhdudlaşmır. Həqiqi və davamlı gözəllik...

Gözəllik Trendləri: 2025-ci İlin Ən Populyar Yanaşmaları

Hər il gözəllik sahəsində yeni trendlər yaranır, texnologiya və...

Dəriyə Qulluqda Texnologiyanın Yeri: Ağıllı Qacetlər və Onların Faydaları

Müasir texnologiyalar dəriyə qulluq sahəsində inqilab edir. Gündəlik qayğı...

Dolğulardan Kənar Estetik Alternativlər: Təbii Gözəlliyin Qorunması

Dolğu prosedurları müasir estetik kosmetologiyada geniş istifadə olunsa da,...