Dəri və saçı yaxşılaşdırmaq üçün nələrə diqqət etməlisiz?
Yaşla bağlı dəyişikliklər yalnız dərinin ptoza bağlı prosesi ilə deyil, həm də keyfiyyətinin vəziyyəti ilə də qiymətləndirilir.
Zaman keçdikcə dəri turqoru zəifləyir, kollagen və elastinin sintezi pisləşir, məsamələr genişlənir, hüceyrələrin bərpası prosesi təkcə dermis səviyyəsində deyil, həm də epidermisin daha səthi təbəqələrində ləngiyir. Bir qayda olaraq üzün aşağı 1/3 — nin sallanmasına və nazolabial qırışlara, həmçinin dərinin solğun rəngi, şişkinliyi də əlavə olur və yaşa bağlı dəyişikliklər daha bariz şəkildə ortaya çıxır.
Bundan əlavə, saçın cansız görünüşü və azalması sizi narahat etməyə başlayır, saç kövrəkləşir, tökülür və tez yağlanır.
PRP plazmaterapiyasının sizin dəriniz üçün uyğun olub olmadığına əmin deyilsiniz?
Bu yazıya diqqət yetirin
Xəstənin öz plazması istifadə edilərək əldə edilən PRP terapiyası İsveçrə, Almaniya, Fransa və Yaponiyadan olan mütəxəssislər tərəfindən hazırlanmışdır. Üsul Avropanın aparıcı klinikalarında sınaqdan keçirilmiş və Rusiya Federasiyasının Səhiyyə Nazirliyindən uyğunluq sertifikatı almışdır. Dünyada bu prosedur DraculaTherapy — Dracula terapiyası adlanır və ölkəmizdə ACR neoplazmatik modelləşdirmə, otoloji hüceyrə cavanlaşması və plazmaterapiyas kimi adlarına rast gəlmək olar.
Prosedurun xüsusiyyətləri
Müasir,qocalma əleyhinə metodlar yüksək texnologiya və təbiiliyi mümkün qədər birləşdirməyə səy göstərir. Bunların arasında ən təbii cavanlaşma üsulu olan unikal prosedur PRP plazmaterapiya da var!
Artıq bir şey yoxdur — xəstənin öz qanı, damardan alınır, sentrifuqa edilir və fraksiyalara bölünür. Yalnız PRP Plazma proseduru həkimə qanın emalı nəticəsində cavanlaşma üçün plazma və üzün həcm modelləşdirilməsi üçün fibrin autogel almağa imkan verir.
- Üz və bədənin dərisində yaşa bağlı dəyişikliklər
- Üz və bədən dərisinin ptozu;
- Piqmentasiyası və fotoyaşlanma;
- Sızanaq və sızanaq sonrası,
- Çapıqlar və hipotrofik çapıqlar;
- Lazer və foto prosedurlardan sonra bərpası;
- Alopesiya, quruluq və kövrək saçlar.
Əks göstərişlər
- Kəskin və ya xroniki xəstəliklər;Onkoloji xəstəliklər;
- Sistematik qan xəstəlikləri;
- Hamiləlik və laktasiya dövrü.
Prosedurdan sonra təsir dərhal görünür
Volumetrik korreksiya qırışları və qıvrımları hamarlaşdıracaq və trombositlərlə zəngin plazma cildin vəziyyətini uzun müddət yaxşı saxlayacaqdır.
Prosedura hazırlıq
PRP plazma terapiyası heç bir ciddi hazırlıq prosesi tələb etmir. Əlbəttə ki, qan nümunəsi zamanı sağlam olmaq vacibdir — soyuqdəymə əlamətləri, allergik təzahürlər və xroniki xəstəliklərin kəskinləşməsi olmamalıdır. Bütün bunlar qan və plazmanın keyfiyyətinə təsir göstərə bilər. Prosedurdan bir neçə gün əvvəl antikoaqulyantların, antibiotiklərin, analgetiklərin, hormonal dərmanların, alkoqolun qəbulunu dayandırmaq, prosedurdan təxminən bir saat əvvəl yemək yeməmək və prosedurdan 20 dəqiqə əvvəl bir stəkan su içmək tövsiyə olunur.
Qan götürmək.
Prosedurun ilk addımı xəstənin damarından qan almaqdır. Daha sonra qan xüsusi ayırıcı membranı olan borulara yerləşdirlir, sentrifuqa edilir. Sentrafuqa apartındakı qan nümunəsi emal nəticəsində iki konsistensiyada olur: trombositlərlə zəngin plazma maye və daha sıx (autogel) preparatın tətbiqi dərhal baş verir.
Hər hansı bir bölgəsində, yaşa bağlı dəyişiklikləri müalicə etmək üçün istifadə olunur: üz, boyun, əllər, dekolte və ya baş dərisi — saç tökülməsinin qarşısını almaq üçün. Autogel isə modelləşdirmə qırışların və dəri qırışlarının doldurulması üçün istifadə olunur.
Nəticə
Gelin inyeksiya edildiyi sahələrdə prosedurun nəticəsi dərhal nəzərə çarpır: nazolakrimal və nazolabial şırımlar hamarlanır, incə qırışlar yox olur, tonu bərabərləşir. Nəticə özünü 3-4 gün ərzində göstərməyə başlayır və bir ay ərzində maksimum estetik nəticə əldə edilir. Səth elastikləşir, dartılır, məsamələr kiçilir, dərin olmayan qırışlar yox olur, ümumi görünüş daha sağlam və parlaq vəziyyət alır.
Fiziologiyası
Bu prosedurun təhlükəsizliyini vurğulamaq vacibdir. Bədənin öz təbii resurslarının istifadəsi hər hansı bir yan təsiri, allergik reaksiyaları və infeksiya ehtimalını tamamilə aradan qaldırır.
Reabilitasiya
Prosedurdan sonra 1-2 gün ərzində fiziki fəaliyyəti məhdudlaşdırmaq, bir həftə hamam, sauna və ya solaryuma getməkdən çəkinmək,ani temperatur dəyişikliklərindən çəkinmək lazımdır.
Uyğunluq
Plazmaterapiya müxtəlif kosmetik prosedurlarla (təmizləmə, lazer və kimyəvi pilinqlər, mezoterapiya, botulinum terapiyası, biorevitalizasiya, lazerlər və s.) mükəmməl şəkildə birləşdirilə bilər.
Təhlükəsizlik
Qan venadan steril vakum borulara alınır. Borular sentrifuqaya yerləşdirilir və qan xəstənin gözü qarşısında sentrifuqalanır. Alınan plazmanın hamısı istifadə edilir.
Cilddəki müsbət dəyişikliklər ilk prosedurdan sonra nəzərə çarpır. Tövsiyə olunan prosedurların sayı 2 həftəlik fasilə ilə 2 ilə 5 arasındadır. İlk gün inyeksiya yerlərini islatmamaq və dekorativ kosmetikadan,skrablardan, pilinqlərdən istifadə etməmək, 14 gün ərzində sauna və solaryuma getməkdən imtina etmək tövsiyə olunur.