İnsan bədəninin ən böyük orqanı olan dəri bizi günəş şüaları, bakteriyalar, zərərli maddələr və mexaniki təsirlərdən qoruyur. Onun unikal xüsusiyyəti isə özünü bərpa etmə qabiliyyətidir. Minlərlə dəri hüceyrəsi hər gün ölüb, yerinə yeniləri yaranır. Bu bərpa prosesi dərinin sağlam və cavan görünüşünü saxlamağa imkan verir. Lakin bu proses müxtəlif səbəblərdən yavaşlaya bilər və dərinin regenerasiyasını stimullaşdırmaq üçün xüsusi proseduralar və müalicə vasitələri tələb olunur. Bu yazıda dərinin regenerasiya prosesi, onun təbii bərpasını necə dəstəkləmək və sürətləndirmək barədə tövsiyələr verəcəyik.
Dərinin regenerasiyası necə baş verir?
Dərinin regenerasiyası – dərinin zədələnmiş və ya yaşlanmış hüceyrələrinin yeniləri ilə əvəz olunduğu bioloji prosesdir. Əvvəlcə qeyd edək ki, bu prosesdə kollagen və elastin sintez edən fibroblastlar əsas rol oynayır. İnsan dərisi təxminən 27-30 gündən bir tamamilə yenilənir. Gənc yaşlarda bu proses sürətli olur, lakin yaşlandıqca hüceyrələrin yenilənmə sürəti azalır, nəticədə dəri daha quru və elastikliyini itirir. Nəticədə, qırışlar, piqment ləkələri və digər yaşlanma əlamətləri meydana çıxır.
Dərinin regenerasiyasını zəiflədən amillər
Dərinin regenerasiyasını ləngidən bir neçə əsas amil var:
1. Yaş – yaşlandıqca hüceyrələrin bölünməsi yavaşlayır, dərinin təbii bərpa qabiliyyəti azalır.
2. Günəşin ultrabənövşəyi şüaları – UV şüaları dəridə kollagenin parçalanmasına səbəb olur, bununla da onun regenerasiya qabiliyyətini zəiflədir.
3. Stres və yuxu çatışmazlığı – yüksək stress səviyyəsi və yuxu çatışmazlığı bədənimizin təbii bərpa proseslərini ləngidir.
4. Pis qidalanma – orqanizmin regenerasiya üçün tələb olunan qidaları almaması bu prosesi ləngidir.
Dərinin regenerasiyasını dəstəkləyən üsullar
Dərinin bərpa qabiliyyətini yaxşılaşdırmaq və sağlam görünüşünü saxlamaq üçün bir neçə üsul mövcuddur:
Bəzi vitamin və minerallar dərinin bərpasını sürətləndirə bilər:
•Vitamin C: Kollagen sintezini stimullaşdıran və dəriyə təzəlik verən güclü antioksidantdır.
•Vitamin E: Hüceyrələri sərbəst radikalların zərərindən qoruyur və iltihabları azaldır.
•Zin: Dərinin yenilənməsində əsas rol oynayan mineraldır və yaraların sağalmasını sürətləndirir.
Sağlam qidalanma və balanslı pəhriz dərinin regenerasiya prosesini sürətləndirir.
2. Dərinin nəmləndirilməsi və qorunması
Dərinin su balansını saxlamaq bərpa prosesini sürətləndirir. Hər gün 30 SPF və daha yuxarı günəş kremindən istifadə etmək UV şüalarının vurduğu ziyanı minimuma endirir və regenerasiyanı dəstəkləyir.
3. Peeling prosedurları
Ölü hüceyrələrin dəridən təmizlənməsi regenerasiya prosesini stimullaşdırır. Kimyəvi pilinglər və mikrodermabraziya dərinin təzələnməsinə kömək edir. Bu prosedurlar dərinin bərpasını aktivləşdirir və daha təzə görünüş qazandırır.
4. Lazer müalicəsi
Fraksional lazer müalicəsi dərinin alt təbəqələrini stimullaşdıraraq yeni kollagen və elastin istehsalını artırır. Bu prosedur dərin qırışların və sızanaq izlərinin aradan qaldırılmasında effektivdir.
5. Mezoterapiya və PRP
Mezoterapiyada dərinin alt təbəqələrinə vitamin, minerallar və hialuron turşusu yeridilir. PRP (plazma terapiyası) isə xəstənin öz qan plazması ilə aparılaraq dərinin təbii bərpa prosesini gücləndirir.
6. Yuxu və stresin idarə edilməsi
Yuxu zamanı bədən regenerasiya proseslərinə başlayır. Gündə ən azı 7-8 saat keyfiyyətli yuxu dərinin sağalmasına kömək edir. Stresi azaltmaq üçün meditasiya və yoga kimi üsullardan istifadə etmək tövsiyə olunur.