Hialuron nədir?
Hialuron turşusu ilə dodaq həcmləndirmə dodaqları dolğunlaşdırmağa və onları daha cazibədar göstərməyə imkan verir. Bundan əlavə, hialuron turşusu inyeksiyaları dodaq qüsurlarını aradan qaldırır və yaşa bağlı dəyişiklikləri korreksiya edir. Bunun ilə dodaq həcmləndirmə proseduru təxminən 10 — 30 dəqiqə çəkir, reabilitasiya müddəti qısadır.
Dodaqların hialuron turşusu tərkibli dolğu ilə böyüdülməsi 18 yaşından başlayaraq istənilən yaşda edilə bilər.
Prosedurdan əvvəl dodaqlarınıza verilməsini istədiyiniz forma ilə əlaqədar həkiminizlə məsləhətləşmək tövsiyə olunur.
Dodaqların həcimləndirilməsindən sonra effekt bir neçə ay ərzində müşahidə olunur. Qeyd edilən turşu tərkibli dolğular dodaqdan əlavə digər nahiyələrin korreksiya edilməsinə və həcimləndirilməsinə imkan verir.
Çənənin kontur plastikası
Artıq çoxları görünüş üçün çənə formasının əhəmiyyətini düzgün dəyərləndirməyə başlayıblar. Yeri gəlmişkən çənə, üzün çox vacib bir hissəsidir, məsələn, çənə zəif ifadə olunubsa və ya əyridirsə, üzün ovalı şişkin kimi görünür. Konturlama edildikdən sonra çənə daha aydın bir görünüş əldə edir ki, bu da ümumilikdə gənc görünüş qazandırır. Çənə plastikası boyun-çənə bucağını daha kəskin etməyə və buxağın qıvrımlarını itirməyə kömək edir. Estetik kosmetologiyanın bütün bu imkanları plastik cərrahiyyədən yan keçməyə və ya onu gecikdirməyə imkan verir.
Nasolabial qırışarın kontur plastikası
Kontur plastikanın köməyi ilə nasolabial qırışları əhəmiyyətli dərəcədə azaltmaq mümkündür. Prosedur təxminən 30 dəqiqə davam edir və onun təsiri bir neçə aydan 2 ilə qədər davam edir.
Qeyd etdiyimiz tərkibli dolğu qaşların qaldırılmasında və bu sayədə göz qapaqlarının sallaq görünüşündən xilas olmaqda da kömək edir.
Bu tərkibli dolğu vasitəsiylə qaşların arasındakı dərin qırışların da öhdəsindən gəlmək mümkündür. Alın nahiyəsində daha yaxşı gəncləşmə əldə etmək üçün hialuron turşusu tərkibli dolğularla paralel botulinum toksin inyeksiyaları da istifadə edilir.
Yanaqların kontur plastikası
Yanaq sümüyü sahəsi bütün üzün həşiyəsinin gənc görünməsi baxımından çox vacibdir. Buna görə də, yanaqların korreksiyası üzün konturunu daha aydın, nazolabial qırışları daha az nəzərə çarpan etməyə imkan verir.
Volumetrik konturlamanın üstünlükləri
Qeyd edilən turşu əsaslı həcimləndirici kontur plastika cavanlaşdırıcı təsirə malikdir, dərinin möhkəmliyini, rəngini və elastikliyini bərpa edir.Onun köməyi ilə xəstələrin tələblərinə daha yaxşı cavab vermək asan olur.
Kontur plastika üzün hansı hissəsində (dodaqda, çənədə, yanaqda və s.) edilməsindən asılı olmayaraq, dərhal cavanlaşdırıcı nəticə verir. Prosedur 30 dəqiqədən artıq çəkmir və təsiri bir neçə aydan 2 ilə qədər davam edir.
Prosedurun təhlükəsi
Bu prosedurun təhlükəsizliyini vurğulamaq vacibdir. Qeyri-heyvan mənşəli stabilləşdirilmiş hialuron turşusu orqanizmlə bütünlüklə uyğunlaşır və onun təbii komponentidir, buna görə də hialuron turşusuna əsaslanan preparatlar oksigenin, hormonların, əsas mikroelementlərin dəriyə daxil olmasına mane olmur və istifadə olunan preparatlar əvvəlcədən uyğunluq testi tətbiq etməyi tələb etmir. Hialuron turşusuna əsaslanan preparatlar hipoallergikdir və qıcıqlanmaya səbəb olmur.
Maddələr mübadiləsi zamanı,tədricən karbon qazına və suya çevrilərək bədəndən tamamilə xaric olunurlar. İzovolemik parçalanma prosesinin nəticəsində hialuron turşusunun konsentrasiyası azalır, lakin su molekullarının sayı artır, bu da korreksiya sahəsində həcmi saxlamağa imkan verir.