Hialuron turşusu ilə dodaq həcmləndirmə

Hialuron nədir?

Hialuron turşusu ilə dodaq həcmləndirmə dodaqları dolğunlaşdırmağa  və onları daha cazibədar göstərməyə imkan verir. Bundan əlavə, hialuron turşusu inyeksiyaları dodaq qüsurlarını aradan qaldırır və yaşa bağlı dəyişiklikləri korreksiya edir. Bunun ilə dodaq həcmləndirmə proseduru  təxminən 10 — 30 dəqiqə çəkir, reabilitasiya müddəti qısadır.

Dodaqların hialuron turşusu tərkibli dolğu  ilə böyüdülməsi 18  yaşından başlayaraq istənilən yaşda edilə bilər.

Prosedurdan əvvəl dodaqlarınıza verilməsini istədiyiniz forma ilə əlaqədar həkiminizlə məsləhətləşmək tövsiyə olunur.

Dodaqların həcimləndirilməsindən sonra effekt bir neçə ay ərzində müşahidə olunur. Qeyd edilən turşu tərkibli dolğular dodaqdan əlavə digər nahiyələrin korreksiya edilməsinə və həcimləndirilməsinə imkan verir.

 

Çənənin kontur plastikası

Artıq çoxları görünüş üçün çənə formasının əhəmiyyətini düzgün dəyərləndirməyə başlayıblar. Yeri gəlmişkən çənə, üzün çox vacib bir hissəsidir, məsələn, çənə zəif ifadə olunubsa və ya əyridirsə, üzün ovalı şişkin kimi görünür. Konturlama edildikdən sonra çənə daha aydın  bir görünüş əldə edir ki, bu da ümumilikdə gənc görünüş qazandırır. Çənə plastikası  boyun-çənə bucağını daha kəskin etməyə və buxağın qıvrımlarını itirməyə kömək edir. Estetik kosmetologiyanın bütün bu imkanları plastik cərrahiyyədən yan keçməyə  və ya onu gecikdirməyə imkan verir.

 

Nasolabial qırışarın kontur plastikası

Kontur plastikanın  köməyi ilə nasolabial qırışları əhəmiyyətli dərəcədə azaltmaq mümkündür. Prosedur təxminən 30 dəqiqə davam edir və onun təsiri bir neçə aydan 2 ilə qədər davam edir.

Qeyd etdiyimiz tərkibli dolğu qaşların qaldırılmasında və bu sayədə  göz qapaqlarının sallaq görünüşündən xilas olmaqda da kömək edir.

Bu tərkibli dolğu vasitəsiylə qaşların arasındakı dərin qırışların da öhdəsindən gəlmək mümkündür. Alın nahiyəsində daha yaxşı  gəncləşmə əldə etmək üçün hialuron turşusu tərkibli dolğularla paralel botulinum toksin inyeksiyaları da istifadə edilir.

 

Yanaqların kontur plastikası

Yanaq sümüyü sahəsi bütün üzün həşiyəsinin gənc görünməsi baxımından çox vacibdir. Buna görə də, yanaqların korreksiyası  üzün konturunu daha aydın, nazolabial qırışları daha az nəzərə çarpan etməyə imkan verir. 

 

Volumetrik konturlamanın  üstünlükləri

Qeyd edilən turşu əsaslı həcimləndirici  kontur plastika cavanlaşdırıcı təsirə malikdir, dərinin möhkəmliyini, rəngini və elastikliyini bərpa edir.Onun köməyi ilə xəstələrin tələblərinə daha yaxşı cavab vermək asan olur.

Kontur plastika üzün hansı hissəsində (dodaqda, çənədə, yanaqda və s.) edilməsindən asılı olmayaraq, dərhal cavanlaşdırıcı nəticə verir. Prosedur  30 dəqiqədən artıq  çəkmir və təsiri bir neçə aydan 2 ilə qədər davam edir.

 

Prosedurun təhlükəsi

Bu prosedurun təhlükəsizliyini vurğulamaq vacibdir. Qeyri-heyvan mənşəli stabilləşdirilmiş hialuron turşusu orqanizmlə bütünlüklə uyğunlaşır və onun təbii komponentidir, buna görə də hialuron turşusuna əsaslanan preparatlar oksigenin, hormonların, əsas mikroelementlərin dəriyə daxil olmasına mane olmur və istifadə olunan preparatlar əvvəlcədən uyğunluq testi tətbiq etməyi tələb etmir. Hialuron turşusuna əsaslanan preparatlar hipoallergikdir və qıcıqlanmaya səbəb olmur.

Maddələr mübadiləsi zamanı,tədricən karbon qazına və suya çevrilərək bədəndən tamamilə xaric olunurlar. İzovolemik parçalanma prosesinin nəticəsində hialuron turşusunun konsentrasiyası azalır, lakin su molekullarının sayı artır, bu da korreksiya sahəsində həcmi saxlamağa imkan verir.

Related articles

Daxili və Xarici Gözəlliyin Balansı: Tam Gözəlliyə Aparan Yol

Daxili və xarici gözəlliyin balansı insanın həm fiziki, həm...

Sağlam Dəridən Kənar: Bütöv Gözəllik Üçün Səhiyyə Məsləhətləri

Gözəllik yalnız xarici görünüşlə məhdudlaşmır. Həqiqi və davamlı gözəllik...

Gözəllik Trendləri: 2025-ci İlin Ən Populyar Yanaşmaları

Hər il gözəllik sahəsində yeni trendlər yaranır, texnologiya və...

Dəriyə Qulluqda Texnologiyanın Yeri: Ağıllı Qacetlər və Onların Faydaları

Müasir texnologiyalar dəriyə qulluq sahəsində inqilab edir. Gündəlik qayğı...

Dolğulardan Kənar Estetik Alternativlər: Təbii Gözəlliyin Qorunması

Dolğu prosedurları müasir estetik kosmetologiyada geniş istifadə olunsa da,...