Hialuronat: Bədənin Elastiki və Nəmliliyi Üçün Təbii Möcüzə

Hialuronat, hialuron turşusu və ya sadə bir şəkildə-hialuronka (istehlakçılar tərəfindən ən çox belə adlandırılır), bədənimizin maye və toxumalarının demək olar ki, bütün hüceyrələrində az və ya çox miqdarda istehsal olunan üzvi bir maddədir. Hialuron turşusu daha çox oynaq qığırdaqlarının, göz kürəsinin, beynin, ürək qapaqlarının, tüpürcəyin və əlbəttə ki, dərinin toxuma molekullarında istehsal olunur.

Hialuron turşusu su molekullarını tutaraq hüceyrələrarası məkanda birləşdirərək toxumaların elastikliyini və normal fəaliyyətini təmin edir. Onun əsas vəzifəsi, bədənin bütün toxumalarının su balansını dəstəkləməkdir Hialuron hüceyrələri nəmləndirir, gəncliyini və funksionallığını qoruyur. Bundan başqa hialuronat hüceyrələrin böyüməsinə və onların bərpasına kömək edir.

Hialuron turşusunun ən vacib və maraqlı xüsusiyyəti, bir maddə kimi molekulunun öz kütləsindən min qat daha çox nəm tutma qabiliyyətidir. Bu xüsusiyyətə görə birləşdirici toxuma hüceyrələri dehidrasiyadan qorunur.

Beləliklə, bir qram Hialuronat 6 litrə qədər su çəkə bilər, ancaq orqaniz lazımi miqdarda suyu saxlayır, hüceyrənin həddindən artıq doymasına ehtiyac yoxdur,hialuronatın unikal qabiliyyəti budur.

Buna görə hialuron turşusu gözəllik sektorunda çox populyarlaşmışdır.Ancaq bədənimiz hialuron turşusunu müstəqil olaraq istehsal edə bilirsə, niyə xaricdən istifadə etmək bu qədər populyardır? Bunun bir neçə səbəbi var.

Bütün orqanizmin bir kiloqramı üçün təxminən 0,2 qram hialuronat var. Orta çəkisi 65 kq olan insan bədənində yalnız 14 qram
hialuronat (bütün bədən üçün təxminən bir çay qaşığı) var, təxminən 5 qramı gündəlik parçalanır və sintez olunur.

Hialuron turşusunun parçalanması prosesi ultrabənövşəyi şüaların təsiri altında sürətlənir, dəri hüceyrələrində sintezi dayanır, buna görə uzun müddət günəşə məruz qaldıqdan sonra dəri quruyur və susuzlaşır, yaşlanma prosesləri sürətlənir.

Hialuron turşusu dəridəki müxtəlif yaralanmalardan və əməliyyatlardan sonra daha az olur, çünki orqanların və zədələnmiş toxumaların bərpası üçün İstehlak artır.

Hialuron turşusunun istehsalına bir sıra fərqli xarici amillər də təsir göstərir. İstehsal olunan maddənin miqdarı aşağıdakı səbəblərə görə azalır:
pis vərdişlər
sərt pəhriz
stres
ekoloji amillər
keyfiyyətsiz su və digər mənfi xarici amillər.

Ən böyük və qaçınılmaz səbəb isə yaşdır. Hialuron turşusu 25 yaşa qədər kifayət qədər istehsal olunur. 25 yaşdan sonra hialuronatın sintezi yavaşlayır, 40 yaşdan sonra onun çatışmazlığı səbəbindən bədən kollageni kifayət qədər miqdarda sintez edə bilmir, buna görədə yaşlanma prosesi baş verir. Elə məhz bu səbəbdən bədəndə Hialuronat kifayət qədər deyilsə, yaşlanmanın ilk əlamətləri görünməyə başlayır – quru və solğun dəri, qırışlar.Hialuron turşusunun çatışmazlığını bərpa edərək yaşlanma prosesini yavaşladırıq.

Hialuron turşusunun populyarlığının sirri budur.

Bədəndə hialuron turşusu çatışmazlığını kompensasiya etməyin yolları.

İllər keçdikcə bədəndə Hialuronat istehsalı azalır, təbii yaşlanma prosesi başlayır.

Hialuron turşusunun miqdarını artırmaq və bununla da dərinin qocalma prosesini yavaşlatmaq üçün nə edə bilərik?

Sağlam həyat tərzi sürmək (siqaret çəkmək və spirt içmək kimi pis vərdişləri aradan qaldırmaq)
Su içmə rejiminə riayət (sağlam bir insana gündə 35 kiloqram bədən çəkisi üçün 1 ml su, yəni qadınlar üçün təxminən 2 litr, kişilər üçün 3 litr su istehlak etmək tövsiyə olunur)
Düzgün qidalanma və hialuron turşusu olan qidaların (ət və bulyonlar,banan, paxlalılar, soya, dənli bitkilər, həmçinin kartof, çuğundur və digər nişastalı tərəvəzlər)rasiona əlavə edilməsi
Dəriyə qulluq (kosmetik məhsullarla nəmləndirmə və ultrabənövşəyi şüalardan qorunma)
Kosmetik prosedurlar (enjeksiyon üsulları)
Hialuron turşusu necə əldə edilir?

Hialuron turşusu iki yolla əldə edilir: heyvan xammalı və süni metod.

Balıqdan, mal-qara qığırdaqından hsialuronat əldə etmək artıq keçmişdə qaldı

İkinci,süni üsul daha geniş istifadə olunur.Artıq laboratoriyalarda hialuron turşusunun sintez edilməsi tam təbii,eyni zamanda yüksək dərəcədə təmizlənmiş və allergik reaksiyalara səbəb olan xarici komponentlər olmadan əldə edilir.
Hialuron turşusu tibbdə, kosmetologiyada, dermatologiyada geniş istifadə olunur:
oftalmotologiya və göz cərrahiyyəsi, kontakt linzaların istehsalı
Ortopediya: oynaqların və sümük xəstəliklərinin müalicəsi
Estetik Tibbi
cərrahiyyə: trofik yaraların ,yanıqların müalicəsi
qida əlavələri
üz dərisinə qulluq vasitələri

Üz quruluşunun korreksiyası,qüsurların düzəldilməsi, üz ovalının modelləşdirilməsi.
Hialuron turşusu üz dərisinə təəccüblü və görünən təsiri sayəsində kosmetologiyada çox rəğbət görür.

Üz dərisinə təsiri

Hialuron turşusu, effektivliyinə görə digər nəmləndirici kosmetik məhsullardan üstün olan unikal,nəmləndirici təsirə malikdir:
su molekullarını cəlb edir və onları özündə saxlayır
və nəmin buxarlanmasına mane olur
zərərli xarici amillərdən qoruyur
elastan və kollageni sintez edir

Hialuron turşusunun əhəmiyyətli dərcədə cavanlaşdırıcı və təravətləndirici təsiri olduğunu demək olar. Nəmlənmiş dəri sağlam dəridir.
Üz dərisinə təsiri:
dərinin intensiv nəmləndirilməsi
rəng bərabərliyi, parlaqlıq
elastikliyin artması,
incə qırışların hamarlaşması
yaşlanma proseslərinin yavaşlaması.
Kifayət qədər nəmləndirmə səviyyəsi toxuma bərpa prosesinin tam işləməsinə imkan verir.
Üz dərisi üçün hialuronat iki məqsəd üçün istifadə olunur: nəmləndirici və kontur plastika. Nəmləndirici təsir hialuron turşusu olan kosmetik vasitələrlə əldə edilir. Kontur plastika isə qırışların hamarlanması, üzün müxtəlif zonalarının həcminin düzəldilməsi və dəyişdirilməsi inyeksiyion prosedurlarını əhatə edir.

Kosmetikada hialuron turşusunun istifadəsi
Hər il hialuron turşusunun populyarlığı artır, ondan hər cür kosmetik vasitələrin — kremlər, losyonlar, maskalar, serumlar, dodaq boyaları və digər dəriyə qulluq məhsullarının tərkibində istifadə olunur.

Hialuronun istifadəsinin bu üsulunun təsirsiz olduğu barədə bir yanlış fikir var, çünki molekulunun diametri dəri molekulları arasındakı məsafədən dəfələrlə çoxdur. Ancaq araşdırmalar əksini göstərir. Uzun müddət dərinin səthində olan hialuron turşusu həm yuxarı təbəqələrə, həm də dermisə daxil olur, hüceyrələrə lazımi nəm verir, bununla da onu nəmləndirir və vaxtından əvvəl qocalmanın qarşısını alır. Yeri gəlmişkən, dərinin üst qatlarını nəmləndirmək üçün səthdə bir maddə istifadə etmək kifayətdir

Kosmetik məhsullarda dəri təbəqələrinə daha dərindən nüfuz etmək üçün parçalanmış hialuronat molekulu istifadə olunur.
Ancaq hialuron turşusu olan məhsullardan istifadə edərkən unutmayın ki, kosmetikada hialuronat yalnız nəmləndirmədən məsuldur. Dəridə təravət hissi, dincəlmiş üz görünüşü,neqativ xarici ekoloji amillərdən qorunma,eyni zamanda, düzgün qidalanma, yaxşı yuxu, təmiz havada gəzinti əlavə edildikdə,nəticə almaq uzun çəkməyəcəkdir.

Daha dərindən nəmləndirmək, qırışları hamarlamaq ,dodaqların,üzün digər hissələrinin formsını dəyişdirmək və bərpa etmək üçün hialuron turşusu tərkibli inieksiya və müxtəlif aparat üsulları tətbiq edilir.

Kosmetologiya və dermatologiyada hialuron turşusunun istifadəsi

Hialuron turşusu kosmetologiyada böyük populyarlıq qazanır, çünki heç bir kosmetik məhsul kosmetoloji prosedurlar kimi dərini qidalandırma problemini həll etməyəcəkdir.
Kosmetikanın istifadəsi ilə müqayisədə daha təsirli və görünən bir nəticə üçün hialuron inyeksiyaları istifadə olunur.

Hialuron turşusunun inyeksiya edilməsi üsulu haqqında daha ətraflı danışaq.
Hialuron turşusu inyeksiaları bu gün dərinin cavanlaşmasının ən təhlükəsiz və ən təsirli üsullarından biridir. Onların köməyi ilə dərin və dayaz qırışlar,dərinin letargiyası kimi qarşısıalınmaz görünən yaş proseslərini dəyişdirmək və düzəltmək,ümumi cavanlaşma, modelləşdirmə və yaşla dəyişən üzün ayrı-ayrı hissələrinə həcm əlavə etmək mümkün oldu.
Prosedurların təsiri dərhal nəzərə çarpır,dəri bərabər bir ton alır, elastikləşir,qırışlar hamarlanır.

Bu cür inyeksiya prosedurları cərrahi müdaxiləyə əla alternativ oldu. Prosedur nisbətən az vaxt tələb edir, praktik olaraq ağrısızdır və bərpa,reabilitasiya üçün vaxt tələb etmir. İnyeksiyalar birbaşa problemli sahəyə daxil edilir, boşluqlar doldurulur və dəri qüsurları düzəldilir,
Hialuron turşusu inyeksiyalarının istifadəsi həm üz dərisi, həm də bədənin digər hissələri üçün mümkündür.

Unutmayın ki, bu prosedurları tətbiq etmək üçün bir kosmetoloq və ya dermatoloqla məsləhətləşmək lazımdır!
Həm də unutmayın ki, hialuron turşusundan istifadə edilərək həyata keçirilən kosmetoloji prosedurlar ömürlük deyil!
Hialuron turşusunun təsiri 8 aydan 12 aya qədər davam edə bilər. Bundan əlavə, maddənin bir hissəsi orqanizm tərəfindən xaric edilir, digər hissəsi təbii bir komponent kimi sovrulur.

Hialuron turşusunun istifadəsi üçün göstərişlər
Hialuron turşusu istifadə edilərək təyin edilən prosedurlar üçün göstərişlər:
dərin və dayaz qırışlar
müxtəlif izlər,
yaşla əlaqədar ləkələr,
dəri tonusunun azalması və quruluğu
asimmetrik üz,
həcm əlavə etmək, üzün ayrı-ayrı hissələrinin formasın düzəldilməsi
saç köklərini gücləndirmək və s.
Hialuron turşusu olan preparatlar nəmləndirmə, liftinq , dərinin vəziyyətini yaxşılaşdırmaq, qırışları hamarlamaq, forma düzəltmək və üzün ayrı-ayrı hissələrinin (dodaqlar, yanaqlar və s.) həcmini dəyişdirmək üçün təyin edilir.
Müxtəlif növ hialuron turşusu istifadə edilərək bir neçə növ enjeksiya proseduru həyata keçirmək olar.

Hialuron turşusunun növləri

Hialuron turşusu molekulları fərqli bir quruluşa sahib ola bilən bir maddədir. Bu və ya digər növ hialuron turşusunun hansı xüsusiyyətlərə malik olduğu və bədənimizin hüceyrələrinə necə təsir etdiyi molekulunun quruluşundan asılıdır.

* aşağı molekulyar hialuron turşusu
Aşağı molekulyar hialuron turşusu əla antiinflamatuar xüsusiyyətə malikdir və müxtəlif növ səpgiləri sızanaqları, psoriaz kimi bəzi dəri xəstəliklərini müalicə etmək üçün istifadə olunur. Həm də kosmetik kremlərin tərkibində aşağı molekulyar hialuron turşusu istifadə olunur, çünki epidermisin təbəqələrinə (dərinin xarici təbəqəsi) daha dərindən nüfuz edə bilir.

* orta molekulyar hialuron turşusu
Orta molekulyar turşu hüceyrə bölünməsi prosesini stimullaşdırır və öz hialuron turşumuzun sintezinə başlayır. Göz Xəstəlikləri və artritin müalicəsi üçün tibbdə daha çox istifadə olunur.

*yüksək molekulyar hialuron turşusu
Bu hialuron turşusu toxumalarda yavaş parçalanma səbəbindən kosmetologiyada istifadə olunur. Yüksək molekulyar tərkibli turşunun funksiyası su molekullarını saxlamaqdır. Bu turşu suyu digər hialuron turşusundan daha çox saxlayır və tutur.Tibbdə, kosmetologiyada istifadə edilir kosmetik məhsullarda isə istifadə edilmir.

Kosmetoloq xəstənin yaşından, dəri vəziyyətindən və ehtiyaclarından asılı olaraq bu və ya digər proseduru təyin edir. Kosmetologiyada istifadə olunan hialuron turşusundan istifadə edərək həyata keçirilən prosedurlarının növlərini daha ətraflı nəzərdən keçirək.

 

Hissə 2
Hialuron turşusu istifadə edilərək həyata keşirilən inyeksiya prosedurlarının növləri:
Müasir kosmetologiyada hialuron turşusu istifadə edilərək həyata keçirilən bir çox prosedur vardır, yaşa bağlı dəyişikliklərlə mübarizə üçün ən çox yayılmış üsulları nəzərdən keçirəcəyik.

Biorevitalizasiya

Bu prosedur bir sıra hialuron turşusu istifadə edilərək hialuron turşusunun tətbiqini əhatə edir. Hialuron turşusu epidermisin və dermisin orta və dərin təbəqələrinə daxil olduqda kollagen və elastin istehsalına cavabdeh olan olan dəri hüceyrələrinin,fibroplastlarının işi stimullaşdırılır, nəticə dərinin dərin nəmləndirilməsi və cavanlaşmasıdır. Hialuron turşusu hüceyrələrin yenilənməsini aktivləşdirir, bütün metabolik proseslər sürətlənir.

Bu prosedur, bir qayda olaraq, ultrabənövşəyi şualara məruz qalan dərinin açıq sahələrində – üz, boyun, dekolte, əllərdə aparılır. Nəzəri cəhətdən bu prosedur dərinin hər hansı bir hissəsi üçün uyğundur.

Biorevitalizasiya həm terapevtik məqsədlər üçün (yaşa bağlı dəyişikliklər və dəri piqmentasiyası ilə işləmək), həm də qarşısının alınması üçün (erkən yaşlanma, quru dəri) aparılır.

Mezoterapiya

Mezoterapiyanın köməyi ilə hialuron turşusu olan preparat amin turşuları, A, C, E, P qrupunun vitaminləri ilə birlikdə dermisin daha dərin qatlarına (üst təbəqədən daha dərin olan dəri təbəqəsi — epidermis) daxil edilir. Dərmanın dərinin təbəqələrinə daha dərindən daxil olması səbəbindən prosedur yüksək effektivdir, cavanlaşma prosesi içəridə başlayır. Tətbiq edildikdən sonra preparat su molekulları ilə qarşılıqlı təsir göstərməyə başlayır, qırışları və digər dəri qüsurlarını dolduran gel kimi bir maddə əmələ gəlir.
Mezoterapiya proseduru dayaz yara izləri, stiyalar, qırışlar, quru dəri və sızanaqlar olduqda təyin edilir. Bədəndəki qüsurları düzəltmək üçün də istifadə olunur.
Bu prosedur həm dərinin açıq bölgələrində (üzün, əllərin, boyun, dekolte bölgəsinin ayrı-ayrı hissələri), həm də qarın, bud və qalçada istifadə olunur.

inyeksiya ilə kontur plastikika
kosmetologiyada ən populyar cavanlaşma metodlarından biri, plastik əməliyyatlara əla alternativdir. Prosedur qısa müddətlidir,kəsmə,neştər və sarğı yoxdur, nəticə yaşa bağlı dəyişikliklərin düzəldilməsi, dəri qüsurlarının aradan qaldırılması və itirilmiş həcmlərin doldurulmasıdır.

Konturlamamın imkanları:

qaşlararası və nazolabial şırımların hamarlanması
üz ovalının yaxşılaşdırılması
incə qırışların düzəldilməsi, qaz ayaqları,
nazolakrimal sulkusun hamarlanması
dodaq, burun və çənə şəklinin düzəldilməsi
itirilmiş dodaq həcminin bərpa edilməsi

Kontur plastikanın bütün imkanları bundan ibarət deyil. Məsələn, qollarda və bədənin digər hissələrində çıxan damarları gizlətmək mümkün olur

Kontur plastikada istifadə edilən dermal dolğularla botoks inyeksiyaları qarışdırılmamalıdır. Bunlar fərqli təsir mexanizmi olan iki fərqli preparatdır.

Dolğu nədir?

Dolğu inyeksiya edilə bilən maddədir.Kontur plasikada istifadə olunan və plastik əməliyyata alternativ olan dermal dolduruculardır. Qırışları hamarlamaq və üzün müxtəlif hissələrinin həcmini artırmaq üçün istifadə olunur.
Hialuron turşusu tərkibli dolğular, tətbiq edildikdən sonra uzun müddət sovrulmayan və bununla da doldurma funksiyasını yerinə yetirən bir geldir. Nəticə liftinq effekti, modelləşdirmə və həcm artımıdır.
Nəticə prosedurdan dərhal sonra görünür. Unutmamalıyıq ki, hər hansı bir dolğu ömürlük deyil. Hialuron turşusu tərkibli dolğuların təsiri 6 aydan 18 aya qədər davam edir.

Dolğu elastiklik və plastiklik kimi xüsusiyyətlərə malikdir – əzələ hərəkətliliyi və xarici amillərin təsiri altında yayılmadan və yerindən tərpənmədən formasını saxlayır.

Həll ediləcək vəzifələrdən asılı olaraq müxtəlif sıxlıqa dolğular seçilir.

İncə qırışları doldurmaq üçün aşağı sıxlıqda dolğular istifadə olunur – yumşaq gel. Dərin qırışlar ,forma (dodaqlar, yanaqlar və s.) vermək və həcm əlavə etmək üçün yüksək sıxlıqda dolğular istifadə olunur.

Çox vaxt hialuron turşusu olan dolğular aşağıdakı məqsədlər üçün istifadə olunur:

üz ovalının düzəldilməsi
almacıq sümüyü xəttinin düzəldilməsi
nazolabial şırımların hamarlaşdırılması
dodaq həcminin artırılması

qırışları hamarlaşdırılması
Hialuron turşulu dolğuların əlvərişli olma səbəblərindən biri də, inyeksiya edilmiş hialuronatı parçalaya bilən bir fermentlə hər şeyi geri qaytarmaq qabiliyyətidir.

Hialuron turşusu inyeksiyaları ilə prosedurlardan sonra aşağıdakı tövsiyələr yerinə yetirilməlidir:

dekorativ kosmetik vasitələrdən 2-3 gün istifadə etməyin (tonal vasitə,kirşan, ənlik və s.)
həkim tərəfindən təyin olunan vəsaitlərdən istifadə edin
7-10 gün ərzində hamam və saunaya getməkdən çəkinin
Ağır idman hərəkətlərindən çəkinin
14 gün günəşə məruz qalmayın

Hissə 3

Bütün təhlükəsizliyinə və effektivliyinə baxmayaraq, hialuron turşusunun istifadəsinə əks göstərişlərinin unutmuruq.Beləliklə, aşağıdakı hallarda Hialuronat inyeksiyalarının tətbiqi tövsiyə edilmir:
hamiləlik və süd vermə
autoimmun xəstəliklər
onkoloji xəstəliklər
diabet
yoluxucu xəstəliklər
herpesin kəskin forması
zəif qan laxtalanması
dəri həssaslığı
preparata qarşı fərdi dözümsüzlük

Lazer və kimyəvi prosedurlardan sonra və inyeksiya ediləcək bölgədə,dəridə iltihab olduqda prosedur tövsiyə edilmir.

Unutmayın ki,inyeksiya prosedurlarından əvvəl bir mütəxəssislə məsləhətləşmə tələb olunur.
Hialuron turşusu zərər verə bilərmi?

Xaricdən edilən hər hansı bir müdaxilə,manipulyasiya, xüsusən də üzümüzdə edilən, bir çox insanda qorxu və şübhə yaradır. Hialuron turşusu dəriyə və ümumiyyətlə bədənə zərər verə bilərmi?

Allergik reaksiya göstərməsi mümkündür.
Bir kosmetik məhsul istifadə olunursa,tərkibi ilə tanış olmalısınız.

İnyeksiya proseduruna gəldikdə, əsas risk hialuron turşusunun bu qədər geniş populyarlığı nəticəsində saxta məhsulların ortaya çıxmasıdır.
Buna görə son dərəcə diqqətli olun – məhsulun sertifikatının mövcudluğunu yoxlayın və preparatın yanınızda açılmasına israr edin.
Bu cür prosedurlar üçün mütəxəssislərə müraciət etməyin necə vacib olduğunu deməyə ehtiyac yoxdur.
İnyeksiya prosedurlarından sonra yarana biləcək kiçik fəsadlar:
İnyeksiya yerində ağrılı hisslər
Bu vəziyyətdə ağrı kəsiciləri (jellər, məlhəmlər və s.) istifadə olunur.
Qızartı və şişkinlik
Tez bir zamanda – bir neçə saatdan iki ilə üç günə qədər keçir.
Göyərmələr

Hər hansı bir inyeksiya prosedurunu təyin etməzdən əvvəl təcrübəli bir kosmetoloq mütləq ilkin müayinə aparacaq ödəm və göyərməyə meyillilik varsa,xəbərdar edəcəkdir. Bu vəziyyətdə damarları gücləndirən dərmanlar təyin edilir.

Prosedurdan dəridə yaranan kiçik izlər tez sağalır və demək olar ki, ağrısızdır.
Etibarlı mütəxəssisləri, etibarlı klinikaları seçin,prosedurdan sonra həkim tövsiyələrini yerinə yetirin.

Related articles

Daxili və Xarici Gözəlliyin Balansı: Tam Gözəlliyə Aparan Yol

Daxili və xarici gözəlliyin balansı insanın həm fiziki, həm...

Sağlam Dəridən Kənar: Bütöv Gözəllik Üçün Səhiyyə Məsləhətləri

Gözəllik yalnız xarici görünüşlə məhdudlaşmır. Həqiqi və davamlı gözəllik...

Gözəllik Trendləri: 2025-ci İlin Ən Populyar Yanaşmaları

Hər il gözəllik sahəsində yeni trendlər yaranır, texnologiya və...

Dəriyə Qulluqda Texnologiyanın Yeri: Ağıllı Qacetlər və Onların Faydaları

Müasir texnologiyalar dəriyə qulluq sahəsində inqilab edir. Gündəlik qayğı...

Dolğulardan Kənar Estetik Alternativlər: Təbii Gözəlliyin Qorunması

Dolğu prosedurları müasir estetik kosmetologiyada geniş istifadə olunsa da,...