Rəna Soltanova haqqında

Kosmetoloq Rəna Soltanovadan uşaqlıq dövründə hansı ixtisas sahibi olması arzusunu soruşanlara "gözəllik həkimi"- deyə cavab verərdi. Bu arzu ilə o, 2001-2007-ci illərdə Azərbaycan Tibb Universitetini dermotoloq-veneroloq ixtisası üzrə təhsil almış, 2007-2008-ci ildə Respublika Dəri-Zöhrəvi Dispanserində internaturanı bitirmişdir. Estetik dermatologiya plastik cərrahiyyənin bir qoludur və yeni bir sahədir. R.Soltanova təhsilini davam etdirmək, arzuladığı kosmetologiya ixtisasının sirlərinə dərindən yiyələnmək üçün dünyanın bir çox ölkələrində (Amerika, Avropa, Yaxın Şərq və b.) konqres və seminarlarda, təlimlərdə iştirak etmiş, habelə mühazirəçi qismində də çıxışlar etmişdir, estetik dermatologiyanın sirlərini isə məhz Almaniyada öyrənmişdir. Kosmetoloq həkim Rəna xanım az inkişaf etmiş bu sahə üzrə ixtisaslaşmaqla da yeniliyə imza atmışdır. R.Soltanova 15 ilə yaxın müddətdir ki, estet dermotoloq kimi fəaliyyət göstərir və qeyd etmək lazımdır ki, Azərbaycanda “Tibbi-estetik kosmetologiya” üzrə beynəlxalq səviyyədə ioxtisaslaşan ilk həkimdir.

R.Soltanova daha bir ixtisasa yiyələnərək 2017-2019-cu illərdə Kiyev şəhərində P.L.Şupik adına Ukrayna Milli Tibb Diplomdan Sonra Təhsil Akademiyasında Ümumi Cərrahiyyə üzrə ordinaturanı bitirmişdir. Qeyd etmək lazımdır ki, Rəna xanım Türkiyənin “Yüz Plastik Cerrahi Dernegi”- nin üzvüdür.
”Laser Beauty Estetik Klinikası” MMC-nin mərkəzi ofisinin Baş həkimidir. O, bu illər ərzində 100-dən artıq tələbə yetişdirmiş və böyük sevgi ilə öz sənətinin sirlərini onlara öyrədir ki, tələbələri onun layiqli davamçısı olsunlar.
Dünyanın bir çox ölkələrindən (Türkiyə, Ukrayna, Rusiya, Qazaxıstan, Fransa, Səudiyyə Ərəbistanı, İran, Dubay, Kanada, ABŞ və b.) pasiyentləri olan Rəna xanım öz işi ilə həm ölkədə, həm də xaricdə vətəninə və rəhbərlik etdiyi klinikaya nüfuz qazandırmışdır.
İradəli, əzmkar və çalışqan xarakteri R.Soltanovanı müasir, beynəlvalq standartlara cavab verən, dövlət lisenziyaları ilə fəaliyyət göstərən estetik klinikaların sahibinə çevirir. “Laser Beauty Clinic” şəbəkəsində estetik kosmetologiya ilə yanaşı eyni zamanda estetik stomatologiya və estetik ginekologiya xidmətləri də göstərilir. Burada müasir avadanlıqlarla təchiz edilmiş və keyfiyyətə müsbət təsir edə biləcək bütün amillər nəzərə alınaraq, prosedur və təlimatlara ciddi riayət etməklə aparılır.
Ukrayna və Türkiyə kosmetoloqları ilə sıx əlaqədə olmaqla, beynəlxalq əməkdaşlıq əlaqələri olan kosmetoloq R.Soltanova eyni zamanda müxtəlif vaxtlarda həmin ölkələrdə pasiyentlərə uğurlu kosmetoloji xidmət göstərməkdədir. Beynəlxalq təlimçi kimi fəaliyyət göstərməsi üçün təkliflər alır, vaxt azlığına görə bu təkliflərdən çox az qismini qəbul edə bilir.
Non-surgical Profiloplasty.