Orqanik Saatlarımız
Orqanik saatımız — İnsan orqanizminin fəaliyyəti həyatla sıx bağlıdır. Bu, yeni elmi kəşf deyildir. Qədim Şərqin peşəkar həkimləri və xalq loğmanları hələ bir neçə əsr əvvəl bu qanunauyğunluğu dərk etmiş, xəstələri vaxtın əlverişli anından asılı olaraq müalicəyə çalışmışlar. Müəyyən olunmuşdur ki, maqnit sahəsinin mənfi təsirinin dərəcəsi insan
orqanizminin gün ərzində fəaliyyəti ilə bağlıdır. İnsanın əhvalı və iş qabiliyyəti vaxt
anomaliyasından asılıdır.
GÜNLÜK BİORİTMLƏR:
Bütün canlıların, o cümlədən, yalnız güclü mikroskop vasitəsilə görünən kiçik
bakteriayaların da gündəlik bioritmləri var: təqribən 24 saat davam edən bioloji proses ümumilikdə bizim həyat ritmimizi müəyyən edir.
Hesab edilir ki, Yer üzündə ilk canlı hüceyrə gündüz vaxtı ultrabənövşəyi şüaların təsiri ilə zərər görüb, axşam isə bərpa olunub. İnsan orqanizmi də belə işləyir. Gecə vaxtı, yuxuda olan zaman bərpa prosesləri fəaliyyətə başlayır. Gecə 22:00/23:00-da yatmayan və səhər tezdən durmayan hər kəs bədənin etibarını puç etmiş olur. Kitab oxumaq, ruhu dincələcək şeylər, nəfəs terapiyası (Qurani-Kərimi ucadan oxumaq) sağlamlığı sürətlə yaxşılaşdırır. Orqanizm istirahətə hazırlaşır.Hüceyrələr öz funksiyalarını bərpa edir. 22:00 — Qanda leykositlərin (ağ qan kürəciklərinin) miqdarı 5.000 vahiddən 8.000 vahidə, hətta 12.000 vahidə çatır. Bədən temperaturu aşağı düşür. Orqanik saatımızın vaxt bölgüsü aşağıdaki kimidir :
01:00 *
Yuxuda bədən dincəlir. Əslində bu saat dərin yuxu saatıdır. Bu dövrdə
orqanizm ağrıya çox həssasdır.
02.00 — İnsan orqanizminin qara ciyərdən başqa bütün orqanları ritmik olaraq
fəaliyyətini yavaşıdır. Qara ciyər isə toksik maddələri qüvvətlə dağıdır və onları
orqanizmdən çıxarmağa kömək edir.
03:00 — 05:00 *
Ağciyərlərin aktiv vaxtı olduğunmdan təmiz havayla dolmasi
üçün, pəncərənin açıq olması çox vacibdir.(Gecə namazı) 03:00 — Dərin yuxuda
olduğumuz zaman qara ciyər yaxşı işləyir. Erkən yatıb tez qalxmaq buna kömək edir. Bu
səhər yuxudan oyansanız, bir stəkan su çox kömək edəcək. Bütün orqanizm dincəlir.
Əzələlər tam boşalır. Nəbz və tənəffüs tezliyi zalır. 4:00 — Qan təzyiqi aşağı səviyyədədir.
Buna müvafiq olaraq beyin maddələri qanla kifayət qədər təmin olunmur. Xəstələrin
çoxu məhz bu saatda dünyalarını dəyişir. İnsan duyumu bu dövrdə çox həssas olur.
05:00-07:00 *
Bir stəkan su için. Sağlam yoğun bağırsaq öz-özünə boşalır. 5:00-Böyrəklər sidik ifrazını dayandırır. Yuxu dərin və eyni zamanda oyanmağa yaxındır.
Əgər adam oyanarsa, özünü gümrah hiss edər. 6:00 — Qan təzyiqi yüksəlməyə başlayır.
Ürək döyüntüsü artır.
07:00-09:00 *
Bu vaxt nə yesək günlük enerjimizi müəyyən edir. 7:00 — İnsan
orqanizminin immuniteti güclənir. Əgər bu zaman bədən virus və ya patogen mikroba
yoluxsa, orqanizm tərəfindən güclü müqavimət göstəriləcək. 8:00- Toksik maddələr qara ciyərdə tamamilə zərərsizləşdirilir. Əgər bu vaxt ərzində spirtli içki qəbul edilsə, qara ciyər yüksək təzyiqə məruz qalar. Ona görə də bu zaman spirtli içkilər içmək qadağandır.
09:00-11:00 *
Dalağın aktiv vaxtıdır. Onun yaxşı işləməsi üçün ciddi şəkildə ac
qalsin bədən. 9:00 — Əsəbi-psixi vəziyyət ən yüksək həddə çatır. Ağrıya həssaslıq azalır.
10:00 — İnsan ruh yüksəkliyinə və coşğun enerjiyə malikdir, fiziki vəziyyətində daha
yaxşıdır, iş qabiliyyəti daha artıqdır. Ürək daha məhsuldar işləməyə başlayır.
11:00-13:00 * Ürəyin ən həssas vaxtıdır. Stressdən, qorxudan, kədərdən uzaq
durmalıyıq. 11:00 — Ürək əvvəlki aramla döyünür, İnsan heç yorulmur. 12:00 — Bu zaman
insan daha fəal vəziyyətdə olur. Ona görə də, nahara bir saatdan tez getmək məsləhət
görülmür..
13:00-15:00 *
Nazik bağırsağın ən aktiv olduğu saatdır. Bir stəkan su ilə ona
kömək edin. Qəzəblənməkdən çəkinməlisiniz. 13:00 — Qara ciyər dincəlir. Qlikogenin bir
hissəsi qana daxil olur. Yüngülcə süstlük əlaməti özünü büruzə verir, istirahət etmək
lazımdır. 14:00 -Bu saat insan orqanizminin gün ərzində həyat fəaliyyətinin ən aşağı
nöqtəsidir. İnsanın reaksiyaları zəifləyir və yavaşıyır.
15:00-17:00 *
Bu saat aktiv olmaq vaxtıdır. 15:00 — Bədənin orqanları, xüsusən
dad və iybilmə üzvləri çox həssas olur. İş qabiliyyəti tədricən bərpa olunur. 16:00- Qanın
tərkibində şəkərin miqdarı artır, lakin onun tərkibi tez qaydaya düşdüyündən heç bir
xəstəliyə səbəb olmur.
17:00-19:00 *
Böyrəklər ən yüksək səviyyədə işləyir. Bu zona sahəsini isti
saxlamaq vacibdir. 17:00 — İş qabiliyyətinin səmərəsi yüksəlir. Orqanizmin dözümlülüyü
təxminən 2 dəfə artır. 18:00 — Ağrıya qarşı həssaslıq azalır. Əsəb sisteminin fəaliyyəti də
ləngiyir.
19:00-21:00 *
Ailəniz və sevdiklərinizlə xoş vaxt keçirin, əhval-ruhiyyəniz yaxşı
olsun. 19:00 — Qan təzyiqi qalxır. Əsəbi-psixi fəaliyyət dayanıqlı olmur, bəzən hər kiçik
şey üstündə çılğınlığa qədər gətirib çıxaran əsəbilik meydana çıxır. 20:00 — Bütün bədən
maksimum işlək vəziyyətə çatır. Orqanizmin reaksiyası daha iti və kəskin olur. Müşahidə
edilib ki, sürücülər bu saatda daha az qəza törədirlər.
21:00 — Əsəb sisteminin fəaliyyəti qaydaya düşür. Yaddaş qabiliyyəti, məsələn,
aktyorlarda, şagirdlərdə yüksəlir.
Orqanik saatımız — Gündəlik bioritmlər canlılara gecənin və gündüzün, yayın və qışın gəldiyini əvvəlcədən bilmək və bu hadisələrə hazırlaşmaq imkanı verir. Sinxronizasiya prosesinə cavab verən əsas bioloji saat hipotalamusda (beyin nahiyəsi) yerləşir. Bu saat-sinxronizatorlar gün ərzində müxtəlif vaxtlarda sizə müəyyən tənzimləyici siqnallar göndərir. Bütün orqanların və toxumaların periferik saatları var, hansı ki, hipotalamusdakı əsas saatla sinxronlaşır.