Xoşunuza gələcək və faydalı payız meyvələri
Əziz oxucular. Düşündüm ki, mövsüm meyvələrinin faydaları haqqında məlumat paylaşım. Nə qədər pəhrizdə olsaq da bədənimizin vitamin ehtiyaclarını təmin etməliyik. Müqəddəs kitabımızda cənnətmeyvələri sayılan əncir və zeytuna Allahın and içməsi onu göstərir ki, bu iki meyvəyə nə qədər önəm verir: “Əncirə və zeytuna and olsun”. ( Qurani Kərim. Tin surəsi, 1)
Əncir liflərlə ən zəngin meyvələrdən biri olduğundan mədə və bağırsaqların işini normallaşdıran, şlaklardan təmizləyən ən yaxşı təbii vasitə hesab olunur. Əncir ziyanlı xolesterin səviyyəsini qısa zamanda salmaq gücünə malikdir, bununla da əncir bizim ürəyimizin “dostudur” deyə bilərik.
Payız meyvələrindən əncirin tərkibindəki kalium ürək əzələsinin vurma gücünü artırır, bizi infarktdan qoruyur. Ən çox minerala sahib olan meyvə Əncirdir. 50 qram əncirdə 280 mq kalium, 60 mq kalsium, 1.5 qram dəmir vardır. Uzun sürən xəstəliklərdən sonra orqanizmi bərpa etmək üçün ən yaxşı qidalardan biri əncirdir. Əncirin təzəsi kimi qurusu da mineral tərkibini və faydalı xüsusiyyətlərini saxlayır.
Əncirin tərkibində fenol adlı bir maddə var. Sintetik fenol zəhərli olsa da əncirin tərkibindəki fenol orqanizmə mənfi təsir etmir, əksinə mədə-bağırsaqlarda parazitlik edən mikroorqanizmləri öldürür.
Bu səbəbdən də əncirdən lyambliya və başqa mikroorqanizmlərin törətdiyi xəstəliklərin müalicəsində istifadə oluna bilər. Quru əncirin tərkibində Omeqa-3 və Omeqa-6 yağ turşuları vardır ki, insan orqanizminin özündə istehsal olunmur. Bu turşular sayəsində bizim ürək, qan-damar sistemlərimiz mükəmməl işləyir, beynimiz bu turşular sayəsində çalışır.

Tövsiyyələr
Ortadan yarı bölünmüş əncir meyvəsinin görünüşü qadın yumurtalığının strukturunun tam bənzəridir. Məlum olmuşdur ki, payız meyvələrindən əncir qadınlarda follikulun yetişməsi prosesini sürətləndirir, bununla da qadın sonsuzluğunu müalicə edir və kişi sonsuzluğunun da qarşısını alır.
Tövsiyə: Yaxşı olar gündə 2 dəfə yeməkdən 1 saat əvvəl 7 ədəd zeytun və 1 ədəd əncir birlikdə yeyilsin, bunu 1 ay etmək lazımdır.
- Payız meyvələrindən 7 zeytun 1 əncir yeməyin faydaları:
- Babasildən əziyyət çəkənlər üçün çox faydalıdır;
- Alzhaymer xəstəliyinin həm müalicəsi, həm də profilaktikası üçün mükəmməldir;
- Ürək əzələsini gücləndirir, damarları elastik edər, xolesterini salar, damarları kirəclənmələrdən qoruyar;
- Tərkibindəki minerallar və zəngin kalsium olduğuna görə sümük boşluğu problemləri olanlara faydalıdır;
- Dəmir, mis və sink mənbəyidir, qanazlığını götürər, mineralların yaxşı sovrulmasına səbəb olar.