“Şans, yoxsa iradə?” qalib gəlmək istəyənlərin kitabıdır

Rəna Soltanova Laser Beauty Clinic və Estetik Kosmetologiya Mütəxəssisləri İctimai Birliyinin təsisçisi və rəhbəri olmaqla yanaşı, “Şans, yoxsa iradə?” adlı kitabının müəllifi kimi də geniş auditoriyaya tanınır.

“Qafqazinfo” xəbər verir ki, bu kitabda o, həyat yolunda şansla iradə arasındakı əlaqəni incələyir, öz şəxsi təcrübələri və geniş nəzəri biliklərindən istifadə edərək oxuculara həyatda uğur qazanmağın əsas mexanizmlərini çatdırır. R.Soltanova yalnız kosmetologiya sahəsində uğurlu bir mütəxəssis deyil, həm də şəxsi inkişaf mövzusunda maraqlı fikirlər ortaya qoyan bir yazardır.

“Şans, yoxsa İradə?” kitabı bu baxımdan oxucuların özlərinə və həyatlarına daha dərindən baxmalarını və daha məqsədyönlü şəkildə hərəkət etmələrini təmin edən bir qaynaqdır.

Kitab təkcə məzmunu ilə deyil, həm də maraqlı tərtibatı ilə oxucunun diqqətini çəkir. Eyni zamanda nəzəriyyədən daha çox müxtəlif real həyat təcrübələri, dərin psixoloji analizlər və motivasiyaedici hekayələrə zəngin olan bu əsər onu maraqlı və yadda qalan edir. Bölümlər ardıcıllıqla insanı uğura aparan addımları təsvir edir – ilk növbədə öz daxili gücünü tapmaq, sonra onu inkişaf etdirmək və nəhayət, həyatda şansdan daha çox iradəyə arxalanaraq qarşıya qoyulan məqsədlərə çatmaq.

Müəllif özü haqqda deyir: ​“Qazandığım uğurlar asan başa gəlməyib, çətinliklərə sinə gərmişəm. Allaha və özümə güvənlə yaşayıram…”.

Kitabda nailiyyətlərin əldə etməyin yolunun hər addımının göstərilməsi, praktik tövsiyələri oxucuların rəğbətini qazandırmışdır.

Müəllif “Xoşbəxtliyin açarı” bölümündə oxucuları 7 təsdiq edilmiş üsulla tanış edir və xoşbəxtliyin formulunu belə görür: “Məncə, xoşbəxtlik özünü xoşbəxt etməkdən başlayır, başqalarını xoşbəxt etməklə də tamamlanır. Sevinməyin üçün başqasını sevindirməyi bacarmalısan, xoşbəxt anlar yaşatmaqla özünü xoşbəxt hiss etmiş olursan”.

Kitabda qadınlara özünəqulluq haqqında da “Gözəl qadının 14 vərdişi” bölümündə dəyərli məsləhətlər verilir.

Sonda Rəna xanım oxucusuna müraciət edərək deyir: “Elmə, uğurlu və tanınmış insanların kitablarına istinadən və özümün həyat təcrübəmə əsasən verdiyim prinsiplər sizə uğur hekayənizi başlamağınıza ilham verəcək, şəxsi perfomansınızı yaxşılaşdırmağa kömək edəcək”.

Kitab oxuculara talelərini öz əllərinə almaq üçün güclü bir mesaj verir: “Bu kitab həyatda itirməkdən qorxanlar üçün deyil, qalib gəlmək istəyənlər üçündür”.

Related articles

Daxili və Xarici Gözəlliyin Balansı: Tam Gözəlliyə Aparan Yol

Daxili və xarici gözəlliyin balansı insanın həm fiziki, həm...

Sağlam Dəridən Kənar: Bütöv Gözəllik Üçün Səhiyyə Məsləhətləri

Gözəllik yalnız xarici görünüşlə məhdudlaşmır. Həqiqi və davamlı gözəllik...

Gözəllik Trendləri: 2025-ci İlin Ən Populyar Yanaşmaları

Hər il gözəllik sahəsində yeni trendlər yaranır, texnologiya və...

Dəriyə Qulluqda Texnologiyanın Yeri: Ağıllı Qacetlər və Onların Faydaları

Müasir texnologiyalar dəriyə qulluq sahəsində inqilab edir. Gündəlik qayğı...

Dolğulardan Kənar Estetik Alternativlər: Təbii Gözəlliyin Qorunması

Dolğu prosedurları müasir estetik kosmetologiyada geniş istifadə olunsa da,...