Şans yoxsa iradə?

29.11.2023

Şans yoxsa İradə

 

Rəna Soltanovadan «Şans yoxsa İradə» kitabı

Tanınmış həkim-dermatoloq, «Laser Beauty Clinic» şəbəkəsinin təsisçisi Rəna Soltanovanın işıq üzü gördüyü «Şans yoxsa iradə?» adlı kitabı qısa müddət ərzində populyarlıq qazanmışdır.

Müəllif kitabı öz həyat hekayəsi ilə başlayıb, qazandığı uğurların mərhələ-mərhələ gedişatını oxucuları ilə paylaşıb və hər bir kəsin bu və ya bundan da yaxşı uğur qazana bilməsini oxucuya təlqin edir: “Nailiyyətlərimi saymaqda məqsədim odur ki, bütün bunları, yaxud bundan da yaxşısını siz də edə bilərsiniz. Oxumağa başladığınız bu vəsait sizə çox kömək edəcək. Heç nə birdən-birə baş vermir.

Hər şeyi zamanın ixtiyarına buraxın və öz həyat hekayənizi özünüz yaradın. Bunun üçün çox çalışın. Heç bir zəhmət nəticəsiz qalmır. İnanın mənə. Bütün bunları mən öz həyat və iş təcrübəmdən bilirəm və buna 100 faiz əminəm. Siz yetər ki, ürəkdən istəyin.

Belə olduqda Allah sizə istəklərinizi həyata keçirməyə kömək edəcək. Uğur qazanmağınız üçün özünüzdə üç keyfiyyəti inkişaf etdirin: iradəli, əzmkar və çalışqan olun».

Müəllif kitabın ilk səhifəsində həyatı boyu yanında olub ona mənəvi dəstək verən ailəsinə, kollektivinə təşəkkür edərək Qarabağ uğrunda şəhid olan oğullarımızı da unutmayıb: “Bu günlərdə qəhrəman şəhidlərimizə qarşı sonsuz bir sevgi var.

Heç bir vaxt üzünü görmədiyimiz və tanımadığımız bu igidlərə qarşı izahı olmayan sevgi hiss edirik. Deyirlər ki, Allah bir insanı sevib-seçibsə, onu bütün ətrafı sevir. Şəhidlər və qazilər məhz belə insanlardır.

Bunları yazdıqca hiss etdiyim Vətən sevgisinin hüdudsuz olduğunun fərqinə varıram. Vətənimizi müdafiə edənlərə, Ali Baş Komandana, xalqımıza olan sevgimiz Qələbə müjdəsi ilə aşıb daşır. İndi fəxrlə “Mən azərbaycanlıyam” deyirik”.

şans yoxsa iradə

 

Kitab boyunca səmimi etiraflar, özünəinamın artırılması üçün ruhlandırıcı sözlər yer alır. Rəna Soltanova iki ildən artıq müddətə ərsəyə gətirdiyi əsərin oxuculara faydalı olacağından əmindir: “Öz təcrübəmdən və dünya üzrə tanınmış şəxsiyyətlərin həyat örnəklərindən bəhrələnərək uğur qazanmağın yolları və stimullaşdırıcı tövsiyələrlə dolu bu kitabı Allahın izni ilə ərsəyə gətirdim. Öz biznesini qurmaq, ümumiyyətlə, istənilən sahədə uğur qazanmaq istəyənlərin maarifləndirilməyə ehtiyacı olduğunu nəzərə alaraq yazdığım bu kitabı sizlərin ixtiyarına verirəm və hər kəs üçün faydalı olacağına inanıram».

Related articles

“2024 Seni Cup” Azərbaycan Çempionatı

13 dekabr 2024-cü il tarixində Sərhədçi İdman Olimpiya Mərkəzində...

Rəna Soltanovanın ikinci kitabı gəlir

Tanınmış dermatoloq, kosmetoloq, “Laser Beauty” klinikalarının, “Estetik Kosmetologiya Mütəxəssisləri”...

Müasir kosmetologiyada istifadə olunan preparatlar

Müasir kosmetologiyada dərinin gəncliyini və gözəlliyini qorumaq üçün geniş...

EKMİB-nin yeni strukturu yaradıldı

“Estetik Kosmetologiya Mütəxəssisləri” İctimai Birliyinin (EKM İB) rəhbəri, LBC...

Şəhid və qazi ailələri üçün yeni iş imkanları yaradılır

“Estetik Kosmetologiya Mütəxəssisləri” İctimai Birliyinin sədri Rəna Soltanova yeni...
Предыдущая статья
Следующая статья