Seboreya dərinin ümumi patoloji vəziyyətidir, yağ vəzlərinin fəaliyyətinin pozulması ilə xarakterizə olunur.
Əksər hallarda xəstəlik baş dərisində,daha az üz, sinə, qulaqların arxasında ,qasıq və qoltuq altlarında müşahidə edilir.
Seboreyanın 3 növü var: yağlı, quru və qarışıq. Yağlı seboreya zamanı dəridə yağlılıq artır, quru seboreyada pullu formalaşmalar (kəpək) görünür,qarışıqda isə xəstəliyin həm yağlı, həm də quru formalarının əlamətləri müşahidə olunur.
Seboreik dermatitin əmələ gəlməsi orqanizmin fəaliyyətindəki ciddi pozğunluqlarla, məsələn, hormonal balanssızlıq, immunitetin zəifləməsi, mədə-bağırsaq traktının xəstəlikləri və ya sinir sisteminin pozğunluqları ilə əlaqələndirilə bilər.
Xəstəliyin simptomları:
Özünüzdə bu dəri patologiyasını necə müəyyənləşdirə bilərsiz?
Seboreyanın klinik mənzərəsi xəstəliyin formasından asılı olaraq dəyişir. Beləliklə, yağlı seboreya üçün aşağıdakı simptomlar xarakterikdir:
dərinin və saçın yağlılığının artması;
məsamələrin genişlənməsi, komedonlar;
sızanaqlar ;
bir-birinə yapışan bol kəpək;
saç tökülməsi;
qaşınma.

Seboreyanın quru forması fərqlidir:
dəri qaşınması;
bədənin və baş dərisinin müəyyən sahələrinin soyulması;
epidermisin kiçik pulcuqlanması formasında özünü göstərən kəpəyin meydana gəlməsi;
quruluq və kövrək saçlar, haçalanmış saç uçları;
narahatlıq və dərinin dartılması hissi;
Xəstəliyin görünüşü:
zədələnmiş sahələrdə qırmızı və kəpəkli ləkələr.
Seboreyanın səbəbləri:
Dəri patologiyasının əsas səbəbi dəridə maya göbələklərinin- Pityrosporum koloniyalarının artmasıdır. Lakin qeyd etmək lazımdır ki, bu növ göbələk,tamamilə sağlam insanların 90% -indən çoxunun dərisinin daimi sakindir və Pityrosporumun olması həmişə seboreya səbəb olmur.
Fakt budur ki, göbələklərin aktivləşməsində və dəridə patoloji vəziyyətin inkişafında irsi və metabolik səbəblər, həmçinin xarici mühitin təsiri kimi amillər iştirak edir. Mənfi amillərin təsiri altında yağ vəzlərinin fəaliyyəti artır və nəticədə dərinin qoruyucu funksiyası pozulur.Əgər əvvəl sağlam bir orqanizm dəridəki göbələklərin miqdarını müstəqil şəkildə idarə edə bilirdisə, müəyyən şərait yarandıqda qorunma tam həyata keçirilmir və patogen mikrofloranın həcmi əhəmiyyətli dərəcədə artır.
Seboreyanın inkişafına kömək edən amillər:
bədəndə hormonal pozğunluq;
metabolik dəyişikliklər;
irsi faktor;
insanın immun sisteminin zəifləməsi;
hipotermiya;
xroniki xəstəliklər;
uzun antibiotik terapiyası kursu;
şəxsi gigiyena qaydalarının pozulması;
stres;
balanssız qidalanma.
Xəstəliyin diaqnozu:
Xəstəlikdən şübhələnirsinizsə, dermatoloq və trixoloqa müraciət etməlisiniz.
İlkin müayinədə mütəxəssis xəstənin şikayətlərini diqqətlə dinləyir, patologiyanın inkişafına potensial səbəb olan amilləri (stress, xroniki xəstəliklər, yaxın qohumlarda dəri patologiyaları və s.)müəyyənləşdirir. Sonra həkim dermatoskopdan istifadə edərək müayinə etməyə davam edir.
İlkin diaqnozdan sonra xəstə nəticəni təsdiqləmək və patologiyanın əsas səbəbini müəyyən etmək üçün əlavə analizlərə göndərilir.
Seboreyanın müalicəsi:
Xəstəliyin müalicə üsullarını seçərkən həkimlər öz qarşılarına iki əsas vəzifə qoyurlar — patoloji vəziyyətin təzahürlərini aradan qaldırmaq, həmçinin xəstəliyin inkişafını dayandırmaq.
Bunun üçün tibbi, kosmetik və fizioterapevtik prosedurlardan istifadə edilə bilər.
Düzgün seçilmiş terapiyaya daxildir:
Pəhriz — pəhrizdə meyvə -tərəvəz qəbul edilməsi artırılarkən,tez həz olunan karbohidratların, yağlı qidaların, alkoqollu və qazlı içkilərin qəbulu məhdudlaşdırılır.
Bədənin immunitetini gücləndirmək üçün multivitamin komplekslərinin qəbulu tövsiyə edilir.
dəri üzərində mənfi təsirlərə malik məhsullar məhdudlaşdırlır, tez-tez saç boyama, solaryumdan istifadə, spirt tərkibli qulluq vasitələrindən istifadə minimuma salınır.
Baş dərisində kəpəyi aradan qaldıran xüsusi şampunların istifadəsi məsləhət görülür. (sink, ketokonazol və digər aktiv maddələr olan məhsullar).
Məlhəm, gel,krem formasında antifungal agentlər təyin edilir.Ağır hallarda oral antifungal dərmanlar da tələb oluna bilər.