İnsan orqanizminə idmanın təsiri
İdmanın insan orqanizminə olan təsirlərinin ancaq müsbət yöndə olduğu aşkarlanmışdır.
İdman ümumiyyətlə fiziki atletizm və ya fiziki çevikliyə əsaslanan fəaliyyət sistemi olaraq qəbul edilir. İdmanla məşğul olmağın insan orqanizminə bir çox faydaları vardır. Məsələn: İdman insanın əhval-ruhiyyəsini yüksəldir. Belə ki, idmanla məşğul olduqdan sonra insan özünü əvvəlkindən daha yaxşı hiss edir.
İdman narahatlığı və gərginliyi aradan qaldırır. Vaxtaşırı idmanla məşğul olmaq ürəyi gücləndirir, yüksək qan təzyiqini və qanda xolesterinin miqdarını nizamlayır ki, bu da bir çox xroniki xəstəliyin qarşısını alır. Müntəzəm idmanla məşğul olan zaman insan kalori itirir, bu da artıq çəkilərdən xilas olmağa kömək edir, ürəyin və ağciyərin funksiyasını gücləndirir, vücudu oksigenlə tam təmin edir və damarlardakı qan dövranını artırır. Beyin damarlarının açılmasına, beyində serotonin və melotonin hormonlarının aktivləşməsinə kömək edir.
Bədən tərbiyəsi və idmanın inkişafı da uzaq keçmişdən başlanır. Cəmiyyətin inkişafına əsaslı təsir göstərən bir sıra kəşflər məhz daş dövründə olmuşdur. Bu kəşflər sırasında ox və yayın ixtira edilməsi buna əyani sübutdur.
1900-cu illərdən Bakıda gimnastika, üzgüçülük, atletika, ağır atletika, futbol idman növləri inkişaf etmişdir. İdman bütün mədəniyyətlərdə universal bir vasitə hesab edilir. Statistik rəqəmlər göstərir ki, 15 ilə 24 yaş arasında olan gənclərin 61%-i Aİ-dəki idman fəaliyyətlərində mütəmadi iştirak edirlər.Mədəniyyət və idman insan hüquqlarıdır və digər insan hüquqları ilə əlaqəlidirlər.
İdman, insan orqanizminin, fiziki sağlamlığın və zehnin inkişafının təkmilləşdirilməsi, bütün səviyyələrdə sosial münasibətlərin formalaşdırılması və ya rəqabət əsasında nəticələrin əldə edilməsi məqsədi ilə təsadüfi və ya planlaşdırılmış iştirak vasitəsilə, fiziki fəaliyyətin bütün formaları anlamına gəlir. Fiziki gücdən daha çox zehni işlədən şahmat kimi digər fəaliyyətlər də idman hesab edilir. Bütün zövqlərə və insanın təbiətinə uyğun idman növləri vardır və bu həyatımızın hər hansı bir anında bizim şəxsiyyətimizlə və mədəniyyətimizlə olduqca yaxından bağlılığı ola bilər.
Əgər biz idmanın və oyunların (bura kiçik uşaqların oyunu da daxildir) əsas məqsəd və dəyərlərindən daha dərininə nəzər yetirsək, aydın olur ki, bütün idman növləri istər futbol, istərsə də nizə atma və ya yoqa ilə məşğul olma zəruri həyat bacarıqlarının öyrədilməsi vasitəsi kimi inkişaf etmişdir. Buna görə də idman, həm rəsmi, həm də qeyri-rəsmi olaraq təhsil proqramının mühüm bir hissəsi kimi qəbul edilir. İdmanın növləri aşağıdakı kimi təsnifləndirilir:
Basketbol, Tennis, Boks, Kikboksinq, Döyüş sənəti, Futbol, Həndbol, Amerikan futbolu, Güləş, Cüdo, Voleybol, Şahmat, Taekvondo, Alpinizm, Ağırlıqqaldırma, Velosiped yarışları, Karate, Qolf, Üzgüçülük, Avarçəkmə, Ovçuluq, Oxatma, Badminton, Gimnastika, Qılıncoynatma.
İdman növləri
İnsan orqanizminə və yaşa uyğun seçilməlidir. İdman hər bir insan üçün vacibdir, xüsusilə də, uşaqlar üçün. Çünki idman uşaqların normal böyüməsində, inkişaf etməsində, orqanizmdə xəstəliklərə qarşı müqavimətin artmasında mühüm rola malikdir.
İdmanla məşğul olan uşaqlar ildə iki dəfə sümüklərin düzgün inkişafı və boy artımına görə müayinə olunmalıdırlar. Əksəriyyətimiz müxtəlif səbəblər üzündən az hərəkətli həyat tərzi keçirir və buna bəraət qazandırmaq üçün, bir sıra bəhanələr axtarırıq.
Biz təmbəlliyimizi işimizin ağırlığı, maddi problemlər, vaxt qıtlığı, stresslər, hava şəraitinin pis olması kimi bəhanələrlə izah etməyə və məsuliyyətdən yayınmağa çalışırıq. İnsan dünyaya göz açır, böyüyür, inkişaf edir və güclənir. İyirmi yaşa çatdıqdan sonra insan funksional inkişafının ən yüksək səviyyəsinə çatır və bundan sonra əqli, eləcə də fiziki inkişafında tədricən geriləmə ilə üz-üzə qalır. Yetmiş yaşdan sonra bu zəifləmənin sürəti də artır. Bu, təbii və obyektiv qocalmadır.
Uzun müddət aparılan tətqiqatlar sübut etmişdir ki, fiziki fəallığı yüksək olan şəxslərdə iyirmi yaşdan sonra baş verən qocalma prosesi daha yavaş gedir. Bu tətqiqatlar bir faktı da sübut etmişdir ki, fiziki məşqlər edən 65 yaşlı insanın iş qabiliyyəti 35 yaşında olan və azhərəkətli həyat tərzi keçirən insanın iş qabiliyyətindən çox-çox yüksəkdir. Fiziki ehtiyatlarımızın tükənməsinə şərait yaradan ən önəmli amil müasir həyat tərzidir. Təsadüfi deyil ki, bəzi xəstələrə cərrahi əməliyyatdan əvvəl xüsusi idman hərəkətləri etmək məsləhət görülür. Hər bir insan bir səbəb tapıb idmanla məşğul olmağa başlamalıdır. Yadda saxlayaq ki, bu, heç vaxt heç kəs üçün gec deyil.