AKNE NƏDİR?


Akne — Sızanaqlar tük kanallarının ağızlarında artıq sebum yığılması nəticəsində yaranan ciddi,iltihablı dəri xəstəliyidir.  Bu da bakteriyaların çoxalmasına, dəridə iltihabın, səpgilərin və digər qüsurların əmələ gəlməsi üçün ideal bir mühitin yaranmasına səbəb olur.
Akne üzdəki sızanaqlar iltihabi proseslərin ağırlığından və dərəcəsindən asılı olaraq müxtəlif yollarla özünü göstərə bilər. Dəridə qara nöqtələr, qırmızı sızanaqlar, irinli,ağrılı səpgilər, ağ nöqtələr yarana bilər. Əksər hallarda səpgilər T zonasında — piy vəzilərinin ən yüksək aktivliyi və genişlənmiş məsamələr olan nahiyələrdə özünü göstərir. Bu alın, burun və çənədir. U zonasında (yanaqlar)sızanaqlar daha az görünür.

AKNENİN NÖVLƏRİ VƏ MƏRHƏLƏLƏRİ

Dermatoloqlar sızanaqları,simptomları və xarici təzahürləri ilə fərqlənən bir neçə fərqli  növə ayırırlar:

Qapalı komedonlar (onlar həm də dərialtı sızanaqlardır) sıxılmış və iltihablı dəri sekresiyalarından ibarət səpgilərdir (əsasən qara və ya boz rəngdədirlər). Onlar dərinin altında yerləşir və möhtəviyyatının oksigenlə təmasından sonra,oksidləşdirici reaksiya nəticəsində əmələ gəlir.
Açıq komedonlar (daha çox qara nöqtələr kimi tanınır) qapalı komedonlarla eyni təbiətə malikdir, lakin yalnız dərinin səthində görünür.
Nodullar — iltihab və ağrı ilə müşayiət olunan subkutan nodulyar formalaşmalardır.Toxunarkən möhkəmdirlər və palpasiya zamanı sərt hiss edilirlər. Bəzi hallarda   irinli ola bilərlər.
Papullar — irinli məzmunu olmayan ağrılı kiçik qırmızı sızanaqlardır.
Pustullar klassik sızanaqlardır. İrinli axıntı və aydın iltihablı bir sahə ilə müşayiət olunur.
Sızanaqların inkişaf mərhələləri şərti olaraq belə bölünə bilər:

Yumşaq forma — iltihablı qara və ağ və ya  qeyri-iltihabi sızanaqlar;
Orta forma — iltihablı elementlər daha sıx olur, çoxlu qara və ağ sızanaqlar görünür.(çox sayda komedon və iltihab əlamətləri ilə 10-20 sızanaq meydana gəlməsi ilə ifadə edilir).
Sızanaqların ağır forması- (40-dan çox element), böyük və ağrılı düyünlər, pustullar və kistlər, ardıcıl iltihabi proseslər.
Bu və ya digər dərəcədə, insanların təxminən 80% -i həyatında ən azı bir dəfə sızanaqla qarşılaşmışdır. Sebum sintezinin hiperaktivliyini və iltihab ocaqlarının yaranmasını təhrik edən amilləri təhlil edəcəyik.

Üzdəki sızanaqların əsas səbəbləri:

Hormonal sistemdə dəyişikliklər və ya hormonal fonda dalğalanmalar (yetkinlik, dövrün müəyyən mərhələləri, hamiləlik);
mədə-bağırsaq traktının xəstəlikləri, tiroid,
balanssız pəhriz, yuxu pozğuluğu,zərərli vərdişlər;
düzgün olmayan qulluq,
demodikoz (sızanaq gənəsi),
anabolik steroidlərin istifadəsi,
halogenlər və barbituratlar olan dərmanların istifadəsi,
iltihabla müşayiət olunan dəri lezyonları,
iltihab ocaqlarının meydana gəlməsinə səbəb olan dəri səthində sızanaq bakteriyalarının intensiv çoxalması (Propionibacterium acnes və ya Malassezia),
epidermisin korneum təbəqəsinin qalınlaşması (hiperkeratoz),
sebum ilə qarışan epidermisin keratinləşdirilmiş hissəciklərinin məsamələrə yığılması,
gigiyena qaydalarının pozulması,
stress: emosional sarsıntı zamanı böyrəküstü vəzlər tərəfindən istehsal olunan stress hormonu kortizol yağ vəzlərini aktivləşdirir.

2-ci və 3-cü mərhələlərdə olan akne müalicə edilməzsə nələr baş verər?

Dermatoloqun tövsiyəsi ilə müalicə olunmaq əvəzinə, sızanaqları sıxmaq və ya kosmetik vasitələrlə maskalamaq problemi aylarla uzada bilər. Orta və ağır formada olan sızanaqlarda (III və IV dərəcə), bir ilə qədər davam edə bilən kompleks terapiya və dərman müalicəsi tələb olunur.

MÜMKÜN NƏTİCƏLƏR

Akne sızanaqların inkişaf etmiş mərhələləri nadir hallarda diqqətdən kənarda qalır. Son araşdırmalara görə, düzgün olmayan sızanaq müalicəsindən sonra insanların 95% -ində dəridə durğun çoxrəngli ləkələr, çapıqlar və çuxurlar əmələ gəlir.
Bu o deməkdir ki, sızanaqdan sonra yaranan qüsurlar nəticəsində dəri gözəl və sağlam görünüşünü itirə bilər.

Genişlənmiş məsamələr,qırmızı, mavi və hətta bənövşəyi izlər,çapıqlar və çuxurlar,yağ kistaları,
qəhvəyi ləkələr,iltihab sonrası hiperpiqmentasiya,quru və həssas dərinin soyulması nəticələrdən bəziləridir.
Yaranan ağırlaşmaların dərəcəsi aknenin dəriyə vurduğu zərərin dərəcəsindən asılıdır.Məsələn, hiperpiqmentasiyanın yaranmasının səbəbi dərinin epidermis səviyyəsində zədələndiyini göstərir. Çapıqlar və dəri qüsurları isə dermal toxuma təbəqəsinin zədələnməsinin nəticəsidir.

SIZANAQLI DƏRİYƏ NECƏ QULLUQ OLMALIDIR?

Sızanaqlı dəri zərif təmizlənməyə, müntəzəm effektiv nəmləndirməyə və yaranan yeni iltihab ocaqlarının vaxtında aradan qaldırılmasına ehtiyac duyur. Düzgün qulluq sızanaqların müalicəsini əhəmiyyətli dərəcədə sürətləndirir və dəridə çapıq və ləkələrin yaranması ehtimalını azaldır.

Sızanaqlı dəriyə hərtərəfli qulluq:

Təmizləmə — ölü dermisin, dəridəki çirklərin, artıq sebumun ortadan qaldırılması
Nəmləndirmə-
İltihablı dəri üçün bərpaedici və sakitləşdirici qulluq.

Related articles

Daxili və Xarici Gözəlliyin Balansı: Tam Gözəlliyə Aparan Yol

Daxili və xarici gözəlliyin balansı insanın həm fiziki, həm...

Sağlam Dəridən Kənar: Bütöv Gözəllik Üçün Səhiyyə Məsləhətləri

Gözəllik yalnız xarici görünüşlə məhdudlaşmır. Həqiqi və davamlı gözəllik...

Gözəllik Trendləri: 2025-ci İlin Ən Populyar Yanaşmaları

Hər il gözəllik sahəsində yeni trendlər yaranır, texnologiya və...

Dəriyə Qulluqda Texnologiyanın Yeri: Ağıllı Qacetlər və Onların Faydaları

Müasir texnologiyalar dəriyə qulluq sahəsində inqilab edir. Gündəlik qayğı...

Dolğulardan Kənar Estetik Alternativlər: Təbii Gözəlliyin Qorunması

Dolğu prosedurları müasir estetik kosmetologiyada geniş istifadə olunsa da,...
Предыдущая статья
Следующая статья