Allergik dermatit nədir?

Allergik dermatit müəyyən maddələrlə (allergenlər) təmas nəticəsində dərinin iltihabı ilə xarakterizə olunan xəstəlikdir. Xəstəlik yoluxucu deyil və buna görə də insandan insana ötürülə bilməz.

Bu patologiyaya vaxtında diaqnoz qoymaq üçün ona bənzər simptomlar varsa, məsləhət üçün dermatoloqlara miraciət edin.Mütəxəssis şikayətləriniz barədə ətraflı soruşacaq, diaqnozu təsdiqləmək üçün lazım olan müayinələri təyin edəcək və yalnız diaqnoz şübhə doğurmayandan sonra müasir effektiv müalicəni təyin edəcək.

Xəstəlik haqqında:

Allergik dermatit, cinsindən və yaşından asılı olmayaraq insanlarda baş verən ən çox yayılmış dəri patologiyasıdır. Statistikaya görə, hər beşinci şəxs ən azı bir dəfə bu xəstəliyin xoşagəlməz təzahürləri ilə qarşılaşır. Ağır hallarda, dərinin geniş sahələrinin zədələnməsi və xoşagəlməz simptomların (qaşınma, yanma, dəridə çatlar) yaranması  müşahidə olunur. Bəzi allergik dermatit növləri (məsələn, toksik- allergik dermatit və ya toksidermiya)insan həyatı üçün təhlükə yarada bilər.


Yetkinlərdə allergik dermatit müəyyən anormal immun reaksiya baş verdiyi zaman ortaya çıxır.Xəstəliyin səbəb olduğu faktorlar aşağıdakılar ola bilər:

metallarla təmas;
kosmetikadakı kimyəvi maddələr;
dəri ilə birbaşa təmas edən dərmanlar;
boyalar;
digər kimyəvi birləşmələr (plastik, insektisidlər, rezin);
dəriyə məruz qaldıqda bəzi qida məhsulları;
bitkilər;
digər maddələr.
Növləri:
Klinik gedişatının xüsusiyyətlərinə görə kəskin və xroniki allergik dermatit,kontakt dermatit növləri  vardır.Təzahürlərinin ortaya çıxmasına  görə isə onun yüngül, orta və ağır formaları vardır.

Allergik dermatitin simptomları:

Allergik  dermatit, müəyyən bir insanın dərisi ilə həddindən artıq həssas olduğu bir maddənin təkrar təmasından sonra baş verir. Bu təmas yerində dəridə müxtəlif patoloji dəyişikliklər- aydın sərhədi olan polimorf səpgilər müşahidə olunur. Beləliklə, epidermisdə qızarıqlıq və şişkinlik əmələ gəlir,dəridə ləkələr, sonra isə tədricən içində maye olan qabarcıqlar yaranır.Sonuncular sağaldıqda eroziyalar və qabıqlanmalar əmələ gətirir və bir müddət sonra tökülürlər.Beləliklə xəstənin bədənində müxtəlif morfoloji elementlər eyni vaxtda müəyyən edilir — bu polimorfizmdir.

Dəridə yanma hissi, istilik, zədələnmiş sahədə qaşınma müşahidə olunur.

Allergik maddəyə məruz qalma davam edərsə, proses xronikiləşir,patologiyanın klinik mənzərəsi fərqliləşir,lezyonun sərhədləri daha da bulanıqlaşır və allergik iltihab hətta ,təmasda olan yerlərdən uzaq olan dəri səhələrinə də yayılır. Səpgilər dəyişir və dərinin soyulması və qalınlaşması  baş verir, tuberkullar yaranır,daimi qaşınma nəticəsində dəridə cızıqlar (excoriations) əmələ gəlir.

Yaranan eroziyaya patogen bakteriyalar daxil olarsa, infeksion-iltihabi proses inkişaf edir. Bu, dermatitin geniş sahələrə yayılmış forması üçün xüsusilə xarakterikdir, çünki böyük bir bölgənin iltihabı davamlı ağrı və intoksikasiyaya səbəb olur, bu da xəstənin ümumi vəziyyətini pisləşdirir. Xoşbəxtlikdən, allergik dermatitin belə bir komplikasiyası olduqca nadir hallarda baş verir, bir qayda olaraq, əsasasən xəstəliyin uzun müddət müalicə edilməməsi və insanın allergen ilə davamlı təması,xəstənin bədəninin immunitetinin azalması ilə əlaqəli olur.
Ağırlaşmalar:

dərinin rənginin dəyişməsi;
atrofiya sahələrinin meydana gəlməsi (dərinin incəlməsi);
yara izi.

Allergik dermatitin səbəbləri:

Bu xəstəlik şəxsin müəyyən maddələrə qarşı həssaslığının olması və bu maddələrlə dərisinin təkrar təmas etməsi səbəbindən inkişaf edir.

Related articles

Daxili və Xarici Gözəlliyin Balansı: Tam Gözəlliyə Aparan Yol

Daxili və xarici gözəlliyin balansı insanın həm fiziki, həm...

Sağlam Dəridən Kənar: Bütöv Gözəllik Üçün Səhiyyə Məsləhətləri

Gözəllik yalnız xarici görünüşlə məhdudlaşmır. Həqiqi və davamlı gözəllik...

Gözəllik Trendləri: 2025-ci İlin Ən Populyar Yanaşmaları

Hər il gözəllik sahəsində yeni trendlər yaranır, texnologiya və...

Dəriyə Qulluqda Texnologiyanın Yeri: Ağıllı Qacetlər və Onların Faydaları

Müasir texnologiyalar dəriyə qulluq sahəsində inqilab edir. Gündəlik qayğı...

Dolğulardan Kənar Estetik Alternativlər: Təbii Gözəlliyin Qorunması

Dolğu prosedurları müasir estetik kosmetologiyada geniş istifadə olunsa da,...
Предыдущая статья
Следующая статья