Ateroma nədir?

Ateroma necə yaranır?

Bu dərialtı yağ vəzinin kistasıdir, ağrısızdır, həyat və sağlamlıq üçün təhlükə yaratmır, lakin kosmetik qüsur kimi görünür.

Statistikaya görə, ateromatoz əhalinin təxminən 10% — nə təsir edir və bura uşaqlar da daxildir.

Bu xəstəlik üz və baş da daxil olmaqla bədənin hər hansı bir hissəsində,dəri altında yerləşir. Ateromalar əsasən 20-30 yaşlarında yaranır, amma bəzən daha sonra da əmələ gələ bilər.Qadınlarda kişilərdən iki dəfə çox təsadüf edilir.

Ateroma hər hansı bir yağ vəzinin ifrazat kanalında inkişaf edə bilər. Yağ vəzləri ayaq altından və ovuclardan başqa hər yerdə ola bilər. Xüsusilə üzdə, baş dərisində, çiyində, sinədə, qasıqda çox sayda əmələ gələ bilər. Dərinin bəzi bölgələrində yağ vəzlərinin sayı 900-ə çata və müxtəlif lokalizasiyaya malik ola bilər.

Ateroma-dəriyə yapışmır və altında asanlıqla hərəkət edir. Yumşaq,yuvarlaq bir kütlədir, ağrısızdır. Bu, yağ vəzinin tıxanmasının nəticəsidir. İfrazat kanalı tıxansa da, sebum tədricən kanalı genişləndirərək ifraz olunmağa davam edir.

Ateroma bir neçə il ərzində yavaş-yavaş böyüyür. Xəstələr həkimə adətən kosmetik qüsur olduğu üçün müraciət edirlər, çünki ağrı olmur.Ölçüləri 10 sm və ya daha çox ola bilər.

 

Ateromanın simptomları:

Kista dərinin altından bir az hündürə çıxan yumşaq, yuvarlaq bir kütlə olaraq təyin olunur. Kistanın tərkibi maye olarsa, dəri altında dalğalanma hiss olunur. Üst nöqtədə tıxanmış kanal qara nöqtə kimi görünə bilər. O, paltarla sıx təmas yerində yerləşirsə, aşınma və iltihab əlamətləri ola bilər.

Baş dərisinə yerləşdirildikdə, onun üstündəki saçlar incəlir və demək olar ki, həmişə tökülür. Daimi travma səbəbindən tez-tez nekroz baş verir, yaralar əmələ gəlir və kiçik qanaxmalar olur. Bəzi xəstələrdə,başdakı ateromaların üstündəki dəri sıx, mavi rəngdə və toxunuşda ağrılı olur.

 

Ateromanın səbəbləri:

Genetik olaraq yağ vəzlərinin struktur xüsusiyyətləri elə olur ki, vəzlərdə ifrazat kanalı olmur. Bu vəziyyətdə sebumun yığılması intrauterin olaraq başlayır və doğulan uşağın bədənində ateromalar müşahidə edilir:

  • ifrazat kanalının ağızları keratinləşdikdə və vəzin ifrazatı daha qatı olduqda;
  • baş dərisində çox miqdarda sebum əmələ gəldikdə ,yağlı seboreya;
  • vəzin mexaniki zədələnməsi-qaynaqlar, kəsiklər, aşınmalar, yara izləri, daimi epilyasiya;
  • ionlaşdırıcı radiasiyaya məruz qalma;
  • ultrabənövşəyi radiasiya;
  • yanıqlar və donmalar;
  • stress nəticəsində yaranan müxtəlif hormonal amillər.


Adətən bir insanda eyni vaxtda bir neçə patoloji mexanizm işləyir.

 

Beləliklə, tıxanma hər hansı bir səbəbdən baş verə bilər.Sekresiya kanalı uzanır və boşluq yaranır. Damarlara, sinirlərə toxunmur və xəstə heç bir şey hiss etmir. Ancaq zaman keçdikcə şişmiş boşluğun ətrafında sıx birləşdirici toxuma kapsulu əmələ gəlir. Kistanı deşmək və boşaltmaq cəhdləri heç bir şey vermir, çünki möhtəviyyatı yenidən əmələ gəlir.

 


Ateroma diaqnozu:

Diaqnoz bir dermatoloq və ya onkoloq cərrah tərəfindən qoyulur. Müayinə zamanı həkim kütlənin yerinə, hərəkətliliyinə və ölçüsünə diqqət yetirərək xarakterik dəyişiklikləri aşkar edir. Kistanın əmələ gəlmə sürəti vacibdir.

Ağır vəziyyətdə, kistanın yerləşdiyi yerdə yumşaq toxumaların ultrasəsi aparılır. Ultrasəs müayinəsi zamanı kapsula görünür, içərisində nazik bir kista  və möhtəviyyatı vardır. Ultrasəs zamanı ateroma digər oxşar formalaşmalardan ayırd edilir,higromalar (tər vəzinin kistası), fibromalar (birləşdirici toxuma), lipomalar (yağ toxumasının xoşxassəli şişi). Kistanın xassəsinə dair şübhələr hələ də qalırsa, cərrahi çıxarılma zamanı histoloji analiz aparılır (hüceyrə tərkibinin öyrənilməsi).

 

Ateromanın müalicəsi:

Müalicə mürəkkəbdir, çünki yalnız kistanı kapsula ilə çıxarmaq deyil, həm də yeni kistaların meydana gəlməsini istisna etmək üçün dəriyə qulluq məhsulları seçmək lazımdır.

Kista iltihablanırsa, cərrahi müalicədən əvvəl iltihabı dayandırmaq üçün bütün tədbirlər görülür. Antibakterial və dezinfeksiya edici maddələr, sebumun əmələ gəlməsini azaltmaq üçün vasitələr təyin olunur.

 

Cərrahi müalicə iki variantda mümkündür

  • Klassik sistektomiya— neştər ilə kapsulanın çıxarılması və kosmetik tikiş qoyulması
  • Radiodalğa ilə çıxarılması— yüksək tezlikli dalğalar mayeni kapsuladan buxarlaşdırır, nəticədə əmələ gəlməsinin qarşısı alınır. Bu üsula üstünlük verilir, çünki qanaxma və yara izləri ilə müşayiət olunmur, lakin kardiostimulyator və bədəndə metal konstruksiyaları olan xəstələrdə istifadə edilə bilməz.


Ateromada əvvəlcə irin boşaldılır və iltihabın azalmasına nail olunur və yalnız bundan sonra kapsula çıxarılır. Ateromanın qarşısının almaq üçün dəridə hər hansı bir dəyişiklik baş verdiyi zaman dermatoloqa müraciət etmək lazımdır. Müayinədən sonra həkim sebum ifrazını normallaşdıran və dəriyə qulluq vasitələr seçir.

Related articles

Daxili və Xarici Gözəlliyin Balansı: Tam Gözəlliyə Aparan Yol

Daxili və xarici gözəlliyin balansı insanın həm fiziki, həm...

Sağlam Dəridən Kənar: Bütöv Gözəllik Üçün Səhiyyə Məsləhətləri

Gözəllik yalnız xarici görünüşlə məhdudlaşmır. Həqiqi və davamlı gözəllik...

Gözəllik Trendləri: 2025-ci İlin Ən Populyar Yanaşmaları

Hər il gözəllik sahəsində yeni trendlər yaranır, texnologiya və...

Dəriyə Qulluqda Texnologiyanın Yeri: Ağıllı Qacetlər və Onların Faydaları

Müasir texnologiyalar dəriyə qulluq sahəsində inqilab edir. Gündəlik qayğı...

Dolğulardan Kənar Estetik Alternativlər: Təbii Gözəlliyin Qorunması

Dolğu prosedurları müasir estetik kosmetologiyada geniş istifadə olunsa da,...
Предыдущая статья
Следующая статья