Əziz izləyicilərim,
Rəhbəri olduğum ”Estetik Kosmetologiya Mütəxəssiləri İctimai Birliyi’’ ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvərinin hüquq bərabərliyi əsasında yaradılan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri birliyin inkişafına, layihələrin həyata keçirilməsinə yönəlmiş bir təşkilatdır. və fəaliyyəti bütün ölkə ərazisini əhatə edir.
Birliyimizin fəaliyyətinin əsas məqsədi Kosmetologiya və bərbər xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması və bu sahədə mövcud problemlərin həllinə nail olmaq.Maarifləndirmə yolu ilə estetik xidmətlər sahəsindəki problemlərin həllinə və inkişafına kömək etmək; Estetik xidmət sahəsində mövcud problemlərin öyrənilməsi olsa da ictimai təşkilat olaraq həssas qrupdan olan həmvətənlətimizə, xüsusilə də Qəhrəman Şəhidlərimizə vətəndaş kimi borcumuzu əsas vəzifələrimizdənn hesab edirik.
Əzizlərim,
Hər zaman bayram tədbirlərimiz Şəhid qardaşlarımızın balaları, ailə üzvləri ilə şərəlfənir. Bu dəfə də Zəfər bayramında olduğu kimi.
Tədbirdə xalqımıza zəfər sevincini yaşadan şəhidlərimizin tuhu bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə müharibə iştirakçıları olan qəhrəman qazilərimiz də iştirak edirdi. Onlar özlərini qəhrəman saymasalar da onlar əsl qəhrəmandırlar.
Tədbrdə tanınmış müğənnilər Könül xanım Kərimova və Smirə öz vətənpərvər ı və ürəkaçan mahnılar ilə tədbirə rəng qatdılar.
Uşaqlar annimatorların əyləncəli çou proqramında çon nəşəli idilər.
Çox xoşbəxtlik ki, belə bir tarixi yaşadıq. Azərbaycanın hərbi tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində şanlı qələbəmizin 2ci ildönümünü qeyd etdik. Zəfər də, bayramlar da xalqımıza çox yaraşır. Əbədi olsun Allahın iznilə.
Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu 30 illik işğala son qoyaraq əzəli torpaqlarımız Qarabağ və Şərqi Zəngəzuru Ermənistanın işgalından azad etdi. Qürur duyuruq.
Bizə əbədi qələbə gününü yaşadan şəhidlərimizin ruhunu əbədi olaraq ehtiramla yad edəcəyik. Ruhun şad olsun Şəhid qardaşlarımız. Sizin kimi biz də deyirik “Vətən sağ olsun”. Allah ailələrinizi, övladlarınızı xeyirlə mükafatlandırsın. Amin.