Bir gənc Sokratın yanına gəlib ondan müdrikliyi necə əldə edə biləcəyini soruşur. Sokrat onu özü ilə birlikdə yaxınlıqdakı gölə girməyə dəvət edir. Qurşağa qədər suda olduqlarında Sokrat gəncin başından tutub suya basır. Öncə oğlan bunu zarafat bilib müqavimət göstərmir. Lakin bir az keçdikdən sonra boğulmağa başlayıb çabalayır. Vəziyyət ciddiləşdikdə oğlan şiddətlə çırpınıb azad olmağa çalışır. Nəhayət, Sokratın əlindən qurtulub özünü sahilə atır. Sokrat ona baxıb gülümsəyərək deyir: “Müdrik olmaq istəyin də yaşamaq istəyin qədər şiddətli olanda heç nə sənin müdriklik qazanmağının qarşısını ala bilməyəcək”.
Məqsəd nədir və necə çatmaq olar?
Hədəflərdə də vəziyyət eyni cürdür. Hər kəs müxtəlif səbəblərdən ruhlanır, motivasiya alır. Misal üçün, ingilis yazıçısı E.M.Forester deyirdi: “Mən hörmət etdiyim insanların hörmətini
qazanmaq üçün yazıram”. Bəzi insanları çoxlu pul qazanıb daha böyük evdə yaşamaq və daha yaxşı avtomobilə sahib olmaq ruhlandırır.
Başqalarını hörmət, rəğbət və ətrafdakı insanların sevgisini qazanmaq ruhlandırır. Yadıma uşaqlıq illərim düşür, yanımda çox kasıb, xəstə insanlardan danışanda ağlayardım. Mən-Rәna Rüfәtqızı özümə söz vermişdim ki, böyüyəndə çox işləyəcəm və çoxlu pul qazanacam ki, ehtiyacı olan insanlara kömək edə bilim.
Məni ruhlandıran səbəblərdən biri də bu idi. Hədəfə nail olmaq üçün səbəbin nə qədər çox olsa, motivasiyan bir o qədər güclü olacaq. Və qarşında olan heç bir maneə səni ruhdan sala bilməyəcək. Haradan gəldiyini və hara getmək istədiyini nə qədər aydın təsəvvür etsən, getmək istədiyin yerə çatmaq şansın da bir o qədər çox olur.
Maddi hədəflərin üçün vaxt qoy: Gəlirinin artması, çəki itirmək, müəyyən məsafəni qaçmaq və s. Bu cür məqsədlər üçün vaxt qoyduqda altşüurumuzu proqramlaşdırırıq və altşüurumuz məqsədə çatmaq üçün var gücü ilə işləyir. Çox zaman insanlar qoyulan vaxtda hədəflərinə nail ola bilməyəcəklərindən qorxduqları üçün vaxt qoymurlar.
Qoyulan vaxtda hədəfinə nail ola bilmədikdə nə baş verəcək? Bu, sadəcə hələ hazır olmamaq deməkdir. Növbəti vaxtı müəyyən edəcəksən. Yenə də qoyulan vaxtda məqsədinə nail olmasan, növbəti dəfə qoyacaqsan.
Mütəxəssislərin dediyinə görə, 80 faiz hallarda məqsədin kifayət qədər realdırsa, ona nail olmaq üçün ətraflı plan hazırlamısansa və həmin plan üzrə Şans, yoxsa iradә? ardıcıl olaraq işləmisənsə, qoyulan vaxtda məqsədinə nail olursan.
Qafqaz dağları kimi böyük məqsədini daha real olan xırda hədəflərə bölüb gündəlik irəliləyiş əldə edə bilərsən. İradə, təmkin, dözüm və ya alicənablığı formalaşdırmaq fonunda olan mənəvi məqsədlər üçün isə vaxt qoymaq olmaz.