Üzünüzə niyə ləkə düşür ?

melazma

Melazma xoşxassəli dəri xəstəliyidir

Melazmada dəri hüceyrələrində melanin piqmentinin artması müşahidə olunur. Klinik olaraq yaxşı müəyyən edilmiş, qeyri-bərabər konturları olan simmetrik, açıq və ya tünd qəhvəyi ləkələrin görünüşü ilə xarakterizə olunur. Daha çox günəşə məruz qalan dəri sahələrində: üz, boyun, əllərdə müşahidə olunur.

Piqmentasiya dərinin müxtəlif yerlərində əmələ gələ bilər.

Centrofasial  (ləkələr alnın mərkəzində, burnun üstündə, üst  dodaqda və çənədə ); 

Molar (yanaqlarda, burun qanadlarında);

Mandibular (alt çənənin künclərində).

Bəzi hallarda ləkələr boyunda,sinədə,əllərdə lokallaşa bilər. Daha nadir hallarda piqmentasiya budun daxili hissəsində, qarnın ön divarında, xüsusən hamiləlik dövründə qarının orta xətti boyunca görünür. Bu sahələr hormonal dəyişikliklərə, ultrabənövşəyi radiasiyaya məruz qalmağa daha həssasdır.

Dəri piqmentasiyasının pozulması dərinin müxtəlif təbəqələrində və müxtəlif dərinliklərdə baş verə bilər — ləkələrin rəngi də bundan asılıdır.

Dəri hüceyrələrində piqment səthi olarsa,ləkələr qəhvəyi görünür və daha dərin (dermal) yerləşərsə,boz-mavi,boz-qəhvəyi ləkələr əmələ gəlir.

Melazmanın diaqnozu kliniki xarakter daşıyır və adətən heç bir laboratoriya müayinəsi tələb olunmur. Lakin histoloji müayinə və dəri biopsiyası da diaqnozu təsdiqləyə bilər.

uze niye leke dusur


Melazmanın inkişafında əsas təhrikedici faktorlar bunlardır:


1.Günəşə uzun müddət məruz qalma, həmçinin solaryumdan istifadə  dərinin vəziyyətinə mənfi təsir göstərir.
2 .Hormonal balanssızlıq, reproduktiv orqanların kəskin və xroniki iltihabı (endometrioz), hormonal kontraseptivlərin istifadəsi 
3 .Müxtəlif hormonal pozğunluqlar dəri piqmentasiyasının inkişafında ciddi təhrikedici amildir. Əsas səbəblər yumurtalıqlarln disfunksiyası, tiroid disfunksiyası, hormonal kontraseptivlərin istifadəsi, hamiləlik, hormon əvəzedici terapiya və qadının hormonal fonunu dəyişdirən digər amillər ola bilər.

Artan dəri piqmentasiyası estrogen və progesteron səviyyəsində dəyişiklik ilə də əlaqələndirilir.

melazma

Piqment hüceyrələrində estrogen və digər cinsi hormonlar üçün reseptorlar olduğundan, melazması olan xəstələr estrogen və digər cinsi hormonların stimullaşdırıcı təsirlərinə daha həssas olurlar, bu da dəridə piqment əmələ gəlməsi prosesini xeyli sürətləndirir. Bu, melanositlərin stimullaşdırıcı amilə (hormona) həddindən artıq reaksiyasıdır.Normal melanogenezin stimullaşdırılmasında estrogen və progesteronun rolunu çoxlu sübutlar dəstəkləyir. Cinsi steroidlər dopaxrom tautomeraza (DTC) və tirozinaz kimi melanogenezdə iştirak edən fermentləri kodlayan genlərin transkripsiyasını stimullaşdırır.
Hamiləlik zamanı pigmentasiyanın əmələ gəlməsi  ehtimalı 18 faizi təşkil edir:

Endokrin dəyişikliklər səbəbiylə, hamiləlik zamanı ləkələr əmələ gəlir- onlara ifadə etmək üçün başqa bir termin də istifadə olunur — xloazma. Bu dövrdə artan piqmentasiya o qədər sıx-sıx baş verir ki, hətta əvvəllər onu «hamiləlik maskası» adlandırırdılar.

 Ləkələrin əmələ gəlmə səbəblərindən biri də (2%) irsi meyllilikdir. Hiperpiqmentasiyaya irsi meyl aşkar edilmişdir.

Müəyyən dərmanların, o cümlədən antibiotiklərin qəbulu və ya kosmetik vasitələrdən istifadə də ləkələrin yaranmasına  təsir göstərir. Xüsusilə, tərkibində fotosensibilizatorlar — dərinin günəş işığına həssaslığını artıran maddələr olan məhsullar nəzərdə tutulur.
 Metabolik pozğunluqlar, bədəndə müəyyən bioloji aktiv maddələrin (vitaminlər, minerallar, fermentlər və s.) çatışmaması səbəbindən qaraciyər, mədəaltı vəzi, mədə-bağırsaq traktının zədələnməsi ilə əlaqəli həzm sisteminin xəstəlikləri melazmanın yaranmasına səbəb ola bilər.


 Ümumi melazma müalicəsi:


Müalicə ilk növbədə hiperpiqmentasiyanın inkişafına səbəb olan əsas amili aradan qaldırmağa yönəldilməlidir.

Bir ginekoloqla məsləhətləşmə məcburidir ,qadın cinsiyyət orqanlarının ultrasəs diaqnostikası, hormon testləri təyin edilməlidir.(qanda estrogen və progesteronun səviyyəsini təyin etmək üçün), istifadə edilirsə,hormonal kontraseptivləri ləğv etmək lazımdır.

Fotosensibilizasiya təsiri olan dərman, qida və kosmetikadan istifadə edilməməlidir.
Bütün il boyu günəş qoruyucu  kremlərdən istifadə edilməlidir.
Tərkibində retinoidlər, α-hidroksi turşuları və β-hidroksi turşuları olan məhsullardan həkim resepti olmadan öz başınıza istifadə edilməməlidir.

ОСТАВЬТЕ ОТВЕТ

Пожалуйста, введите ваш комментарий!
пожалуйста, введите ваше имя здесь