29.04.2023
Qadınlar
Dünyada bu mövzuda bir çox araşdırmalar aparılıb. Lakin hələ də «qadınları necə xoşbəxt etmək olar» sualına dəqiq cavab tapılmayıb. Hətta qadınların çoxu onu nəyin xoşbəxt edəcəyini belə bilmir. Türkiyəli qadın xəstəlikləri və doğum mütəxəssisi Esra Demir qadınların necə xoşbəxt olacağı barədə maraqlı araşdırma aparıb.Duyğularını bəzən gizlədən, bəzən də göstərməkdən çəkinməyən xanımları xoşbəxt etmək təsəvvür etdiyimiz qədər çətin deyil. Qadınların ən xoşbəxt olduğu anın «brilliant üzüyü” barmağına taxdığı gün olduğunu düşünürsünüzs, yanılırsınız. Əslində onları cəsarətləndirmək üçün sərvətə ya da son dəqiqə alınan hədiyyələrə ehtiyac yoxdur. «Kədərli» olduqları anda belə qadınları sevindirən 9 şey:
- 1.Əslində tək ehtiyacları başlarını qoya biləcəkləri çiyindir!
- 2.Sevdiyi bir insanın müvəffəqiyyətini görmək qadını hədsiz sevindirir. Yadınıza salın, ibtidai sinifdə yazını ananıza göstərdiyiniz zaman o necə sevinirdi?
- 3.Sən arıqlamısan? Bu sehirli cümlə ürəkdən və qəflətən deyildiyi zaman qarşısındakı qadının xoşbəxt olması qaçınılmazdır. Bir qadını xoşbəxt etmək, bax, bu qədər asandır.
- 4.İlk «Ana» kəlməsi. Körpəsindən eşidəcəyi o ilk «ana» kəlməsi qadını xoşbəxt etmək üçün kifayətdir.
- 5.Xüsusi günləri unutmamaq! Bir qadının xoşbəxt olması üçün xüsusi günləri unutmamalıyıq. Bu zaman kişilər, diqətli olmalıdır. Əgər tarixləri yadda saxlamaqla bağlı probleminiz varsa, bu zaman xüsusi təqvimlərdən istifadə etməlisiniz.
- 6.Sadəcə rahatlıq! Qadın həm də anadır, bunu unutmayaq. O ailəsini rahat və birlikdə gördüyü an xoşbəxt olur.
- 7.Alış-veriş etmək. Bir çox qadının özünü rahat hiss etdiyi yerlərdən biri, təbii ki, «Şopinq» — dir. Onlar üçün xoşbəxtlik bəzən yenilikdir.
- 8.Bəzən bir dəstə çiçək.. Qadını xoşbəxt etməyin ən yaxşı yollarından biri də onlara bir dəstə çiçək almaqdır. Qəflətən onlara tərəf uzadılan bir dəstə çiçək onların simasında təbəssüm yarada bilər.
- 9.Hazırladıqları yeməkləri tərifləyirsinizmi? Hər qadın bişirdiyi yemək bəyənilsə də, bəyənilməsə də mütləq “əllərinə sağlıq” cümləsini gözləyir. Qadınların könlünü xoş tutmaqdan heç kimsə heç nə itirməz, elə deyilmi?Xoşbəxt xanımların ortaq xüsusiyyətlərini bir araya gətirdiyimiz zaman «Necə xoşbəxt olmaq olar?» sualına da cavab tapmış olarıq.
- 10.Özünə zaman ayırmaq. Xoşbəxt xanımlar nə olursa olsun, gün ərzində özlərinə zaman ayırırlar. Vaxtları nə qədər az olsa da, özlərinə ayıracaq zamanları vardır.
11. İdmanla məşgul olmaq. Xoşbəxt olmaq istəyən qadınların həyatlarında idman mütləqdir. 30 dəqiqə belə olsa, ya gəzintiyə, ya da fitnesə zaman ayrılmalıdır.
- 12.Yuxu rejiminə riayət etmək. Xoşbəxt xanımların yuxu rejimləri vardır. Yatmaq və oyanmaq saatları bəllidir.
- 13.Xırda şeylərlə xoşbəxt olmağı bacarmaq. Bu qadınların həyatdan yüksək gözləntiləri yoxdur.
- 14.Pozitiv olmaq. Pozitiv enerjiləri ilə hər kəsin qəlbini fəth etməyi bacarırlar.
- 15. Meditasiya ilə məşğul olmaq. Xoşbəxt xanımların əksəriyyəti günə başlamadan öncə 15 dəqiqə meditasiya ilə məşğul olur. Bu yolla da neqativ fikirlərdən uzaqlaşırlar.