Домой Блог Страница 10

Ağıllı olduğunu düşünürsənmi?

1. Ağıllı qadın anlayır ki, həyat kişi olmasa da davam edir. 

Qadın özünün kim olduğunu, onun üçün nəyin vacib olduğunu mükəmməl başa düşür.Ağıllı qadın sevgi naminə həyatını sındırmır. 

2. Qadın öz hisslərini gizlətmir. İstər müsbət, istərsə də qəzəb hissi olsun. 

Kişi qadının hissləri ilə hesablaşmalı və onlara hörmət etməlidir. Müdrik qadın utanmaz və kişiyə nələrisə demək üçün illər boyu fikirləşməz.

3 .Kişinin sosial şəbəkələrdəki hesablarına icazəsiz  girməməlidir.

O qısqanclıq üçün kifayət qədər yetkindir. Qadın anlayır ki,əhəmiyyətli olan, əslində onunla kişi arasında olan real münasibətdir.

4. Yetkin bir qadın həqiqəti gizlətmir

Onun buna ehtiyacı yoxdur, özünü nədənsə qorumağa ehtiyac duymamalıdır. Onun kişi ilə  arasında inamı itirmək riski olmamalıdır .

5. Yoldaşına güvənir

Münasibətləri barədə narahat olmağa ehtiyac yoxdur, onun SMS-lərini oxuyub niyə gec gəldiyini, harada olduğunu soruşmaq zərurəti duymur. Ona inanır və şübhə etmir.

6. Öz üzərində işləmək

Bilir ki, xoşbəxt olmaq üçün öz üzərində işləmək lazımdır və bunu unutmur.

7. Kömək istəyir

Münasibətdə yetkin olan qadın köməyə ehtiyacı olduğunu gizlətməyəcək. O, yoldaşından problemlərin həllinə kömək etməsini xahiş edəcək.

8. Səhvlərini etiraf edir

Ağıllı qadın səhvini gizlətməz, səhv etsə, etiraf etməkdən və səhfini düzəltməkdən qaçmaz.

9. Çətinliklərdən qaçmır

Münasibətlərdə çətinliklər yaranarsa, kişi ilə birlikdə onları aradan qaldırmağa çalışır və əlaqəni kəsmir.

10. Kişisini sevir

Və bunu hiss etdirir. Bir kişi bu cür qadının yanına «uçur». Çünki onların həyatında hər şey açıq və aydındır.

Gündəlik vərdişlər

Gündəlik vərdişlər insanın həyatında mühüm rol oynayır.Onlar həyatımızın rifahına ,sağlamlıq və əhval-ruhiyyəyə təsir göstərir. Sadəcə bir və ya iki pis vərdiş pis nəticələr verə bilər və ya əksinə — bir neçə yaxşı vərdiş həyatımızı yaxşılığa doğru dəyişə bilər. Biz sağlamlıq və yaxşı əhval-ruhiyyə üçün 42 vərdişi mənimsəməyi təklif edirik. 

1. Günə təbəssümlə başlayın. Heç bir şey , təbəssüm qədər yaxşı enerji vermir.

2. Səhər yeməyindən əvvəl bir stəkan su için.

3. Qaçmağa və ya yürüyüşə başlayın.

4. Siqaret və spirtli içkidən imtina edin.

5.Növbəti gün üçün plan qurmağı öyrənin.

6. Hər gün bir neçə təzə meyvə və tərəvəz yeyin.

7. Pozitiv düşünün.    
      
8. Qamətinizi saxlayın, düz gəzin.

9. Səhər gimnastikası edin.

10. Lifti unudun. Yuxarı və aşağı pilləkənla çıxın.

11. Səhər kontrastlı duş qəbul edin — bu, bir fincan güclü qəhvədən daha yaxşı oyanmağa kömək edir.

12. Kifayət qədər yuxu alın. Özünüzü eyni vaxtda yatmağa və qalxmağa öyrəşdirin.

13. Gündəlik açıq havada gəzintilər edin.

gündəlik

14. İldə bir dəfə ümumi tibbi müayinədən keçin.

15. Ağlınıza gələn maraqlı və faydalı fikirləri dərhal yazın.

16. Kifayət qədər təmiz və qazsız su için : gündə ən azı 1,5 litr.

17. Yatmazdan əvvəl otağı havalandırın. Sərin otaqda yatın. 

18. Hər gün otağınızı təmizləmək üçün 15 dəqiqə vaxt ayırın.

19. Özünüzü əzizləyin: alış-veriş, kosmetik prosedurlar , dostlarla vaxt keçirmək  və s . Özünüzə zaman ayırın. 

20. Yatmazdan əvvəl üzünüzü yuyun.

21. Evdə mühasibat proqramı əldə edin. Xərclərinizi nəzarət altına alın.

22. İşdən evə qayıtdıqdan sonra 15 dəqiqəni xoş musiqi ilə dincəlməyə ayırın.

23. Həftədə bir dəfə hamama və ya saunaya baş çəkin.

24.Gündəlik qidalanmağınızı bir daha nəzərdən keçirin. Fast food və digər ağır qidaları rasionunuzdan xaric edin.

gündəlik

25. Punktual olun .

26. İnsanları tərifləyin, mehriban olun.

27. Həftədə 2-3 dəfə 1 saat məşq edin.

28. Beyninizi məşq etdirin : şeir öyrənin, krossvordlar həll edin, şahmat oynayın.

29. Hər gün xarici dildə 10  söz öyrənin.

30. Hər gün ən azı 30 dəqiqə kitab oxumağa vaxt ayırın.

31. Sevdiklərinizə və valideynlərinizə zəng edin, hal-əhval tutun. 

32. Yoqa və nəfəs məşqləri edin.

33. Şəxsi gündəlik tutun və bütün nailiyyətlərinizi və uğurlarınızı yazın.

34. Gözəl və bəlağətli danışın. Söyüş və parazit sözləri leksikondan çıxarın.

35. Gündəlik fermentləşdirilmiş süd məhsulları yeyin: az yağlı kəsmik, qatıq, kefir və s.

36. Kəpəkli undan hazırlanmış çörəyə keçin.

37. Evdə kompüter arxasında 2 saatdan çox oturmayın.

38. Yalnız yüksək keyfiyyətli kosmetikadan istifadə edin.

39. Evdən bütün lazımsız əşyaları atın.

40. Yeni bir şey öyrənin, hər gün maraqlı bir məqalə oxuyun. 

41. Həftəsonunu məhsuldar keçirin: təbiətə çıxın, ekskursiyalara gedin, təbiət mənzərələrindən həzz alın və yeni insanlarla ünsiyyət qurun.

42. Yalnız yaxşı şeylər düşünün. Unutmayın: xəyallar reallıqdan uzaqlaşmaq deyil, ona yaxınlaşmaq üçün vasitədir.

Dəriniz haqqında bilmədiyiniz 10 fakt

Dərinizə qulluq etmək barədə kifayət qədər məlumatlı ola bilərsiniz, amma bu orqan haqqında nələr bilirsiniz? Bu gün bir neçə faktla sizi təəccübləndirəcəyik.


1. Dəri bədəninizdəki ən böyük orqandır

Dərinizin sahəsi 2 kvadrat metrdir, bu da onu ikinci ən böyük orqanınız olan qaraciyərdən əhəmiyyətli dərəcədə böyük edir.


2. 20 yaşında qocalmağa başlayırsınız .

Əgər qocalmağı 40 və ya 50 yaşlarınızla əlaqələndirirsinizsə, sizə pis xəbərimiz var. 25 yaşına çatdıqdan sonra dəridəki kollagen səviyyəsi yavaş-yavaş azalmağa başlaya bilər ki, bu da dərinin sallanması və incə xəttlərin yaranması ilə nəticələnir. Vitamin C kimi antioksidantlar və vaxtında başlanılmış biorevitilizasiya kimi prosedurlar  dərini gənc və sağlam saxlamağa kömək edə bilər.


3. Yanlış pozada yatmaq sizdə qırışlar yarada bilər.

Yuxu bədəninizin bərpasına və yenidən qurulmasına kömək edir. Bununla belə, əgər siz yan üstə və ya qarnınız üstə yatırsınızsa, üzünüzə təzyiq göstərmiş ola bilərsiniz ki, bu da erkən qırışların yaranmasına səbəb ola bilər.

4. Dəri temperaturun tənzimlənməsinə kömək edir.

Dəriniz qan tədarükü ilə temperaturu tənzimləyə bilir. Qan damarlarınız genişləndikdə dəri temperatur itkisinə imkan verir, damarlar daraldıqda isə bunun əksi baş verir.


6. Dərinizdə tünd ləkələr əmələ gələ bilər.

Yeniyetmə və 20 yaşlarınızdan başlayaraq geniş spektrli və yüksək qoruyucu vasitələrdən istifadə etmək son dərəcə vacibdir. Günəş ləkələri dəridə çox gənc yaşlarda görünə bilər və daha çox günəşə məruz qaldıqda isə arta bilər. Dərinizi günəşdən qoruyun. 


7. Hər dəqiqə minlərlə dəri hüceyrəsi itiririk.

Dəqiqədə inanılmaz sayda, 30.000-40.000  hüceyrə ölür və yenidən yaranır,amma müəyyən yaşdan sonra yenidən yarananların sayı azalır.


8. Dərinizin qalınlığı müxtəlif yerlərdə  dəyişə bilir.

Göz qapaqlarınız ən incə dəriyə malikdir, ovuclarınız və ayaqlarınızın altı isə ən qalındır.

dəriniz


9. Dəri növünü dəyişə bilər.

Həyat boyu eyni dəri tipinə sahib olsanız belə, hormonal balanssızlıq, iqlim dəyişikliyi və yaş kimi faktorlar dərinin bir növdən digərinə keçməsinə səbəb ola bilər.


10. Dərinizin necə qocaldığını, sadəcə, genetika müəyyən etmir.

Bir çox insan dərilərinin nə qədər tez qocaldığını  genetikaları ilə əlaqələndirirlər, lakin məlum olur ki, dərinin qocalmasında xarici amillər də böyük rol oynayır. Günəşə məruz qalma, erkən yaşlanma səbəbinin demək olar ki, 90 faizini təşkil edə bilər. Yanlış qulluq , siqaret  kimi zərərli vərdişlər də  dərinizi qocaldan faktorlardandır.

Üzdə qırışlara səbəb olan 7 qida

Üzdə qırışlar — Məlum olub ki, yediyimiz qidalar yağ vəzlərinin fəaliyyətinə təsir göstərə bilir — bəzi qidalar onu normallaşdırmağa kömək edir, digərləri isə əksinə, lazımsız yerə aktivləşdirir. Bu gün biz bu “daxili düşmənlər” haqqında danışacağıq.

Dərinin sağlam olması və üzdə qırışların qarşısını almaq üçün hansı məhsullardan qaçınmaq və ya minimuma endirmək lazımdır?

   Qanda qlükozanın səviyyəsinə təsir edən və xolesterini artıran qidalar var. Bədən də,öz növbəsində,bu maddələrin artmasına cavab olaraq, yaranan toksinlərdən xilas olmağa çalışır, onları xaric edir. Bu yağ vəzlərinin  köməyi ilə də baş verir — yağ vəzləri daha aktiv işləməyə başlayır və nəticədə sızanaqlar görünür. Bu məhsullar hansılardır?

Həddindən artıq yağlı qidalar: kolbasa (əsasən hisə verilmiş), fast food,qızartma, asan karbohidratlar — bütün bunlar qastronomik zövq gətirə bilər, lakin belə bir qidalanma dəri üçün zərərlidir. Həddindən artıq yağlı qidalar iltihabi prosesi artırır və dəri səpgilərinin yaranması üçün ideal şərait yaradır. Təbii ki, ayda bir dəfə «fast food» yesəniz dərinizə zərər verməz. Ancaq bu qidaların müntəzəm istehlakı üzdə qırışlar və sızanaq üçün birbaşa və çox uzun olmayan bir yoldur.

Şirin,qazlı içkilər, şirniyyatlar və tortlar, konservlər və mürəbbələr — bütün bunlar səpgilərə səbəb olur və bağırsaqların fəaliyyətini pozur. Sızanaqlara və üzdə qırışlara səbəb olan patogenlər «şirin» mühitləri çox sevirlər — buna görə də belə qidaların istifadəsini məhdudlaşdırmaq lazımdır.

Süd məhsulları.Bu maddələrin bədənə daimi qəbulu ilə metabolik proseslər pozulur, sebium istehsalı aktivləşir, üzdə qırışlar və dəri səpgilərinin yaranma ehtimalı artır.

üzdə qırışlar

Qəhvə,gözəl canlandırıcı içkidir.Onun ifrat dərəcədə qəbulu, sadəcə,səhər tezdən oyanmağa kömək etmir, həm də sızanaqların yaranmasına şərait yaradır. Qəhvə dənələrinin tərkibində canlandırıcı təsir göstərən,stress hormonu kortizolun səviyyəsini artıran,xüsusi üzvi turşu var, bu eyni zamanda daha çox sebium istehsal etməsi üçün  piy vəzlərini stimullaşdırır … Sonrasını bilirsiniz: yağ vəzlərinin tıxanması, yerli infeksiya və sızanaq.

Qoz,fındıq,badam kimi qidalarda da yağlı qidalar hesab edilir.Bunlar da öz növbəsində piy vəzlərinin faliyyətini sürətləndirə bilir. Bu o deməkdir ki, problemli dəriniz varsa və səpgilərə meyillisinizsə ,həmçinin, Üzdə qırışların qarşısını almaq üçün bu qidaları minimum istifadə etməyiniz daha yaxşıdır.

Ağ un,un məmulatları və makaron.  Çox miqdarda un məmulatları və ya makaron yedikdə, bədən əhəmiyyətli miqdarda insulin istehsal edir bu da sızanaq riskini artıran amillərdən olan qanda qlükozanın  səviyyəsini artırır.

Dəriyə zərərli olan məhsulları nə ilə əvəz etmək olar?

Dərinin sağlamlığı birbaşa bağırsaq sağlamlığı ilə bağlıdır — buna görə də bağırsaqlarınız üçün faydalı olan hər şey birbaşa dərinizə faydalıdır. Bütün taxıllara və kəpək çörəyinə diqqət yetirin — onlar bağırsaqları təmizləyir və florasını tənzimləyirlər.

üzdə qırışlar

Rasiona A, C vitaminlərini və «gənclik vitamini» E ilə zəngin qidaları daxil etmək vacibdir — bunlar tərəvəz,meyvə, balıq və dəniz məhsullarıdır. Vitaminlər dəri üçün çox lazımdır və bu məhsullar onun sağlamlığının qorunmasında aktiv köməkçilərə çevriləcəkdir.

Günlük rasiona bu  qidaları da daxil etmək faydalıdır: ədviyyatlar ; zəncəfi,darçın, paxlalılar (onlar zülallarla zəngindir və minimum yağ ehtiva edir), giləmeyvələr  və s.

Yeməkdən sonra niyə yuxunuz gəlir? 

   Yeməkdən sonra yuxu aparma hissi normal sayılır. Bu, həkimə baş çəkməyi tələb etmir və narahatlıq üçün heç bir səbəb yaratmır. Bu prosesə səbəb olan bir neçə amil var. Bu amillər hansılardır? 
Sinir sisteminin orqanizmdə qida qəbuluna reaksiyası.
    Yeməkdən dərhal sonra baş verən proses bu şəkildədir: qan bütün bədənə yenidən bölüşdürülür.(beyindən həzm orqanlarına axın var)

Hormonal amillərə  təsir edən əsasən karbohidratlı qidalardan ibarət rasiondur. Bir insanın işləmək üçün çox enerjiyə ehtiyacı varsa, o zaman ona  karbohidratlar da daxil olmaqla gücləndirilmiş qidalanma tələb olunacaq. Ancaq sürətli karbohidratların istifadəsi zamanı insan beyninin  fəaliyyəti  azalır. Həddindən artıq  yemək yemək ,maye qəbul etməmək, düzgün fiziki istirahətin, həftəsonlarının, tətillərin olmaması da orqanizmə mənfi təsir edən faktorlardandır.Rahat  yuxunun və istirahətin olmaması da bu amillərdən biridir. Şəkərli diabet, anemiya, qida allergiyası, tiroid xəstəliyi həkimə mürəciəti tələb edən ciddi xəstəliklərdəndir.

Hansı qidaları  qəbul etdiyiniz zaman, sizi oturduğunuz yerdə yuxu aparır?

yemək

Hansı qidalar sizi yuxulu və yorğun hiss etdirə bilər?

Kolbasa və sosis məhsulları 

Bir çox insan səhər yeməyində bu qidaları yeməyə üstünlük verir. Qırmızı ət faydalıdır, bədəni dəmirlə təmin edir. Ancaq çiy ət məhsullarının çoxu kifayət qədər duzlu və yağlıdır. Zülallar yağlarla birlikdə ağır qidaya çevrilir ki, bu da orqanizmdə çətin parçalanır və həzm olunur. Bunun üçün çoxlu enerji sərf olunur, ona görə də insan özünü yorğun hiss edir. 
Yerfıstığı. Düzgün bəslənməyə riayət edən insanlar yerfıstığını sağlam qəlyanaltı hesab edərlər.Tərkibində olan maqnezium və B6 vitamininin bolluğu rahatlıq hissi yaradır, yatmaq istəyini artırır.

Qəhvə və qəhvəli içkilər

Bu xüsusilə şirin qəhvə qəbul etməyi və onlara krem ​​və şərbət əlavə etməyi sevən insanlar üçün keçərlidir. Onlar insana sürətli xoşbəxtlik hissi bəxş edir,amma bu tezliklə yerini narahatlığa buraxır. 
Quru gavalı. Qurudulmuş meyvələr bir çox insanın sevimli qəlyanaltısıdır. Gavalı bədəndə melatonin istehsalını tezləşdirir. Bu yuxunu tənzimləyən hormondur. Ciddi işlər, tədbirlər və ya hesabatların hazırlanmasını planlayırsınızsa qara gavalı ilə qəlyanaltı etməkdən çəkinmək lazımdır.

yemək

Makaron yemək 

Makaron bədəndə qlükoza səviyyəsinin kəskin artmasına səbəb olur. Bura buğda unundan hazırlanmış çörək məhsulları yemək də daxildir.
Şirələr. Onların tərkibində melatonini istehsal edən triptofan var. Albalı gecə yeyilməlidir, o zaman sağlam yuxu ilə təmin olunacaqsız.Yeri gəlmişkən, mağazada satılan hazır şirələr çox vaxt əlavə şəkərlə yüklənir, ona görə də onlardan qaçınmaq daha yaxşıdır.

MƏQALƏLƏR

«Qadınları necə xoşbəxt etmək olar» sualına dəqiq cavab tapılmayıb

29.04.2023

Qadınlar

Dünyada bu mövzuda bir çox araşdırmalar aparılıb. Lakin hələ də «qadınları necə xoşbəxt etmək olar» sualına dəqiq cavab tapılmayıb. Hətta qadınların çoxu onu nəyin xoşbəxt edəcəyini belə bilmir. Türkiyəli qadın xəstəlikləri və doğum mütəxəssisi Esra Demir qadınların necə xoşbəxt olacağı barədə maraqlı araşdırma aparıb.Duyğularını bəzən gizlədən, bəzən də göstərməkdən çəkinməyən xanımları xoşbəxt etmək təsəvvür etdiyimiz qədər çətin deyil. Qadınların ən xoşbəxt olduğu anın «brilliant üzüyü” barmağına taxdığı gün olduğunu düşünürsünüzs, yanılırsınız. Əslində onları cəsarətləndirmək üçün sərvətə ya da son dəqiqə alınan hədiyyələrə ehtiyac yoxdur. «Kədərli» olduqları anda belə qadınları sevindirən 9 şey:

  1. 1.Əslində tək ehtiyacları başlarını qoya biləcəkləri çiyindir!
  1. 2.Sevdiyi bir insanın müvəffəqiyyətini görmək qadını hədsiz sevindirir. Yadınıza salın, ibtidai sinifdə yazını ananıza göstərdiyiniz zaman o necə sevinirdi?
  1. 3.Sən arıqlamısan? Bu sehirli cümlə ürəkdən və qəflətən deyildiyi zaman qarşısındakı qadının xoşbəxt olması qaçınılmazdır. Bir qadını xoşbəxt etmək, bax, bu qədər asandır.
  1. 4.İlk «Ana» kəlməsi. Körpəsindən eşidəcəyi o ilk «ana» kəlməsi qadını xoşbəxt etmək üçün kifayətdir.
  1. 5.Xüsusi günləri unutmamaq! Bir qadının xoşbəxt olması üçün xüsusi günləri unutmamalıyıq. Bu zaman kişilər, diqətli olmalıdır. Əgər tarixləri yadda saxlamaqla bağlı probleminiz varsa, bu zaman xüsusi təqvimlərdən istifadə etməlisiniz.
  1. 6.Sadəcə rahatlıq! Qadın həm də anadır, bunu unutmayaq. O ailəsini rahat və birlikdə gördüyü an xoşbəxt olur.
  1. 7.Alış-veriş etmək. Bir çox qadının özünü rahat hiss etdiyi yerlərdən biri, təbii ki, «Şopinq» — dir. Onlar üçün xoşbəxtlik bəzən yenilikdir.
  1. 8.Bəzən bir dəstə çiçək.. Qadını xoşbəxt etməyin ən yaxşı yollarından biri də onlara bir dəstə çiçək almaqdır. Qəflətən onlara tərəf uzadılan bir dəstə çiçək onların simasında təbəssüm yarada bilər.
  1. 9.Hazırladıqları yeməkləri tərifləyirsinizmi? Hər qadın bişirdiyi yemək bəyənilsə də, bəyənilməsə də mütləq “əllərinə sağlıq” cümləsini gözləyir. Qadınların könlünü xoş tutmaqdan heç kimsə heç nə itirməz, elə deyilmi?Xoşbəxt xanımların ortaq xüsusiyyətlərini bir araya gətirdiyimiz zaman «Necə xoşbəxt olmaq olar?» sualına da cavab tapmış olarıq.
  1. 10.Özünə zaman ayırmaq. Xoşbəxt xanımlar nə olursa olsun, gün ərzində özlərinə zaman ayırırlar. Vaxtları nə qədər az olsa da, özlərinə ayıracaq zamanları vardır.

  2. 11. İdmanla məşgul olmaq. Xoşbəxt olmaq istəyən qadınların həyatlarında idman mütləqdir. 30 dəqiqə belə olsa, ya gəzintiyə, ya da fitnesə zaman ayrılmalıdır.
  1. 12.Yuxu rejiminə riayət etmək. Xoşbəxt xanımların yuxu rejimləri vardır. Yatmaq və oyanmaq saatları bəllidir.
  1. 13.Xırda şeylərlə xoşbəxt olmağı bacarmaq. Bu qadınların həyatdan yüksək gözləntiləri yoxdur.
  1. 14.Pozitiv olmaq. Pozitiv enerjiləri ilə hər kəsin qəlbini fəth etməyi bacarırlar.
  1. 15. Meditasiya ilə məşğul olmaq. Xoşbəxt xanımların əksəriyyəti günə başlamadan öncə 15 dəqiqə meditasiya ilə məşğul olur. Bu yolla da neqativ fikirlərdən uzaqlaşırlar.



İdmanın insan orqanizminə olan təsiri

  İnsan orqanizminə idmanın təsiri

  İdmanın insan orqanizminə olan təsirlərinin ancaq müsbət yöndə olduğu aşkarlanmışdır.
İdman ümumiyyətlə fiziki atletizm və ya fiziki çevikliyə əsaslanan fəaliyyət sistemi olaraq qəbul edilir. İdmanla məşğul olmağın insan orqanizminə bir çox faydaları vardır. Məsələn: İdman insanın əhval-ruhiyyəsini yüksəldir. Belə ki, idmanla məşğul olduqdan sonra insan özünü əvvəlkindən daha yaxşı hiss edir.

İdman narahatlığı və gərginliyi aradan qaldırır. Vaxtaşırı idmanla məşğul olmaq ürəyi gücləndirir, yüksək qan təzyiqini və qanda xolesterinin miqdarını nizamlayır ki, bu da bir çox xroniki xəstəliyin qarşısını alır. Müntəzəm idmanla məşğul olan zaman insan kalori itirir, bu da artıq çəkilərdən xilas olmağa kömək edir, ürəyin və ağciyərin funksiyasını gücləndirir, vücudu oksigenlə tam təmin edir və damarlardakı qan dövranını artırır. Beyin damarlarının açılmasına, beyində serotonin və melotonin hormonlarının aktivləşməsinə kömək edir.

   Bədən tərbiyəsi və idmanın inkişafı da uzaq keçmişdən başlanır. Cəmiyyətin inkişafına əsaslı təsir göstərən bir sıra kəşflər məhz daş dövründə olmuşdur. Bu kəşflər sırasında ox və yayın ixtira edilməsi buna əyani sübutdur.

   1900-cu illərdən Bakıda gimnastika, üzgüçülük, atletika, ağır atletika, futbol idman növləri inkişaf etmişdir. İdman bütün mədəniyyətlərdə universal bir vasitə hesab edilir. Statistik rəqəmlər göstərir ki, 15 ilə 24 yaş arasında olan gənclərin 61%-i Aİ-dəki idman fəaliyyətlərində mütəmadi iştirak edirlər.Mədəniyyət və idman insan hüquqlarıdır və digər insan hüquqları ilə əlaqəlidirlər.

İdman, insan orqanizminin, fiziki sağlamlığın və zehnin inkişafının təkmilləşdirilməsi, bütün səviyyələrdə sosial münasibətlərin formalaşdırılması və ya rəqabət əsasında nəticələrin əldə edilməsi məqsədi ilə təsadüfi və ya planlaşdırılmış iştirak vasitəsilə, fiziki fəaliyyətin bütün formaları anlamına gəlir. Fiziki gücdən daha çox zehni işlədən şahmat kimi digər fəaliyyətlər də idman hesab edilir. Bütün zövqlərə və insanın təbiətinə uyğun idman növləri vardır və bu həyatımızın hər hansı bir anında bizim şəxsiyyətimizlə və mədəniyyətimizlə olduqca yaxından bağlılığı ola bilər.

Əgər biz idmanın və oyunların (bura kiçik uşaqların oyunu da daxildir) əsas məqsəd və dəyərlərindən daha dərininə nəzər yetirsək, aydın olur ki, bütün idman növləri istər futbol, istərsə də nizə atma və ya yoqa ilə məşğul olma zəruri həyat bacarıqlarının öyrədilməsi vasitəsi kimi inkişaf etmişdir. Buna görə də idman, həm rəsmi, həm də qeyri-rəsmi olaraq təhsil proqramının mühüm bir hissəsi kimi qəbul edilir. İdmanın növləri aşağıdakı kimi təsnifləndirilir:

Basketbol, Tennis, Boks, Kikboksinq, Döyüş sənəti, Futbol, Həndbol, Amerikan futbolu, Güləş, Cüdo, Voleybol, Şahmat, Taekvondo, Alpinizm, Ağırlıqqaldırma, Velosiped yarışları, Karate, Qolf, Üzgüçülük, Avarçəkmə, Ovçuluq, Oxatma, Badminton, Gimnastika, Qılıncoynatma.
  

  İdman növləri

İnsan orqanizminə və yaşa uyğun seçilməlidir. İdman hər bir insan üçün vacibdir, xüsusilə də, uşaqlar üçün. Çünki idman uşaqların normal böyüməsində, inkişaf etməsində, orqanizmdə xəstəliklərə qarşı müqavimətin artmasında mühüm rola malikdir.
   

   İdmanla məşğul olan uşaqlar ildə iki dəfə sümüklərin düzgün inkişafı və boy artımına görə müayinə olunmalıdırlar. Əksəriyyətimiz müxtəlif səbəblər üzündən az hərəkətli həyat tərzi keçirir və buna bəraət qazandırmaq üçün, bir sıra bəhanələr axtarırıq.

Biz təmbəlliyimizi işimizin ağırlığı, maddi problemlər, vaxt qıtlığı, stresslər, hava şəraitinin pis olması kimi bəhanələrlə izah etməyə və məsuliyyətdən yayınmağa çalışırıq. İnsan dünyaya göz açır, böyüyür, inkişaf edir və güclənir. İyirmi yaşa çatdıqdan sonra insan funksional inkişafının ən yüksək səviyyəsinə çatır və bundan sonra əqli, eləcə də fiziki inkişafında tədricən geriləmə ilə üz-üzə qalır. Yetmiş yaşdan sonra bu zəifləmənin sürəti də artır. Bu, təbii və obyektiv qocalmadır.

Uzun müddət aparılan tətqiqatlar sübut etmişdir ki, fiziki fəallığı yüksək olan şəxslərdə iyirmi yaşdan sonra baş verən qocalma prosesi daha yavaş gedir. Bu tətqiqatlar bir faktı da sübut etmişdir ki, fiziki məşqlər edən 65 yaşlı insanın iş qabiliyyəti 35 yaşında olan və azhərəkətli həyat tərzi keçirən insanın iş qabiliyyətindən çox-çox yüksəkdir. Fiziki ehtiyatlarımızın tükənməsinə şərait yaradan ən önəmli amil müasir həyat tərzidir. Təsadüfi deyil ki, bəzi xəstələrə cərrahi əməliyyatdan əvvəl xüsusi idman hərəkətləri etmək məsləhət görülür. Hər bir insan bir səbəb tapıb idmanla məşğul olmağa başlamalıdır. Yadda saxlayaq ki, bu, heç vaxt heç kəs üçün gec deyil.

Əsrimizin gözəllik anlayışı.

29.04.2023

“Gözəllik”

  estetikanın ən ümumi, ən geniş əhatəli kateqoriyası, estetik qiymətləndirmənin ən mühüm amilidir.O, istisnasız olaraq bütün həyat və kainat təzahürlərini, təbiət və cəmiyyət hadisələrini, əmək, ictimai münasibət və incəsənət sahələrini əhatə edir. Qloballaşma insanların həyat tərzinə, hər şeydən çox qadınlara əhəmiyyətli dərəcədə təsir göstərib.

Bəs qadınlar illər əvvəl necə görünürdü?

Qadın gözəlliyinin simvolu Merlin Monronun da plastik əməliyyat keçirdiyini söyləyirlər.  İndi isə plastik cərrahiyyə adi haldır.  Kosmetik əməliyyatlar daha çox qadınlara və kişilərə əlçatan olub.  Üstəlik bu sahədəki mütəxəssislərin sayı ildən-ilə artmaqda davam edir. Bu gün mütəxəssislər lazımi alətlərə, avadanlıqlara və texnologiyalara sahibdirlər, sual yaranır, keçən əsrin əvvəllərində belə əməliyyatlar olubmu?  

gözəllik

İyirminci əsrdə plastik cərrahiyyə estetiklikdən daha çox, yenidənqurma xarakteri daşıyırdı. Buna görə də bu sahə müharibələr dövründə özünü kəskin şəkildə «elan etdi».  20-ci əsrin əvvəllərində insanlar müharibə nəticəsində şikəst qalırdılar: yanıqları, qırıqları, yara izləri olurdu. Həmin illərdə V.P.  Filatov dərinin qeyri-sərbəst plastika üsulunu kəşf etdi və bu üsul  bu günə qədər  ən yaxşılardan biri hesab olunur.

   O dövrün qadınları, məşhurları seyr edərək, iti və dolğun almacıq sümüklərinə sahib olmaq istəyirdilər.  Qadınlar üçün gözəllik standartı o zaman yanaqları biraz batmış və almacıq  sümükləri qabarıq olan aktrisa Qreta Qarbo idi. Görkəmli almacıq sümükləri zəngin və nəcib xanımların əlaməti sayılırdı və kosmetik manipulyasiyaların özü də «varlılar  üçün oyuncaq» idi.  


gözəllik

Buna baxmayaraq, onlar üçün bir həll yolu tapıldı.  Necə? Bu, çox «asan» idi, diş cərrahları yanaqların «geri çəkilmiş» formasını əldə etmək və tamamilə fərqli görünüş qazanmaq üçün qızların arxadakı dişlərini çıxarırdılar.Əsrin gözəlləri dedikdə, əlbəttdə ilk öncə ağla Sophia Loren,Monica Belluci,Marilyn Monroe ,Angelina Jolie və ,Audrey Hepburn və s. misal göstərmək olar.Bu məşurlar öz dövrlərinin iconu sayılırdılar.

Onlar öz gözəllikləri,bədən quruluşları ilə hər kəsi özlərinə heyran qoymuşlar. Onlar öz dövrlərində olduğu kimi hal-hazırkı dövrdə də icon sayılırlar.Onlar oynadıqları filmlərlə məşurlaşmış və hər kəsin nəzərini öz üzərlərinə cəlb etməyi  bacarmışlar.

Dəb anlamını verən Moda sözü

Dəb anlamını verən Moda sözü

Dəb anlamını verən Moda sözü – həyatın və ya mədəniyyətin müəyyən sahəsində qəbul olunmuş tərzin müvəqqəti hökmranlığıdır.  Dəb anlayışı həmçinin cari dövrdə insanların bədən quruluşuna da şamil edilir. Məsələn, qədimdə dolu bədən formaları daha gözəl hesab olunurdu, XXI əsrin əvvəllərində isə incə bədənli insanlar gözəl sayılmağa başladı. Modanın tarixçəsi minlərlə il öncəyə qədər gedib çıxır. Çinlilərin ayaqlarını kiçiltmək üçün əziyyətə dözmələri, Babilli və Assuriyalı kişilərin kobud və saçaqlı geyimlər geyinmələri belə o dövrlərə görə modanın əlamətləridir.

Moda tarixi

Müasir dünyada dəbi izləyən xüsusi ixtisaslaşmış jurnallar da mövcuddur. Paris, Milan, Nyu-York və London qəbul edilmiş dəb şəhərləri sayılır. Bu şəhərlərdə dünya dəbinə ciddi təsir göstərən ən böyük dəb şirkətlərinin ofisləri yerləşir. Burada dəb həftələri adları çəkilən şəhərlərdə keçirilir,məşhur dizaynerlər öz yeni dəb kolleksiyalarını tamaşaçi auditoriyalarına nümayiş etdirirlər. Koko Şanel və İv Sen Loran kimi tanınmış dizaynerlərin uğurları Parisi, hələ də dəbin mərkəzi statusuna layiq görməyə imkan verir. Dəb sənayesi müasir dövrün məhsuludur.Baxmayaraq ki, dəb sənayesi ilk olaraq Avropa və Amerikada inkişaf etmişdi, bu gün artıq o yüksək şəkildə qloballaşmış beynəlxalq sənayedir. Bunu onunla izah etmək olar ki, artiq bu gün hər hansı bir geyim növü bir ölkədə dizayn edilir, başqa bir ölkədə istehsal olunur və dünya miqyasında satışa çıxarılır. Dəb anlayışı, hər kəs üçün fərqlidir. Kimin üçünsə dəb, sadəcə maraqdır, kimisi üçünsə zərurətdir, kimlər üçün bu sadəcə işdir, bəziləri üçünsə bunun heç bir önəmi yoxdur.

Müsbət düşüncə bizə sağlamlıq və xoşbəxtlik gətirəcək

Müsbət düşüncə bizə sağlamlıq və xoşbəxtlik gətirəcək, müsbət enerjini işə salacaq və psixosomatik xəstəliklər qrupuna daxil olan sinir gərginliyi, miqren tipli baş ağrıları, spastik kolon kimi funksional bağırsaq xəstəlikləri, mədə və onikibarmaq bağırsaq xoraları, qastrit kimi bir çox xəstəliklərə qalib gəlmə şansımız yüksək olacaq.

Müasir dövrün narazılıq kimi psixoloji pozulmalarında düşüncə sistemimizin böyük rolu var. Düşüncə sisteminin inkişafında körpəlik və erkən uşaqlıq təcrübələrinin böyük əhəmiyyəti ilə yanaşı, minlərlə illik təlimlərin günümüzə köçürülməsi də var. İnsanın malik olduğu mentalitetlə (burada dünənin təsirləri böyükdür) bugünkü problemləri həll etmək çox çətindir. Eynşteyn bunu yaxşı ifadə edir: “Problemi yaradan beyinlə problemi həll etmək mümkün deyil”. Yeni düşüncə sisteminin qurulması psixoterapiya ilə baş verir. Əvvəlki addım kimi pozitiv düşünməyi öyrənərək, düşünmə sisteminizi problem yaratmaqdansa, alternativ həllər istehsal edən bir baxış nöqtəsinə gətirə bilərsiniz. Pozitiv həyat üçün aşağıdakıları həyata keçirə bilərsiniz:

Müsbət düşüncəni formalaşdırmağın yolları

1. Özünüzü tənqid etməyi bilin

Yaxşı və pis tərəflərinizi görməyə çalışın. Yaxşı tərəflərinizi daha da inkişaf etdirərkən çatışmazlıqlarınızı və ya pis tərəflərinizi dəstəkləyin. Olmadığınıza inanmaqdansa, nə olduğunuzu bilin, olmaq istədiyiniz şey üçün səy göstərin.

2. Sevgi ilə baxın

Hər kəsin və hər şeyin yaxşı tərəfinə diqqət yetirin və yaxşı tərəfini
görməyə çalışın.

3. İttihamedici fikirləri bağışlayan düşüncələrlə əvəz edin, bağışlamağa hazır olun və
bağışlayın. Kinlərinizi buraxın, sevgini qəbul edin və keçmiş problemləri unudun. Kimisə
cəzalandırmaq ehtiyacından qurtulun.

4. Həqiqətdən qaçmayın

Gerçəkliyə məhəl qoymamaq müvəqqəti rahatlıq versə də,
reallığı qəbul edib onunla yaşamaq, reallığa batmaq əvəzinə ona hakim olmaq lazımdır.

5. Heç kim mükəmməl deyil

Ətrafınızdakıları olduğu kimi, qüsurları və məziyyətləri ilə
qəbul edin və mükəmməl olmaq ehtiyacını buraxın. Təbii ki, mənfi vərdişlərinizi
dəyişməyə çalışın, amma onlara nifrətlə deyil, sevgi ilə baxın.Mən mənəm, sən isə
sənsən fikrini qəbul edin. Hamı eyni olmayacaq, önəmli olan fərqlərin harmoniyasını qurmaqdır.

6. Özünüzü sevin

Bu, təkəbbürlü, lovğa və ya digər insanlardan üstün olmaq demək
deyil. Yaxşı və pis, doğru və yanlış tərəflərinizlə, sonsuz məkanda bənzərsiz bir varlıq
olaraq sevmək, əslində özünüzü sevməkdir. Özünü qəbul edib sevəndə hər şeyi
sevirsən, hər şeyə sevgi ilə yanaşırsan.

7. Heç kimə yuxarıdan aşağı baxıb özünüzün daha dəyərli və üstün olduğunuzu
düşünməyin

Mən səndən daha yaxşıyam fikri, maskanın altında əslində özünə nifrət və
alçaqlıq hisslərinin göstəricisidir. Əgər özünüzü kimdən isə üstün hiss edirsinizsə,
şübhəsiz ki, birinin altında olduğunuzu düşünən şüursuz bir fikir var. Müsbət düşüncə,
üstün və ya aşağılıq göstərmədən özünə və ya başqalarına xüsusi bir insan kimi
baxmağı bacarır.

8. Özünüzə və qabiliyyətlərinizə güvənin, daim özünüzü qorumaq və ya müdafiə
etməklə yaşamağı dayandırın

Qeyri-mümkün fikrindən qurtulun, bacardığınızı maksimum dərəcədə etməyə çalışın. Etmək istəyiniz itirilmədikcə, heç nə mümkün deyil.

9. Gücünü bil, qüdrətini əlinə al

Hər kəs həyatı yaxşılaşdırmaq üçün zehni gücə malikdir. Bir çox insanlar bu gücdən istifadə edə bilmirlər, çünki özlərinə qəzəblənirlər və ya özlərini taleyin qurbanı kimi görürlər. Ağıl gücünü görən, ondan şüurlu şəkildə istifadə edən və bu gücü inkar etməyən hər kəsin həyatını dəyişmək imkanı var.

10. Gözəlliyi böyük, bahalı, dəbdəbəli şeylərdə axtarmayın

Gözəllik hər yerdə, təbiətdə var. Siz də təbiətin bir parçasısınız. Əgər özünüzə və təbiətə sevgi ilə yanaşsanız, hər zaman sizə xoşbəxtlik və enerji bəxş edəcək, sizi ruhlandıracaq, sağaldacaq şeylər tapa bilərsiniz.

11. İnsanların qabiliyyətlərinə hörmət edin, ön mühakimələrinizdən qurtularaq onlara dəstək olun. Bu sizə bir üstünlük kimi qayıdacaq.

12. Tənqid eşidərkən gizli məqsədlər axtarmayın. Konstruktiv və sağlam tənqidi nəzərə
almaq və ondan faydalanmaq sizi irəli aparacaq.

13. Heç kim arxasınca danışılmasını sevmir. Qeybətdən çəkinmək və hisslərinizi birbaşa ifadə etmək münasibətlərinizi rahatlaşdıracaq.

14. Yatmadan əvvəl sizi rahatlaşdıracaq şeylər edərək özünüzü yuxuya hazırlamaq, sağlam yuxular görmənizi təmin edəcək və zehniniz təmizlənəcək. Televizor qarşısında yatmaq, yatmazdan əvvəl fəlakət xəbərlərini dinləmək və s. şüurunuza çoxlu mənfi emosiyalar yükləyə bilər.

15. Fiziki sağlamlığınızı qiymətləndirin

16. Biz tez-tez vaxtın daraldığını, vaxtın az olduğunu düşünür və ağlayırıq. Əslində, həyat hər şeyi doğru zamanda və tam olaraq lazım olan yerdə verir. Buna inanmaq yetkin səbir və inteqrasiya tələb edir. Səbirsiz olmaq prosesi sürətləndirəcək və daha çox vaxt itirməyinizə səbəb olacaq.

17. Yaxşı dinləyici olun, səbirlə dinləməklə qarşıdakı insanı anlamağa çalışın.

müsbət-düşüncə

18. Problem olan yerdə həlli də var

Həllin varlığına inanın, çevik şəkildə fərqli həll yollarına müraciət etdiyiniz zaman müvəffəqiyyətli olmaq qaçınılmazdır. Müsbət düşüncə faktorları arasında ən əsas faktorlardan biridir.

19. Boş vaxtınızı hədər keçirməyin

Boş vaxtlarınızı konstruktiv və yaradıcı işlərə yönəldərək istifadə etmək, özünüzü dərk etmək yolunda böyük bir dönüş təmin edəcək.

20. Gündə ən azı bir dəfə, qısa müddətə də olsa, sakitcə özünüzü dinləyin. Bu, dincəlmə, daxili dinclik tapmağa və içinizdəki müdrikliyi görməyi asanlaşdırmağa imkan
verəcək.

21. Yaşadığınız anın qədrini bilin, onu yaxşısı və pisi ilə qəbul edin.

Bu gün baş verən pis şeylər gələcəkdə yaxşı şeylərin açarı ola bilər. Həyatın hər rəngini və təcrübələrimizi görmək, hər vəziyyətdə onları sevmək, həyata bir dəfə gəldiyimizi unutmamaq bizi həmişə müsbətə aparacaq. Müsbət düşüncə faktorları arasında ən əsas təməllərdən biridir.

22. Qaçırılan fürsətlərdən daim narahat olmaq sizə heç bir xeyir verməyəcək. Həyatda hər zaman ikinci şans vardır. Əsas odur ki, o vaxtı səbirlə gözləyəsiniz və bəxtinizdən inciməyəsəniz.

müsbət düşüncə

23. Ən yaxşı hərəkət düzlükdür

Özünüzə və başqalarına qarşı dürüst olmaq, özünüzə qarşı dürüst olmağın əsasını təşkil edir. Müsbət düşüncə sizi daimi şəkildə düz yola aparmağa kömək edəcəkdir

24. Heç kim həmişə düz ola bilməz

Bəzən səhv edə biləcəyimizi qəbul etməli və səhvlərimizdən dərs almalıyıq. Səhvi etiraf etmək böyüklükdür. Müsbət düşüncə faktorları arasında ən əsas addımlardan biridir.

25. Emosiyalarınızı boğmayın, təbii olun

Açıq ifadə olunan hisslər psixi sağlamlığın göstəricisidir və dürüstlüyünüzün əlamətidir. Bu o demək deyil ki, emosiyalarınız sizi idarə edir. Özünüzü ifadə edin, ancaq, düşüncələriniz hərəkətlərinizə rəhbərlik etsin, emosiyalarınız yox.

26. Yadda saxlayın ki, tale təsadüf deyil, seçim məsələsidir. Çətinliklərin üzərindən keçin, öz bəxtinizi yaradın və qalib gəlin.

27. Özünüzə güvənin, buna görə də düşüncə və hərəkətdə müstəqil olun. Özünə güvənən insanlar başqalarına da etibar edə bilərlər. Heç kimə güvənmədiyiniz həyat çətindir.

28. Bəhanələrə sığınma

Fikirləriniz və hərəkətləriniz üçün məsuliyyət daşımaq fəzilətdir. Müsbət düşüncə amilləri arasında mənfi düşüncələrə meyil edən əsas səbəblərdən biridir

29. Şərtsiz sevin, ehtiyacı olanlara kömək etməkdən məmnunluq və xoşbəxtlik duyun.

30. Unutmayın ki, hər sahədə sizdən daha yaxşıları ola bilər, inkişaf və dəyişikliklər davamlıdır. Özünüzü təkmilləşdirərkən başqalarının inkişafına dəstək olmaq və onlara yol açmaq müdriklikdir. Müsbət düşüncənin təməl addımlarından biridir.

31. Konstruktiv və sadə dildən istifadə, dinlənilməyə və daha yaxşı başa düşülməyə kömək edəcək. Müsbət düşünün və müsbət danışın. Müsbət düşüncə sizi xilas etsin.

32. Öyrənməyin sonu və yaşı yoxdur

İnkişaf etmək və öyrənmək istəyi sizi uğurlu və xoşbəxt edəcək. Müsəbt düşüncə ilə siz həm özünüzün, həmdə ki ətrafınızdakı insanların həyatını dəyişə bilərsiniz. Müsbət düşüncənin sizə necə faydalı olacağını isə zamanla görəcəksiniz.