Домой Блог Страница 11

Özünə inam

29.04.2023

Özünə inam məqsədə çatmaq və həyatda uğur qazanmaq üçün vacib xüsusiyyətlərdən biridir.

Məlumdur ki, insan uğur qazandıqca özünü daha yaxşı hiss etməyə başlayır, özünə inamı artır, uğursuzluq yaşayanda isə bunun tam əksi baş verir. Bu proseslər bir-biri ilə qarşılıqlı əlaqəlidir. Bir şəxsin ozünə inanması üçün həyatda  uğuru, sosial status, pul kimi amillərdənsə, onun özünün öz hərəkətlərinə, nailiyyətlərinə verdiyi subyektiv müsbət qiymət və əhəmiyyətli hesab etdiyi insanların kənardan verdiyi qiymət daha mühüm əhəmiyyətə malikdir. Özünə inam mövzusu ilə ciddi məşğul olan ilk şəxs Amerikadakı həkim Andre Salter idi. O, sağlam, özünəinamlı Şəxsiyyətin xarakteristikasını vurğulayıb və təsvir edib.

özünə inam

Salterin gözündən özünə inam:

Nitqin emosionallığı

Salter hər şeydən öncə insanın hamıya açıq olmasının əhəmiyyətini qeyd edirdi. Özunǝinam hissi güclü olan insan fikirlərini, hisslərini gizlətmədən, açıq, dürüst şəkildə bəyan edir. O, həm müsbət, həm də mənfi hisslərinin təzahürlərini gizlətməyə və ya yumşaltmağa çalışmır.

Davranışın və nitqin ekspressivliyi

Verbal və qeyri-verbal vasitələrin arasında uyğunluq olmalıdır. Bir şəxs hisslərini və düşüncələrini müvafiq qeyri-verbal vasitələrlə dəstəkləməlidir.Başqalarına baxmadan öz fikirlərini birbaşa və açıqca ifadə etmək insanın özünə inamlı olduğunun göstəricisidir. Onlar «Mən» əvəzliyindən qorxmurlar. Qeyri-müəyyən ifadələr istifadə etmirlər və öz fikirlərini aydın şəkildə cəmiyyətə çatdırırlar.

Öz bacarığlarını və şəxsi keyfiyyətlərini aşağılamaq onlara xas davranış deyil. Digər insanlardan gələn tərifləri isə sakit və adekvat davranışla qəbul edirlər.

İmprovizasiya qabiliyyəti

Özünə inamın gücləndirilməsi öz işində zirvələrə çatmaq istəyən hər bir şəxs üçün birinci dərəcəli məqsəd olmalıdır. Özünə inam niyə bu qədər vacibdir? Çünki o sizə cəsarət, özünə hörmət və təşəbbüskarlıq bəxş edir. Özünüzə inandıqda riskə getməkdən və yeni şeylər sınamaqdan qorxmamalısınız. Özünə inam xoşbəxt və uğurlu bir həyat üçün vacibdir və bir çox insanın digər insanlarda gördüyü zaman təqdir etdiyi bir xüsusiyyətdir.

Özünüzə inandıqda insanların sizin haqqınızda düşündüklərinin və söylədiklərinin heç bir əhəmiyyəti olmur. Bu da daha dinc bir həyat üçün şərait yaradır. Bir çox insan bu xüsusiyyətə anadangəlmə sahib olur. Ancaq siz bu xüsusiyyəti həmişə şüurlu şəkildə formalaşdıra bilərsiniz. Həyatınızda baş verən bəzi hadisələr onu itirməyinizə səbəb olsa da, düşüncə tərzini və həyata baxışınızı dəyişərək özünə inamı yenidən qaytara bilərsiniz.

Özünə inamı necə yaratmaq olar?

Bunun üçün aşağıdakı qısa yolları istifadə edə bilərsiniz:

  1. Həyatınızda qabağa düşün. Əksər hallarda müvəffəqiyyətsizlik və bədbəxtliklər yaşasanız belə, bu siyahıda mütləq bir neçə uğur da olmalıdır. Bunların böyük uğurlar olması vacib deyil,məktəbdə və ya universitetdə yüksək nəticələr qazanmaq, işdə vəzifənizin yüksəlməsi, qonşularınızla yaxşı münasibətdə olmaq, sürücülük vəsiqəsi almaq və yaxud üzməyi öyrənmək kimi olduqca sadə şeylər ola bilər.Bunları düşünmək həyatınızda təkcə uğursuzluqların deyil, uğurlu təcrübələrin də olduğunu anlamağınıza səbəb olacaq. Bu isə özünüz və həyatınız haqqında daha çox düşünməyinizə kömək edəcək və özünüzə inamı artıracaq.
  1. Edə bilmədikləriniz və bacarmadıqlarınıza deyil, bacardıqlarınıza və uğurlarınıza fokuslanın. Zehninizi niyə uğursuzluq ssenariləri ilə doldurursunuz? Uğursuzluq haqqında düşünməyə davam etsəniz, onu cəzb edəcəksiniz, bu isə özünüzə inamınızı itirməyə səbəb olacaq. Zehninizdəki neqativ məzmunlu filmi dəyişdirin və özünüzü həqiqətən olmaq istədiyiniz yerdə, arzuladığınız həyatı yaşayarkən təsəvvür edin. Müsbət düşüncələrlə hərəkət etsəniz, uğur qazanacaqsınız.
  1. Uğurlarınızın siyahısını hazırlayın:

Özünüzə inamınızı artırmaq üçün bir addım da atın uğurlarınızın siyahısını hazırlayın və tez-tez bu siyahıya nəzər salın. Heç uğur qazanmadığınızı düşünürsünüzsə, yanılırsınız. Ola bilər ki, heç də böyük uğurlar qazanmamısınız, ancaq mütləq ki, bəzi uğurlar vardır. Hətta yaxşı keks bişirmək, həyat yoldaşınız və ya uşaqlarınızla yaxşı münasibətdə olmaq, demək olar ki, hər gün açıq havada gəzmək belə bir uğurdur.

özünə inam

  1. Bacarıq və qabiliyyətləriniz haqqında düşünün:

Hər gün bacarıq və qabiliyyətləriniz haqqında düşünmək üçün vaxt ayırın və onları inkişaf və istifadə etməyin yollarını tapmağa çalışın. Heç bir qabiliyyət və bacarığınız olmadığını söyləməyin. Hər kəsin ən azı bir qabiliyyəti var. Sizə onları tapmaq qalır.

  1. İradənizi gücləndirin:

Özünə inam əskikliyi iradəsizliklə birlikdə çıxış edir. Zehninizi gücləndirdikdə özünüzə inamınız da artacaq. Güclü iradə daha çox təşəbbüskarlıq, daha çox özünə hörmət və özünə inam deməkdir.

  1. Kiçik və sadə hədəflər təyin edin:

Çata biləcəyiniz kiçik, sadə hədəflər təyin edin və onlara çatmaq üçün hərəkətə keçin. Bu inamınızı artıracaq. Dolabınızı təmizləmək və nizamlamaq, dostlarınızı evinizə dəvət etmək, üzməyi öyrənməyə başlamaq və yaxud bir günlük tətil etmək və əylənmək kimi,həqiqətən, kiçik hədəflərdən söhbət gedir.

  1. Pozitiv münasibət formalaşdırın:

Mənfi hadisələrə yönəlmək və hər şeyin ən pisini düşünmək əvəzinə, müsbət şeylərə fokuslanın və müsbət nəticələr gözləyin. Bununla yanaşı, zehni vərdişlərinizi dəyişdirə, pozitiv münasibət formalaşdıra bilərsiniz. Zehininizdən və lüğətinizdən bütün mənfi sözləri çıxarmağa çalışırsınızsa, söhbət zamanı da onlardan istifadə etməmək buna kömək edəcək.

  1. Öz-özünüzlə motivasiya xarakterli söhbətlər aparın:

Zehninizdə gəzişən mənfi fikirləri aradan qaldırın. Güclü olun özünüz və həyatınız haqqında zehininizdə yarana biləcək mənfi düşüncələrə İcazə verməyin. Zehininizdə nə baş verdiyini anlamalı, neqativ danışıqlara şərait yaratmamalısınız. Bu məsləhətlər özünüzə inamın artmağına kömək edəcək. Bəzi hallarda bunlar kifayət etməyə bilər. Həddindən artıq özünə inam əskikliyi hiss etdikdə, bunun səbəbini tapmağa kömək edəcək professionallara müraciət etməlisiniz.

Məqsədlərin səni hərəkətə gətirəcək

Bir gənc Sokratın yanına gəlib ondan müdrikliyi necə əldə edə biləcəyini soruşur. Sokrat onu özü ilə birlikdə yaxınlıqdakı gölə girməyə dəvət edir. Qurşağa qədər suda olduqlarında Sokrat gəncin başından tutub suya basır. Öncə oğlan bunu zarafat bilib müqavimət göstərmir. Lakin bir az keçdikdən sonra boğulmağa başlayıb çabalayır. Vəziyyət ciddiləşdikdə oğlan şiddətlə çırpınıb azad olmağa çalışır. Nəhayət, Sokratın əlindən qurtulub özünü sahilə atır. Sokrat ona baxıb gülümsəyərək deyir: “Müdrik olmaq istəyin də yaşamaq istəyin qədər şiddətli olanda heç nə sənin müdriklik qazanmağının qarşısını ala bilməyəcək”.

məqsəd

Məqsəd nədir və necə çatmaq olar?

Hədəflərdə də vəziyyət eyni cürdür. Hər kəs müxtəlif səbəblərdən ruhlanır, motivasiya alır. Misal üçün, ingilis yazıçısı E.M.Forester deyirdi: “Mən hörmət etdiyim insanların hörmətini
qazanmaq üçün yazıram”. Bəzi insanları çoxlu pul qazanıb daha böyük evdə yaşamaq və daha yaxşı avtomobilə sahib olmaq ruhlandırır.

Başqalarını hörmət, rəğbət və ətrafdakı insanların sevgisini qazanmaq ruhlandırır. Yadıma uşaqlıq illərim düşür, yanımda çox kasıb, xəstə insanlardan danışanda ağlayardım. Mən-Rәna Rüfәtqızı özümə söz vermişdim ki, böyüyəndə çox işləyəcəm və çoxlu pul qazanacam ki, ehtiyacı olan insanlara kömək edə bilim.

Məni ruhlandıran səbəblərdən biri də bu idi. Hədəfə nail olmaq üçün səbəbin nə qədər çox olsa, motivasiyan bir o qədər güclü olacaq. Və qarşında olan heç bir maneə səni ruhdan sala bilməyəcək. Haradan gəldiyini və hara getmək istədiyini nə qədər aydın təsəvvür etsən, getmək istədiyin yerə çatmaq şansın da bir o qədər çox olur.

Maddi hədəflərin üçün vaxt qoy: Gəlirinin artması, çəki itirmək, müəyyən məsafəni qaçmaq və s. Bu cür məqsədlər üçün vaxt qoyduqda altşüurumuzu proqramlaşdırırıq və altşüurumuz məqsədə çatmaq üçün var gücü ilə işləyir. Çox zaman insanlar qoyulan vaxtda hədəflərinə nail ola bilməyəcəklərindən qorxduqları üçün vaxt qoymurlar.

Qoyulan vaxtda hədəfinə nail ola bilmədikdə nə baş verəcək? Bu, sadəcə hələ hazır olmamaq deməkdir. Növbəti vaxtı müəyyən edəcəksən. Yenə də qoyulan vaxtda məqsədinə nail olmasan, növbəti dəfə qoyacaqsan.

məqsəd

Mütəxəssislərin dediyinə görə, 80 faiz hallarda məqsədin kifayət qədər realdırsa, ona nail olmaq üçün ətraflı plan hazırlamısansa və həmin plan üzrə Şans, yoxsa iradә? ardıcıl olaraq işləmisənsə, qoyulan vaxtda məqsədinə nail olursan.

Qafqaz dağları kimi böyük məqsədini daha real olan xırda hədəflərə bölüb gündəlik irəliləyiş əldə edə bilərsən. İradə, təmkin, dözüm və ya alicənablığı formalaşdırmaq fonunda olan mənəvi məqsədlər üçün isə vaxt qoymaq olmaz.

Güclü sağlam saçlar insanın xarici görünüşünü bəzəyir

Güclü sağlam saçlar insanın xarici görünüşünü bəzəyir.

Yaş və ya  stres, düzgün olmayan qulluq, xəstəliklər nəticəsində saçlar öz gücünü və təbii parlaqlığını itirir, tökülməyə başlayır və kövrək olur. Problem sadəcə uyğun olmayan məhsulların istifadəsi deyil, insan orqanizmində saçların güclənməsinə və böyüməsinə kömək edən faydalı mikro və makroelementlər, vitaminlər və minerallar çatışmaya bilər.

Zəruri maddələrin orqanizmdəki tədarükünü artırmaq üçün müxtəlif qida məhsulları istifadə etmək lazımdır. Saçları gücləndirmək üçün bədənin nəyə ehtiyacı var ? Saçların gücləndirilməsi və onların böyüməsi aşağıdakı elementlərin kifayət qədər qəbulundan asılıdır: protein, A, B, C, D, E vitaminləri, dəmir, sink, antioksidanlar, fol turşusu, beta karoten, omeqa-3 və s. Balanslaşdırılmış pəhriz saçın itirilmiş parlaqlığını, təbii gücünü geri qaytarır və baş dərisinin sağlamlığını bərpa edir.

Bundan əlavə, düzgün qidalanma saç follikullarını gücləndirməyə kömək edir və bununla da  tökülmə dayanır. Balanslaşdırılmış pəhrizə — bütün taxıllar, süd məhsulları, dəniz məhsulları, meyvə və tərəvəzlər, ət, yumurta daxildir. Ən faydalı 9 məhsulla tanış olaq.

güclü sağlam saçlar


1. Yumurta — zəngin protein və biotin mənbəyidir. Bu elementlər saç follikullarını gücləndirməyə kömək edir. Biotin keratinin çoxalması üçün lazımdır, protein isə saç kökləri tərəfindən tələb olunur. Yumurtada həmçinin selen, kolin, lutein, A, D və sink vardır. Onu qaynadılmış halda istifadə etmək yaxşıdır. Yumurtadan maskalar hazırlayıb baş dərisinə sürtmək olar. 


2. Yağlı balıqlar — Saç tökülməsinə qarşı olan bu qidalar omeqa-3, zülal və antioksidantlarla zəngindir. Aşağıdakı balıq növləri pəhrizə daxil edilməlidir: qızılbalıq, skumbriya, siyənək, sardinya, alabalıq. Balıqda,selen, D vitamini, dəmir, protein var. 


3. Meyvələr — Bunlar yalnız sağlam deyil, həm də çox dadlı məhsullardır. Yeməkdə giləmeyvə istifadəsi bütövlükdə bədənin sağlamlığına faydalı təsir göstərir. Onlar sərbəst radikalları təmizləməyə kömək edən C vitamini ilə zəngindir. Antioksidantlar saç follikullarını zədələnmədən qoruyur, saçın qırılmasının qarşısını alır. Üzüm hüceyrə sağlamlığını yaxşılaşdırır, çiyələk kollagen istehsalına kömək edir, albalı və zoğalda çoxlu vitaminlər var. Giləmeyvəni təzə ikən yemək daha faydalıdır, lakin onlardan təbii şirələr və kompotlar hazırlaya da bilərsiniz. 


4. İspanaq-  Saç tökülməsinin öhdəsindən gəlməyə kömək edir. Pəhrizdə dəmir, fol turşusu və vitaminlə zəngin ispanaq olmalıdır. Günlük qidalanmaya brokoli, göyərti (şüyüd, kərəviz, cəfəri), qulançar və yaşıl lobya əlavə etməyə dəyər. Onların tərkibində saç böyüməsini stimullaşdıran kalsium var. Tərəvəz və göyərtilərdən salatlar hazırlaya bilərsiniz. 


5. Quş əti- Toyuq və hinduşka əti sink və dəmirlə zəngindir. Protein follikulları gücləndirir, saçları qidalandırır, onlara sağlam bir parıltı verir.


6. Paxlalılar- Saçların uzanması üçün ideal qidalardır. Güclü sağlam saçlar üçün lobyada, mərciməkdə böyük bir miqdarda bitki zülalı, Zn, Fe, folik turşusu və follikul hüceyrələri üçün qida kimi xidmət edən liflər var. Mütəxəssislər həftədə ən azı bir dəfə paxlalı yeməkləri tövsiyə edirlər.


7. Qoz-fındıq – Bunlar da güclü sağlam saçlara daha da parlaqlıq verir, nəmləndirir və qoruyur. Gün ərzində bir ovuc qoz-fındıq yemək tövsiyə olunur. Kətan, günəbaxan, çia toxumlarında çoxlu yağ turşuları, selen, sink, E vitamini var. Müxtəlif qida maddələrini əldə etmək üçün toxumların qarışığından istifadə etmək lazımdır. 


8. Dənli bitkilər — Səhər yeməyi üçün bir kasa qarabaşaq və ya yulaf əzməsi qəbul etmək saç uclarının haçalanmasının qarşısını alacaq. Qarabaşaq yarması antioksidantlar, maqnezium, bitki mənşəli zülallar və liflərlə zəngindir. Güclü sağlam saçlara sahib olmaq üçün əsas mənbələrdəndir


9. Kəsmik, təzə süd, evdə hazırlanmış qatıqlar, kefir — Saçların böyüməsi üçün bu qidaları gündəlik yemək lazımdır. Kazein,  süd məhsullarında böyük miqdarda olur. Saçların sağlamlığını bərpa etməyin yolu düzgün qidalanmadır. Güclü sağlam saçlar bu 9 təməllə bərpa olunacaqdır.

Balanslaşdırılmış pəhrizə təzə yerkökü, kələm, şirin bibər əlavə etmək tövsiyə olunur. Menyuya fıstıq yağı, pomidor, şirin kartof ilə yeməklər daxil edə bilərsiniz. Yaxşı yuxuya riayət etmək, sağlam həyat tərzi sürmək və pis vərdişlərdən imtina da saçların yaxşı inkişafına kömək olur. Güclü sağlam saçlara sahib olmaq üçün siz hansı vasitələrdən istifadə edirsiniz?

25.09.2022 Master class

Master class-ın dəyərli iştirakçıları

 

Master class-ın qısa xülasəsi

“Estetik Kosmetologiya Mütəxəssisləri” İctimai Birliyinin və “Fisa Group” şirkətinin birgə təşkilatçılığı ilə Bakı «JW Marriot Absheron» Otelində «estetik kosmetologiya» ilə bağlı master class keçirilmişdir. Böyük maraqla qarşılanan seminarın spikerləri estet həkim, dermato-kosmetoloq Rəna Soltanova, həkim-kosmetoloq Fidan Mustafayeva və plastik estet cərrah Natavan Əmirova olmuşdur.

Tədbiri giriş sözü ilə açan “Laser Beauty Estetik klinika» lar şəbəkəsinin təsisçisi və Baş Həkimi Rəna Soltanova «Double babyboom” (“Əməliyyatsız temporal lift”), “Nasalobial lift” (“Nazolabial lift”) və “Yeni texnika Fresh Up” mövzularının aktuallığını vurğulayaraq tətbiq olunan müasir metodların öyrənilməsinin zəruriliyini qeyd etmişdir.

 

Rəna Soltanova bildirmişdir ki, “Estetika sahəsində çalışan mütəxəssislər yaxşı bilirlər ki, təbii proses hesab olunan yaşlanmanı gecikdirmək bu gün estetik kosmetologiyanın qarşısında duran vacib məsələlərdən ən başlıcasıdır. Zaman keçdikcə hüceyrələrin yaşlanması səbəbindən dəridə sallanma müşahidə olunur. Məhz «temporal lift» proseduru yaşlanma ilə əlaqədar alın nahiyəsinin sallanan toxumalarını uzatmaq üçün istifadə edilir. Sürətli reabilitasiya və qısa zamanda sosial mühitə adaptasiya isə estetik prosedurların önəmli mərhələlərindən biridir”.

Sözügedən mövzularla bağlı zəngin təcrübəsini və ən vacib məlumatları seminar iştirakçıları ilə bölüşən Rəna Soltanova onlara praktiki olaraq həmin prosedurları canlı olaraq nümayiş etdirmişdir. O, bu prosedurların hazırda estetik kosmetologiyada böyük əhəmiyyət kəsb etdiyini və hər birinə tələbat çox olduğundan estetik mütəxəssislərin yeni texnikalardan məlumatlı olmalarının vacibliyini qeyd etmişdir. «Ümid edirəm ki, master-klasda göstərdiyimiz texnikalar kosmetoloqların biliklərinin inkişafına kömək edəcəkdir”, — deyə Rəna Soltanova əlavə etmişdir.

 

Qeyd edək ki, master class-ın sonunda “Estetik Kosmetologiya Mütəxəssisləri” İctimai Birliyinin rəhbəri Dr.Rəna Soltanovanın imzası ilə iştirakçılar sertifikatlarla təltif edilmişdirlər.

Şans yoxsa iradə?

29.11.2023

Şans yoxsa İradə

 

Rəna Soltanovadan «Şans yoxsa İradə» kitabı

Tanınmış həkim-dermatoloq, «Laser Beauty Clinic» şəbəkəsinin təsisçisi Rəna Soltanovanın işıq üzü gördüyü «Şans yoxsa iradə?» adlı kitabı qısa müddət ərzində populyarlıq qazanmışdır.

Müəllif kitabı öz həyat hekayəsi ilə başlayıb, qazandığı uğurların mərhələ-mərhələ gedişatını oxucuları ilə paylaşıb və hər bir kəsin bu və ya bundan da yaxşı uğur qazana bilməsini oxucuya təlqin edir: “Nailiyyətlərimi saymaqda məqsədim odur ki, bütün bunları, yaxud bundan da yaxşısını siz də edə bilərsiniz. Oxumağa başladığınız bu vəsait sizə çox kömək edəcək. Heç nə birdən-birə baş vermir.

Hər şeyi zamanın ixtiyarına buraxın və öz həyat hekayənizi özünüz yaradın. Bunun üçün çox çalışın. Heç bir zəhmət nəticəsiz qalmır. İnanın mənə. Bütün bunları mən öz həyat və iş təcrübəmdən bilirəm və buna 100 faiz əminəm. Siz yetər ki, ürəkdən istəyin.

Belə olduqda Allah sizə istəklərinizi həyata keçirməyə kömək edəcək. Uğur qazanmağınız üçün özünüzdə üç keyfiyyəti inkişaf etdirin: iradəli, əzmkar və çalışqan olun».

Müəllif kitabın ilk səhifəsində həyatı boyu yanında olub ona mənəvi dəstək verən ailəsinə, kollektivinə təşəkkür edərək Qarabağ uğrunda şəhid olan oğullarımızı da unutmayıb: “Bu günlərdə qəhrəman şəhidlərimizə qarşı sonsuz bir sevgi var.

Heç bir vaxt üzünü görmədiyimiz və tanımadığımız bu igidlərə qarşı izahı olmayan sevgi hiss edirik. Deyirlər ki, Allah bir insanı sevib-seçibsə, onu bütün ətrafı sevir. Şəhidlər və qazilər məhz belə insanlardır.

Bunları yazdıqca hiss etdiyim Vətən sevgisinin hüdudsuz olduğunun fərqinə varıram. Vətənimizi müdafiə edənlərə, Ali Baş Komandana, xalqımıza olan sevgimiz Qələbə müjdəsi ilə aşıb daşır. İndi fəxrlə “Mən azərbaycanlıyam” deyirik”.

şans yoxsa iradə

 

Kitab boyunca səmimi etiraflar, özünəinamın artırılması üçün ruhlandırıcı sözlər yer alır. Rəna Soltanova iki ildən artıq müddətə ərsəyə gətirdiyi əsərin oxuculara faydalı olacağından əmindir: “Öz təcrübəmdən və dünya üzrə tanınmış şəxsiyyətlərin həyat örnəklərindən bəhrələnərək uğur qazanmağın yolları və stimullaşdırıcı tövsiyələrlə dolu bu kitabı Allahın izni ilə ərsəyə gətirdim. Öz biznesini qurmaq, ümumiyyətlə, istənilən sahədə uğur qazanmaq istəyənlərin maarifləndirilməyə ehtiyacı olduğunu nəzərə alaraq yazdığım bu kitabı sizlərin ixtiyarına verirəm və hər kəs üçün faydalı olacağına inanıram».

Rəna Soltanovanın yaratdığı qurum

 

Tanınmış həkim-kosmetoloq Rəna Soltanovanın yaratdığı «Estetik Kosmetologiya Mütəxəssisləri» (EKM) İctimai Birliyi sözügedən sahədə çalışan şəxslərə dəstəyini göstərməkdə davam edir. Qurum onlar üçün mütəmadi olaraq müxtəlif maarifləndirici layihələr, eyni zamanda, təlimlər və konfranslar təşkil edir.

«Birliyin əsas məqsədi estetik sahənin mütəxəssislərinin, o cümlədən kosmetoloqların maarifləndirilməsi, inkişaf etdirilməsi, eyni zamanda, estetik sahədə öz biznesini qurmaq istəyən şəxslərə dəstək olmaq, bununla da ölkədə yeni dövr sahibkarlıq mühitinin inkişafına xidmət etməkdir»,  Rəna xanım qeyd edib.

EKM İB-yə üzv olan həkimlər həm yerli, həm də beynəlxalq seminar və konfranslarda iştirak edərək Azərbaycanı təmsil edirlər. Birlik, həmçinin onlara ən müasir metodikalara yiyələnməkdə yardımçı olmaqla Azərbaycanda kosmetologiya sahəsində kompleks müalicənin, ümumilikdə isə tibbin inkişafına öz töhfəsini verir.

 

Qeyd edək ki, Rəna Soltanova 2001-2007-ci illərdə Azərbaycan Tibb Universitetinin dermatoloq-veneroloq ixtisası üzrə təhsil almış, 2007-2008-ci ildə Respublika Dəri-Zöhrəvi Dispanserində internaturanı, 2017-2019-cu illərdə Kiyev şəhərində P.L.Şupik adına Ukrayna Milli Tibb Diplomundan sonra Təhsil Akademiyasında Ümumi Cərrahiyyə üzrə ordinaturanı bitirib. Bu günədək yüzlərlə beynəlxalq konfrans və seminarların, təlimlərin iştirakçısı olan Rəna xanım dünyanın bir çox ölkələrində mühazirələrlə çıxış edib. Peşəkar həkimin fəaliyyəti olduqca genişdir və İctimai sosial məsələlər də onun fəaliyyətinin bir hissəsidir. Belə ki, 2019-cu ildə həkim-kosmetoloq Rəna xanımın təşəbbüsü və rəhbərliyi ilə “Yaxşılıq et, gözəllik qazan” adlı sosial layihəyə yüzlərlə insan qoşulub. Bu layihə vasitəsilə qısa zamanda Bakıda və regionlarda yüzdən çox köməyə ehtiyacı olan ailələrə yardımlar edilir.

Rəna Soltanovadan xüsusi təltifnamə

RF lifting nədir?

RF lifting ağrısız, travmasız və sürətli «ani gözəllik» prosedurudur!

rf lifting

RF liftinqin işləmə prinsipi sadədir. RF dalğalarının təsiri altında «gənclik zülalları» kollagenin və elastinin spiral strukturları (prosedurun adı — radiolifting) orijinal elastik halına qayıdır. Prosedurdan dərhal sonra xəstələr bariz liftinq effekti görürlər. Prosedur zamanı yeni kollagen və elastin molekullarının ifrazı stimullaşdırılır.  Buna görə də, prosedurdan dərhal sonra nəzərə çarpan effekt son deyil, növbəti seanslardan sonra daha da güclənir və bir neçə il davam edir. Radiotezlikli liftinq proseduru nə seans zamanı, nə də sonra heç bir narahatlıq yaratmır. Qızartı, qıcıqlanma yoxdur və buna görə də gününüzü rahat şəkildə planlaşdıra bilərsiniz — RF lifting  kursu eyni zamanda bir sıra nəticələr əldə etməyimizə səbəb olur.

rf lifting

• Dərinin ümumi vəziyyətinin yaxşılaşması

Dermisin dərin qatlarında regenerasiya proseslərinin güclənməsi

• Dərinin relyefinin düzəlməsi, dəri turgorunun bərpası

• İncə qırışların aradan qaldırılması

• Üz ovalının konturunun bərpası

• Yaşla bağlı dəyişikliklərin korreksiyası

• Aydın liftinq effekti

Peeling nədir və niyə istifadə olunur?

Peeling nədir?

Peeling günümüzün ən məşhur kosmetik prosedurlardan biridir. Qədim Misirdə belə tətbiq edilən pilinq dərinin təmizlənməsi üsullarından biri kimi istifadə olunurdu. Bir neçə əsrdir ki, laktik turşu tərkibli kosmetik məhsullar  istifadə edilir.

 

Məzmun:

  • Peeling proseduru üçün göstərişlər hansılardır?
  • Əks göstərişlər hansılardır?
  • Turşu dəriyə necə təsir edir?
  • Bu prosedurun üstünlükləri
  • Bu prosedurun mənfi cəhətləri
  • Bu pilinq necə edilir?


Laktik turşu qlükozanın parçalanması zamanı Lactobacillus bakteriyaları tərəfindən istehsal olunur. Orqanizm üçün təbii bir maddə olan qlükozadan əmələ gələn laktik turşu əksər hallarda yan təsirlərə və allergik reaksiyalara səbəb olmur. Konsentrasiyasından asılı olaraq, laktik turşu səthi (daha çox rast gəlinən) və orta pilinq kimi çıxış edə bilər.

Səthi və orta pilinq üçün göstərişlər bir qədər fərqlidir. Ən yumşaq — səthi, aşağıdakılar üçün göstərişdir:

  • sebiumun hipersekresiyası;
  • səthi qeyri-iltihablı komedonlar və sızanaqlar;
  • hiperkeratoz;
  • dərinin nəmsizləşməsi;
  • foto və xronoagingin ilkin əlamətləri.


Orta pilinq epidermisin dərin təbəqələrində işləyir və fotoyaşlanmada, xırda qırışlarda və sızanaqdan sonrakı dəyişikliklər üçün aktualdır.

 

Əks göstərişlər 

  • iltihablı reaksiyalar;
  • açıq yaralar;
  • dərinin həssaslığı
  • kəskin mərhələdə hər hansı bir xəstəlik;
  • rosacea;
  • onkoloji proseslər;
  • hamiləlik;

Dəri fototiplərini də unutmamalısınız. Məsələn, tünd dəri üçün düzgün seçilməmiş peeling fəsadla nəticələnə bilər — soyulma sonrası hiperpigmentasiya

 

Turşu dəriyə necə təsir edir?

Laktik turşusunun qocalma əleyhinə təsirinin səbəblərini başa düşmək üçün dərinin fiziologiyasının və anatomiyasının bəzi aspektlərini aydınlaşdırmaq lazımdır. Dərinin quruluşu 3 hissəyə bölünür:

  • epidermis
  • dermis
  • hipodermis 

peeling niyə istifadə olunur


Yaşlanan dəri əsasən dermis və epidermisdə baş verən bir sıra dəyişikliklərə məruz qalır. Zaman keçdikcə dərinin təbəqələri nazikləşir və əlavə olaraq günəş şüaları qocalmış dəriyə güclü mənfi təsir göstərir. Bu təsir müxtəlif problemlərə səbəb olur:

  • Deformasiya olmuş dəri;
  • Xırda və dərin qırışların yaranması
  • Günəş elastozu;
  • Qeyri-bərabər piqmentasiya.


Kanserogen təsirlər aktinik keratoza, bazal və skuamöz hüceyrəli karsinomalara və daha az dərəcədə melanomalara səbəb olur. Cərrahi müdaxilələr, xəstələri dəridə olan zədələrdən, xırda qırışlardan böyük sahədəki piqmentasiyadan,hiperkeratozdan,məsamələrdən və s. xilas etmir. Bütün bu sadaladıqlarımız üçün ən faydalı prosedur,məhz pilinqdir.

 
Laktik turşunun təsiri altında epidermisin üst təbəqəsi aşınır və dermisin qalınlığı artır, bu da korneum təbəqəsini daha  elastik edir. Bu vəziyyət də dermisin güclənməsinə, liftinq effektinə gətirib çıxarır, dərinin qoruyucu xüsusiyyətlərini yaxşılaşdırır və aşındırıcı təsirinə görə dərini təravətləndirir və hiperpiqmentasiyanı azaldır.

 

Bu prosedurun mənfi cəhətləri

Səthi laktik turşu pilinqi ağrısız bir prosedurdur, lakin qeyd etmək lazımdır ki, ondan sonra adətən tətbiq yerində yüngül qızartı görünə bilər və bir neçə saatdan,3 günə qədər davam edə bilər.Orta laktik turşular isə qızartı  və ya yanmağa səbəb ola bilər, onlardan sonra eritema daha uzun müddət davam edir (2 gündən 14 günə qədər), dərinin müəyyən bölgələrinin müvəqqəti ağarması görünə bilər.

peeling nədir

Pilinq necə edilir?


Maksimum effekt əldə etmək üçün laktik turşu pilinqi proseduru aşağıdakı sxemə uyğun olaraq həyata keçirilir:

İlk addım dərini təmizləməkdir, lakin gel kimi teksturalardan və ya neytral sabunlardan istifadə edilməlidir, çünki kosmetik süddən istifadə edərkən turşuların effektivliyi azalır.
Təmizləndikdən sonra dəri təmiz kağız dəsmalla  yaxşıca qurudulur.

Laktik turşu fırça və ya pambıq süngər vasitəsilə 1-2 qat, tez və bərabər şəkildə tətbiq olunur, göz ətrafı nahiyədən qaçınmaq mütləqdir.


Ekspozisiya müddəti göstərişdən asılı olaraq dəyişir, lakin 20-25 dəqiqədən çox olmamalıdır.
Pilinqi yuduqdan sonra kosmetoloq dəriyə xüsusi neytrallaşdırıcı tətbiq edir. İlk şərt də dərini sakitləşdirici maska ​​ilə nəmləndirməkdir.

Son addım fotomühafizə olacaq — spf qoruyucu kremlərin istifadəsi şərtdir.

 

Yadda saxlamaq lazımdır ki, digər orta və dərin pilinqlər aktiv günəş dövründə tövsiyə edilmir, çünki ultrabənövşəyi şüalara həssaslığın artması səbəbindən dərinin müəyyən bölgələrində qeyri-bərabər hiperpiqmentasiya əmələ gəlmə riski vardır.

Səthi laktik turşu pilinqi daha az aqressivdir və ciddi əks göstərişləri yoxdur. İlin istənilən vaxtında edilə bilər və həssas dərilər üçün uyğundur.

Dərinin və saçın vəziyyətini necə yaxşılaşdırmaq olar?

Dəri və saçı yaxşılaşdırmaq üçün nələrə diqqət etməlisiz?

Yaşla bağlı dəyişikliklər yalnız dərinin ptoza bağlı prosesi ilə deyil, həm də keyfiyyətinin vəziyyəti ilə də qiymətləndirilir.

Zaman keçdikcə dəri turqoru zəifləyir, kollagen və elastinin sintezi pisləşir, məsamələr genişlənir, hüceyrələrin bərpası prosesi təkcə dermis səviyyəsində deyil, həm də epidermisin daha səthi təbəqələrində ləngiyir. Bir qayda olaraq üzün aşağı 1/3 — nin sallanmasına və nazolabial qırışlara, həmçinin dərinin solğun rəngi, şişkinliyi də əlavə olur və yaşa bağlı dəyişikliklər daha bariz şəkildə ortaya çıxır.

Bundan əlavə, saçın cansız görünüşü və azalması sizi narahat etməyə başlayır, saç kövrəkləşir, tökülür və tez yağlanır.


PRP plazmaterapiyasının sizin dəriniz üçün uyğun olub olmadığına əmin deyilsiniz?

dəri, dərini yaxşılaşdırmaq

 

Bu yazıya diqqət yetirin

Xəstənin öz plazması istifadə edilərək əldə edilən PRP terapiyası İsveçrə, Almaniya, Fransa və Yaponiyadan olan mütəxəssislər tərəfindən hazırlanmışdır. Üsul Avropanın aparıcı klinikalarında sınaqdan keçirilmiş və Rusiya Federasiyasının Səhiyyə Nazirliyindən uyğunluq sertifikatı almışdır. Dünyada bu prosedur DraculaTherapy — Dracula terapiyası adlanır və ölkəmizdə ACR neoplazmatik modelləşdirmə, otoloji hüceyrə cavanlaşması və plazmaterapiyas kimi adlarına rast gəlmək olar.


Prosedurun xüsusiyyətləri

Müasir,qocalma əleyhinə metodlar yüksək texnologiya və təbiiliyi mümkün qədər birləşdirməyə səy göstərir. Bunların arasında ən təbii cavanlaşma üsulu olan unikal prosedur PRP plazmaterapiya da var!

Artıq bir şey yoxdur — xəstənin öz qanı,  damardan alınır, sentrifuqa edilir və fraksiyalara bölünür. Yalnız PRP Plazma proseduru həkimə qanın emalı nəticəsində cavanlaşma üçün plazma və üzün həcm modelləşdirilməsi üçün fibrin autogel almağa imkan verir.

  • Üz və bədənin dərisində yaşa bağlı dəyişikliklər
  • Üz və bədən dərisinin ptozu;
  • Piqmentasiyası və fotoyaşlanma;
  • Sızanaq və sızanaq sonrası,
  • Çapıqlar və hipotrofik çapıqlar;
  • Lazer və foto prosedurlardan sonra bərpası;
  • Alopesiya, quruluq və kövrək saçlar.

 

Əks göstərişlər

  • Kəskin və ya xroniki xəstəliklər;Onkoloji xəstəliklər;
  • Sistematik qan xəstəlikləri;
  • Hamiləlik və laktasiya dövrü.

 
Prosedurdan sonra təsir dərhal görünür

Volumetrik korreksiya qırışları və qıvrımları hamarlaşdıracaq və trombositlərlə zəngin plazma cildin vəziyyətini uzun müddət yaxşı saxlayacaqdır.


Prosedura hazırlıq

PRP plazma terapiyası heç bir ciddi hazırlıq prosesi tələb etmir. Əlbəttə ki, qan nümunəsi zamanı sağlam olmaq vacibdir — soyuqdəymə əlamətləri, allergik təzahürlər və xroniki xəstəliklərin kəskinləşməsi olmamalıdır. Bütün bunlar qan və plazmanın keyfiyyətinə təsir göstərə bilər.  Prosedurdan bir neçə gün əvvəl antikoaqulyantların, antibiotiklərin, analgetiklərin, hormonal dərmanların, alkoqolun qəbulunu dayandırmaq, prosedurdan təxminən bir saat əvvəl yemək yeməmək və prosedurdan 20 dəqiqə əvvəl bir stəkan su içmək tövsiyə olunur. 

Qan götürmək. 

Prosedurun ilk addımı xəstənin damarından qan almaqdır. Daha sonra qan xüsusi ayırıcı membranı olan  borulara yerləşdirlir, sentrifuqa edilir. Sentrafuqa  apartındakı qan nümunəsi emal nəticəsində iki konsistensiyada olur: trombositlərlə zəngin plazma maye və daha sıx (autogel) preparatın tətbiqi dərhal baş verir.

Hər hansı bir bölgəsində, yaşa bağlı dəyişiklikləri müalicə etmək üçün istifadə olunur: üz, boyun, əllər, dekolte və ya baş dərisi — saç tökülməsinin qarşısını almaq üçün. Autogel isə modelləşdirmə  qırışların və dəri qırışlarının doldurulması üçün istifadə olunur.

 

Nəticə 

Gelin inyeksiya edildiyi sahələrdə prosedurun nəticəsi dərhal nəzərə çarpır: nazolakrimal və nazolabial şırımlar hamarlanır, incə qırışlar yox olur, tonu bərabərləşir. Nəticə özünü  3-4 gün ərzində göstərməyə başlayır və bir ay ərzində maksimum estetik nəticə əldə edilir. Səth elastikləşir, dartılır, məsamələr kiçilir, dərin olmayan  qırışlar yox olur, ümumi görünüş daha sağlam və parlaq vəziyyət alır.


Fiziologiyası

Bu prosedurun təhlükəsizliyini vurğulamaq vacibdir. Bədənin öz təbii resurslarının  istifadəsi hər hansı  bir yan təsiri, allergik reaksiyaları və infeksiya ehtimalını tamamilə aradan qaldırır.


Reabilitasiya

Prosedurdan sonra 1-2 gün ərzində fiziki fəaliyyəti məhdudlaşdırmaq, bir həftə hamam, sauna və ya solaryuma getməkdən çəkinmək,ani  temperatur dəyişikliklərindən çəkinmək lazımdır.


Uyğunluq

Plazmaterapiya müxtəlif kosmetik prosedurlarla (təmizləmə, lazer və kimyəvi pilinqlər, mezoterapiya, botulinum terapiyası, biorevitalizasiya, lazerlər və s.) mükəmməl şəkildə birləşdirilə bilər.


Təhlükəsizlik

Qan venadan steril vakum borulara alınır. Borular sentrifuqaya yerləşdirilir və qan xəstənin gözü qarşısında sentrifuqalanır. Alınan plazmanın hamısı istifadə edilir.
 

Cilddəki müsbət dəyişikliklər ilk prosedurdan sonra nəzərə çarpır. Tövsiyə olunan prosedurların sayı 2 həftəlik fasilə ilə 2 ilə 5 arasındadır. İlk gün inyeksiya yerlərini islatmamaq və dekorativ kosmetikadan,skrablardan, pilinqlərdən istifadə etməmək, 14 gün ərzində sauna və solaryuma getməkdən imtina etmək tövsiyə olunur.

Hialuron turşusu ilə dodaq həcmləndirmə

Hialuron nədir?

Hialuron turşusu ilə dodaq həcmləndirmə dodaqları dolğunlaşdırmağa  və onları daha cazibədar göstərməyə imkan verir. Bundan əlavə, hialuron turşusu inyeksiyaları dodaq qüsurlarını aradan qaldırır və yaşa bağlı dəyişiklikləri korreksiya edir. Bunun ilə dodaq həcmləndirmə proseduru  təxminən 10 — 30 dəqiqə çəkir, reabilitasiya müddəti qısadır.

Dodaqların hialuron turşusu tərkibli dolğu  ilə böyüdülməsi 18  yaşından başlayaraq istənilən yaşda edilə bilər.

Prosedurdan əvvəl dodaqlarınıza verilməsini istədiyiniz forma ilə əlaqədar həkiminizlə məsləhətləşmək tövsiyə olunur.

Dodaqların həcimləndirilməsindən sonra effekt bir neçə ay ərzində müşahidə olunur. Qeyd edilən turşu tərkibli dolğular dodaqdan əlavə digər nahiyələrin korreksiya edilməsinə və həcimləndirilməsinə imkan verir.

 

Çənənin kontur plastikası

Artıq çoxları görünüş üçün çənə formasının əhəmiyyətini düzgün dəyərləndirməyə başlayıblar. Yeri gəlmişkən çənə, üzün çox vacib bir hissəsidir, məsələn, çənə zəif ifadə olunubsa və ya əyridirsə, üzün ovalı şişkin kimi görünür. Konturlama edildikdən sonra çənə daha aydın  bir görünüş əldə edir ki, bu da ümumilikdə gənc görünüş qazandırır. Çənə plastikası  boyun-çənə bucağını daha kəskin etməyə və buxağın qıvrımlarını itirməyə kömək edir. Estetik kosmetologiyanın bütün bu imkanları plastik cərrahiyyədən yan keçməyə  və ya onu gecikdirməyə imkan verir.

 

Nasolabial qırışarın kontur plastikası

Kontur plastikanın  köməyi ilə nasolabial qırışları əhəmiyyətli dərəcədə azaltmaq mümkündür. Prosedur təxminən 30 dəqiqə davam edir və onun təsiri bir neçə aydan 2 ilə qədər davam edir.

Qeyd etdiyimiz tərkibli dolğu qaşların qaldırılmasında və bu sayədə  göz qapaqlarının sallaq görünüşündən xilas olmaqda da kömək edir.

Bu tərkibli dolğu vasitəsiylə qaşların arasındakı dərin qırışların da öhdəsindən gəlmək mümkündür. Alın nahiyəsində daha yaxşı  gəncləşmə əldə etmək üçün hialuron turşusu tərkibli dolğularla paralel botulinum toksin inyeksiyaları da istifadə edilir.

 

Yanaqların kontur plastikası

Yanaq sümüyü sahəsi bütün üzün həşiyəsinin gənc görünməsi baxımından çox vacibdir. Buna görə də, yanaqların korreksiyası  üzün konturunu daha aydın, nazolabial qırışları daha az nəzərə çarpan etməyə imkan verir. 

 

Volumetrik konturlamanın  üstünlükləri

Qeyd edilən turşu əsaslı həcimləndirici  kontur plastika cavanlaşdırıcı təsirə malikdir, dərinin möhkəmliyini, rəngini və elastikliyini bərpa edir.Onun köməyi ilə xəstələrin tələblərinə daha yaxşı cavab vermək asan olur.

Kontur plastika üzün hansı hissəsində (dodaqda, çənədə, yanaqda və s.) edilməsindən asılı olmayaraq, dərhal cavanlaşdırıcı nəticə verir. Prosedur  30 dəqiqədən artıq  çəkmir və təsiri bir neçə aydan 2 ilə qədər davam edir.

 

Prosedurun təhlükəsi

Bu prosedurun təhlükəsizliyini vurğulamaq vacibdir. Qeyri-heyvan mənşəli stabilləşdirilmiş hialuron turşusu orqanizmlə bütünlüklə uyğunlaşır və onun təbii komponentidir, buna görə də hialuron turşusuna əsaslanan preparatlar oksigenin, hormonların, əsas mikroelementlərin dəriyə daxil olmasına mane olmur və istifadə olunan preparatlar əvvəlcədən uyğunluq testi tətbiq etməyi tələb etmir. Hialuron turşusuna əsaslanan preparatlar hipoallergikdir və qıcıqlanmaya səbəb olmur.

Maddələr mübadiləsi zamanı,tədricən karbon qazına və suya çevrilərək bədəndən tamamilə xaric olunurlar. İzovolemik parçalanma prosesinin nəticəsində hialuron turşusunun konsentrasiyası azalır, lakin su molekullarının sayı artır, bu da korreksiya sahəsində həcmi saxlamağa imkan verir.